Ənizə ədnani | |
---|---|
Etnik mənsubiyyət | ərəb |
Nisbə | Anezī |
Yer | Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, İraq, Suriya, İordaniya, Livan, Misir və Birləşmiş Ərəb Əmirlikləri |
Əcdadı | Ənizə ibn Əsəd ibn Rəbiə ibn Nizar ibn Məad ibn Ədnan[1] |
Dili | ərəbcə |
Dini | sünni islam |
Ənizə[2] (ərəb. عنزة, ʻanizah, [ʕni.zah])[3] — Ərəbistan yarımadasında, Yuxarı Mesopotamiyada və Levantda ərəb qəbiləsi.
Ənizə qəbiləsinin nümayəndələri Nəcd, Hicaz və Levant (Hüms, Həma, Hələb) ərazisində yaşayırlar. Coğrafi cəhətdən onları aşağıdakı qruplara bölmək olar: İraq ənizələri, Fərat və Cəzirə ənizələri, Həma ənizələri, Hüms ənizələri, Dəməşq ənizələri və Hicaz ənizələri. "Sübh əl-Əşa"da Qəlqəşəndiyə görə, ənizələr əvvəlcə Mədinə yaxınlığındakı Xeybərdə yaşayırdılar. İbn Xəlduna görə, ənizə qəbiləsi əvvəlcə Əyn-Təmrada (indiki Kərbəla və ətrafı) yaşamış, sonra isə Xeybərə köçmüşdür.[4]