Əmir Xosrov xan Qasımlı-Avşar

Əmir Xosrov xan Qasımlı-Avşar
Əmir Xosrov xan Ələkbər xan oğlu Qasımlı-Avşar
Doğum tarixi
Doğum yeri Tehran, İran
Vəfat tarixi
Vəfat yeri Tehran, İran
Fəaliyyəti diplomat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əmir Xosrov xan Qasımlı-Avşar (1919-1999) — İran diplomatı, Xarici işlər vəziri.

Əmir Xosrov xan Ələkbər xan oğlu 1919-cu ildə Tehran şəhərində doğulmuşdu. Anası Mirzə Rza Mustovfinin qızı idi. O, Tehran şəhərində orta təhsilini tamamlayandan sonra Avropaya yollandı. Cenevrə Universitetində sosial elmlər fakültəsində ali təhsil aldı. 1942-ci ildə İrana döndü. İran Xarici İşlər nazirliyində çalışmağa başladı.

Əmir Xosrov xan Qasımlı-Avşar İranın AFR-də və Fransada səfirləri olmuşdu.

Əmir Xosrov xan Qasımlı-Avşar 27 avqust 1978-ci ildən 1979-cu ilədək İranın Xarici İşlər vəziri olmuşdu.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]