Əzvayyarpaq yukka

Əzvayyarpaq yukka
Elmi təsnifat
Beynəlxalq elmi adı

Əzvayyarpaq yukka (lat. Yucca aloifolia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | vikimətni redaktə et]

Şimali Amerika, Bermud adaları və Yamaykaya qədər təbii halda yayılmışdır.

Botaniki xarakteristikası

[redaktə | vikimətni redaktə et]

Yavaş böyüyür və tədricən hündürlüyü 8 sm olan şarşəkilli kol və ya kiçik ağac formasını alır. Gövdələrinin aşağı hissəsi çılpaqdır. İri bitkilərin oduncaqlı gövdəsi çox şaxələnmiş olur. Budaqların uclarında cod lifli yarpaqların möhkəm rozetləri vardır. Yuxarı hissəsi köhnə yarpaqların qalıqları ilə örtülmüşdür; təpəsində tünd-yaşıl rəngli, sərt, lətli yarpaq topası yerləşir. Yarpaq ayası uzunsov lansetvari, tünd-yaşıl dərili, uzunluğu 40–75 sm, eni 30–40 mm-dir. Yanları xırda dişli, təpəsində uzunluğu 50 mm olan iti tikanları var, kənarları dişli olub, bir iynə ilə qurtarır. Yayda iri bitkilərin rozetindən hündürlüyü 45 sm-ə çatan, qırmızı çalarlı süpürgəvarı çiçək qrupu çıxır ki, onların üzərində 3 sm uzunluğunda çoxsaylı zəngşəkilli çiçəklər əmələ gəlir. Çiçəkyanlığının xarıcı tərəfində yerləşən ağ ləçəklərin üzərində qırmızı-qonur rəngli zolaqlı ləkələr vardır. Yazda və ya yayda zoğlarla, qələmlərlə çoxaldılır.

Quraqlığa, şaxtaya davamlı bitkidir, yarımkölgəyə dözür. 13 °C temperaturda yerüstü hissəsi məhv olur.

Azərbaycanda yayılması

[redaktə | vikimətni redaktə et]

Abşeronda, Qəbələdə, Şamaxıda, Gəncədə və s.rayon və şəhərlərdə yaşəllaşdırmada istifadə edilir.

Yarpaqlarının üzərində sarı zolaqları olan dekorativ forması vaardır. Bağlarda və parklarda qrup ilə və ya tək əkinlərdə daha geniş miqyasda əkilə bilər.

Homotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Sarcoyucca aloifolia (L.) Linding.
  • Yucca aloifolia f. genuina Engelm.

Heterotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Dracaena lenneana Regel
  • Yucca aloifolia var. arcuata (Haw.) Trel.
  • Yucca aloifolia f. arcuata (Haw.) Voss
  • Yucca aloifolia var. conspicua (Haw.) Engelm.
  • Yucca aloifolia f. conspicua (Haw.) Trel.
  • Yucca aloifolia f. crenulata (Haw.) Voss
  • Yucca aloifolia var. draconis (L.) Engelm.
  • Yucca aloifolia f. draconis (L.) Voss
  • Yucca aloifolia var. flexifolia J.Bommer
  • Yucca aloifolia var. gigantea Sprenger
  • Yucca aloifolia var. marginata J.Bommer
  • Yucca aloifolia f. marginata (J.Bommer) Trel.
  • Yucca aloifolia f. menandii Trel.
  • Yucca aloifolia var. purpurea Baker
  • Yucca aloifolia f. purpurea (Baker) Trel.
  • Yucca aloifolia var. quadricolor-variegata Carrière
  • Yucca aloifolia var. roseomarginata Regel
  • Yucca aloifolia var. serratifolia Sprenger
  • Yucca aloifolia var. stenophylla J.Bommer
  • Yucca aloifolia var. tenuifolia (Haw.) Trel.
  • Yucca aloifolia f. tenuifolia (Haw.) Voss
  • Yucca aloifolia f. tricolor (J.Bommer) Trel.
  • Yucca aloifolia var. tricolor J.Bommer
  • Yucca aloifolia var. variegata Rothsch.
  • Yucca aloifolia var. versicolor Carrière
  • Yucca aloifolia var. yucatana (Engelm.) Trel.
  • Yucca arcuata Haw.
  • Yucca atkinsii Baker
  • Yucca conspicua Haw.
  • Yucca crenulata Haw.
  • Yucca draconis L.
  • Yucca haruckeriana Crantz
  • Yucca parmentieri Carrière
  • Yucca purpurea Baker
  • Yucca quadricolor De Smet ex Regel
  • Yucca quadricolor var. stokesii B.S.Williams
  • Yucca serrulata Haw.
  • Yucca serrulata var. angustifolia B.S.Williams
  • Yucca serrulata var. variegata B.S.Williams
  • Yucca stokesii W.Bull ex J.Dix
  • Yucca striata T.Moore & Mast.
  • Yucca tenuifolia Haw.
  • Yucca tricolor Baker
  • Yucca yucatana Engelm.
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 319.
  2. Illustrated Handbook of Succulent Plants: Monocotyledons. / red. U. Eggli, R. Nyffeler 2 2020. S. 371–372. ISBN 978-3-662-56486-8 doi:10.1007/978-3-662-56486-8