İbrahim Traore | |
---|---|
fr. Ibrahim Traoré | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 mart 1988 (36 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti | zabit |
Dini | islam |
Rütbəsi | kapitan[1] |
Vikianbarda əlaqəli mediafayllar |
İbrahim Traore (fr. Ibrahim Traoré; 14 mart 1988, Bondokuy[d]) — Burkina-Faso silahlı qüvvələrinin kapitanı, "Kobra" xüsusi bölməsinin komandiri. O, 2022-ci ilin sentyabr çevrilişi zamanı ölkədə hakimiyyəti ələ keçirərək müvəqqəti dövlət başçısı olmuşdur.[2]
Traore 2022-ci ilin yanvarında baş tutmuş silahlı çevrilişin iştirakçılarından biri idi.[2] Hakimiyyət dəyişdikdən sonra Kaya[3] şəhərində "Kobra" dəstəsinin rəisi vəzifəsində çalışmış və cihadçılara qarşı döyüşlərdə iştirak etmişdir.[4]
Bu zaman Traore yeni hökumətin lideri Pol-Anri Sandaoqo Damibain islamçı radikalların üsyanını cilovlaya bilməməsi ilə bağlı hərəkətlərindən narazı qalmışdı.[2] Bundan əlavə, hakimiyyət "Kobra" döyüşçülərinin maaşlarını gecikdirirdi.[5] 30 sentyabrda hərbçilər "Vaqner" qrupundan olan Rusiya muzdlularının köməyi ilə Damibanı devirmiş[6] və Traore ölkənin başçısı olmuşdur.[2]