Əmrulla Saleh | |
---|---|
dəri və puşt. امرالله صالح | |
Vəzifədədir | |
17 avqust 2021-ci ildən | |
Əvvəlki | Əşrəf Qəni |
Vəzifədədir | |
19 fevral, 2020-ci ildən | |
Əvvəlki | Əbdül Rəşid Dostum |
23 dekabr 2018 – 19 yanvar 2019 | |
Əvvəlki | Veys Əhməd Barmak |
Sonrakı | Məsud Əndərabi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 oktyabr, 1972 |
Doğum yeri | Pəncşir vilayəti |
Milliyyəti | tacik |
Vətəndaşlığı | Əfqanıstan |
Təhsili | Kliri Uniersiteti (ABŞ) |
İxtisası | Dövlət qulluqçusu, siyasətçi |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Əmrulla Saleh (dəri və puşt. امرالله صالح; 15 oktyabr, 1972-ci il, Pəncşir vilayəti) — Əfqanıstan dövlət xadimi, siyasətçi, Əfqanıstanın Birinci Vitse-prezidenti (2020-2021), Əfqanıstan Daxili İşlər Naziri (2018-2019), Milli Təhlükəsizlik İdarəsinin rəisi (2004-2010).
17 Avqust 2021-ci ildə keçmiş prezident Əşrəf Qəni ölkədən qaçdıqdan sonra Əmrulla Saleh özünü prezident vəzifəsini icra edən elan etdi və Taliban yaraqlılarına müqavimət göstərməyə çağırdı.[1] Əhməd Məsudla birlikdə Pəncşir Müqavimətini təşkil etmişdir.
Əmrulla Saleh 15 oktyabr 1972-ci ildə Pəncşir vilayətidə anadan olub. Milliyətcə tacikdir. Siyasətçinin uşaqlıq və gənclik illəri haqqında demək olar ki, heç nə məlum deyil.
1980-ci illərdə Pakistanda yaşamış və təhsil almışdır. 1990-cı ildə Əfqanıstan müxalif qüvvələrinə qoşulmuş, Pakistanda hərbi təlim keçmişdir. O, Mücahidlərin səhra komandiri Əhməd Şah Məsudun başçılığı ilə müharibələrdə iştirak etmişdir. Şimal İttifaqının üzvü olaraq Əmrulla Saleh onun liderliyinə namizəd olmuşdur.
1990-cı illərin ikinci yarısında Saleh, Əfqanıstan diasporu ilə birlikdə Rusiyada nəşr olunan "Haft Ruz" həftəlik qəzetində çalışdığı Moskvada yaşamışdır.
1997-ci ildə Əhməd Şah Məsud Salehi Tacikistanın Düşənbədəki Əfqanıstan səfirliyində Şimali İttifaqın beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin etdi. Orada qeyri-hökumət (humanitar) təşkilatların koordinatoru və xarici kəşfiyyat xidmətləri ilə əlaqələrdə ortaq olaraq çalışdı. Şimal Alyansının liderinin xarici nümayəndələrlə danışıqlarında şəxsi tərcüməçisi kimi çıxış etdi.
1999 cu ildə Saleh Miçiqan Klear Universitetində (Cleary Universiteti, Michigan, ABŞ) təhsil almağa başladı. ABŞ-də 11 sentyabr 2001-ci il terror hücumlarından sonra, Şimal İttifaqının Taliban terror hərəkatına qarşı kəşfiyyat əməliyyatında iştirak etdi.
2001-2002-ci illərdə Hindistan-Pakistan münaqişəsi zamanı Pakistanda qeyri-hökumət təşkilatında tərcüməçi olaraq çalışmışdır.
2004-cü ildə Əfqanıstan Prezidenti Həmid Kərzai onu Milli Təhlükəsizlik İdarəsinin rəisi təyin etdi. Əmrulla Saleh vəzifədə olarkən bir sıra struktur islahatları etdi və Əfqanıstan kəşfiyyatını yenidən qurdu. Qərb ölkələri onu Nazirlər Kabinetinin ən səlahiyyətli nümayəndələrindən biri hesab edirdilər. 2010-cu ilin iyununda vəzifəsindən azad edildi.
2010-cu ilin sonunda demokratik və Taliban əleyhinə Milli Hərəkat yaratdı.
Həmid Kərzainin Talibanla bağlı siyasətini tənqid edirdi.
2017-ci ilin mart ayında Əfqanıstan Prezidenti Əşrəf Qəni Əmrulla Salehi təhlükəsizlik sektoru islahatları naziri təyin etdi, lakin 3 ay sonra ölkədəki təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən yaranan siyasi böhran fonunda istefa verdi.
2018 -ci ilin dekabrında Əmrulla Saleh daxili işlər naziri vəzifəsini icra etdi, lakin 2019-cu ilin yanvarında Əşrəf Qəninin birinci müavini olaraq prezident seçkisi kampaniyasına qatılmaq üçün istefa verdi.
2020-ci ilin aprelindən Əfqanıstanın Birinci vitse-prezidenti vəzifəsində çalışıb.
2021-ci ilin iyulunda Əfqanıstandakı Amerika qoşunlarının geri çəkilməsi fonunda hökumət qüvvələri ilə Taliban silahlılar arasında qarşıdurma yenidən başladı. Taliban ölkənin çox hissəsini ələ keçirdi. 15 avqust 2021-ci ildə Kabilə girərək Prezident Sarayını nəzarətə götürdülər.
Kabil Taliban nəzarətinə keçdikdən sonra, 13 avqust 2021-ci ildə Salehin ofisi, davam edən Taliban hücumu zamanı Tacikistanda gizləndiyi barədə şayiələri təkzib etdi.[2] 15 avqustda Salehin, prezident Əşrəf Qəni ilə birlikdə ölkəni təyyarə ilə tərk edənlər arasında olduğu bildirildi.[3] Daha sonra Saleh öz Twitter səhifəsində "heç vaxt Talibanla eyni tavanda olmayacağını" bildirdi. Pakistanı bu qrupu dəstəkləməkdə günahlandırdı.[4]
17 avqust 2021-ci ildə Saleh, Əfqanıstan Konstitusiyasının 60-cı və 67-ci maddələrinə uyğun olaraq prezidentin ölümü, ölkəni tərk etməsi və ya vəzifəsini içra edə bilməməsi şəraitində özünü Əfqanıstanın müvəqqəti prezidenti elan etdi.[2][5] Bundan əvvəl o, Twitter hesabında ABŞ prezidenti Co Bayden və NATO -nu da tənqid edərək, - "Əfqanıstanda @POTUS ilə mübahisə etməyin heç bir faydası yoxdur. Qoy onu həzm etsin. Sübut etməliyik ki, Əfqanıstan Vyetnam deyil və Taliban hətta Vietnam Kongu kimi deyil. ABŞ / NATO -dan fərqli olaraq ruhumuzu itirmirik və qarşıda böyük imkanlar görürük. Yararsız xəbərdarlıqlar bitdi. Müqavimətə qoşulun" -demişdir.[6][7]
Saleh Taliban üçün ən əhəmiyyətli rəqiblərdən biri hesab olunur. Onun həyatına bir neçə sui-qəsdlər təşkil edilmişdir. Sonuncu sui-qəsd 9 sentyabr 2020-ci ildə baş vermişdir.
Əmrulla Saleh evlidir və beş övladı var. Dari, Puştu və İngilis dillərini mükəmməl bilir. ABŞ vətəndaşlığı var.