Əsra Şafəyi | |
---|---|
Doğum tarixi | 23 iyul 1986 (38 yaş) |
Fəaliyyəti | jurnalist, aktivist, bloger[d], biznes ledi |
majal.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsra Şafəyi (ərəb. إسراء الشافعي; ing. Esra'a Al Shafei; 23 iyul 1986[1]) — Bəhreynli insan hüquqları aktivisti, blogger və CrowdVoice.org daxil olmaqla, Majal (Yaxın Şərq Gəncləri) və onunla əlaqəli layihələrin təsisçisi və icraçı direktoru.[2] Əl Şafəyi TED[3] və Echoing Green-də[4] aparıcı üzvdür. CNN müxbiri Corc Vebster tərəfindən "Söz azadlığının açıq müdafiəçisi" adlandırılıb.[5] O, Fast Company jurnalında "Biznesdə Ən Yaradıcı 100 İnsan"dan biri kimi göstərilib.[6] 2011-ci ildə The Daily Beast Şafəyini dünyanın ən cəsur 17 bloggerindən biri adlandırıb.[7] O, eyni zamanda sosial dəyişiklik vasitəsi kimi musiqinin təbliğatçısıdır[5] və hazırda Yaxın Şərq və Şimali Afrikada yeraltı musiqiçilər üçün ən böyük platforma olan Mideast Tunes-u yaradıb.[8]