İon Diakonesku

İon Diakonesku
Doğum tarixi 25 avqust 1917(1917-08-25)
Vəfat tarixi 11 oktyabr 2011(2011-10-11)[1] (94 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi, mühəndis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İon Diakonesku (25 avqust 1917 Argeș rayonu - 11 oktyabr 2011, Buxarest) — Rumıniyalı anti-kommunist aktivist və siyasətçi. Rumıniyada kommunist dövründə, on yeddi il ərzində siyasi məhbus kimi həbs edilib: 1947-1964-cü illərdə. Diakonesku daha sonra Xristian Demokratik Milli Kənd Partiyasının lideri oldu.[2]

İon 1917-ci ilin 25 avqustunda Almaniya işğalında olan Boțești (Argeş rayonu) ərazisində, keşiş ailəsində dünyaya gəlib. Daha sonra hətta yaşlı vaxtlarında öz doğma torpaqlarını ziyarət edirdi. Ailəsində uzun bir "monastır ənənəsi" var idi, üzvlərinin çoxu keşiş və ya rahiblər idi. 1936-cı ildə, 19 yaşındakı Diakonesku Rumıniya Kənd Təsərrüfatı Partiyasının üzvü oldu. Eyni zamanda Politexnik Universitetində - Elektrik Sistemləri Fakültəsində 1942-ci ildə məzun olduğu Buxarestə getdi. Daha sonra Diakonesku Milli İqtisadiyyat Nazirliyində texniki rəyçi işləmişdir.[3]

1947-ci ildə Diakonesku onun siyasi fəaliyyəti səbəbindən nazirlikdə vəzifəsindən uzaqlaşdırılıb. Partiya liderlərinin bir sıra həbslərindən sonra İon öz partiyasının gənclər qrupunun lideri kimi də səlahiyyətlilər tərəfindən təqib olundu. 1947-ci il 1 dekabr axşamı Buxarestdəki mənzildə həbs olundu; 1948-ci ildə 15 il həbs cəzasına məhkum edildi. 1962-ci il noyabrın 30-da həbsxanadan azad edilib. Sərbəst buraxıldıqdan sonra Rumıniya Kommunist rejimi nəzarətə son qoymadı: dərhal ev həbsinə göndərildi və rejimin digər müxalifləri ilə birlikdə deportasiya edildi.

Kommunist rejimi həyatı

[redaktə | mənbəni redaktə et]

1964-cü ildə Buxarestdə Diakonesku üçün iş tapmaq son dərəcə çətin idi. Bu dövrdə, o, Kəndlilər Partiyasının digər üzvləri ilə (xüsusilə Kornelius Kopos ilə) gizli şəkildə görüşməyə davam etdi. 1974-cü ildə bu görüşlərdən biri ölkənin təhlükəsizlik xidməti tərəfindən aşkar edilmişdir.[4]

1989-cu ildən sonra siyasi fəaliyyət

[redaktə | mənbəni redaktə et]

1989-cu il Rumıniya inqilabı Nikolae Çauşesku, Diakonesku, Kopos və digər rəhbərlərin rejimini devrilməsinə gətirib çıxararkən, 22 dekabr 1989-cu ildə onlar Milli Kənd Təsərrüfatı Partiyasının bərpasına çağırdılar. Tezliklə digər siyasi qruplar birləşdi və Xristian Demokratik Milli Kənd Partiyasının qurulması üçün əsas oldu. 1990-cı il yanvarın 29-da, ölkədəki kommunist sisteminin tərəfdarı olan işçilər partiya qərargahına hücum etdi. Yeni Rumıniyada ilk azad seçkilər 1990-cı il mayın 20-də keçirilib: namizəd Diakonesku parlamentdə onun partiyasının 12 yerindən birini qazandı. 1995-ci ildə Kornelius Kopos'un ölümündən sonra, Diakonesku partiyanın lideri olaraq yerini aldı. Bu dövrdə o, qanunvericilik orqanları vasitəsilə bir sıra islahatlar aparmışdır: özəlləşdirmənin sürətləndirilməsi, keçmiş rejim tərəfindən əl qoyulan torpaqların bərpası, gizli xidmətlərin arxivlərinin təhlili və xarici siyasətdə Qərbə ümumi yönüm. Bir bazar iqtisadiyyatına keçid dövründə başlayan iqtisadi böhran səbəbi ilə, Diakonesku Partiyası 2000-ci ildə toplanan məclisə daxil edilmədi. İon özü bütün partiya və hökumət vəzifələrini tərk etdi.[5]

Siyasətdən sonra

[redaktə | mənbəni redaktə et]

2000-ci ildən sonra Diakonesku partiyanın fəxri sədri mövqeyini aldı. Təqaüdə çıxdıqdan sonra öz kiçik mənzilində 2003-cü ildə nəşr olunan xatirələrini yazmağa davam etdi. 2009-cu ildə Viktor Çorbeanın təklifi ilə Diakonesku, insan hüquqları pozuntuları ilə müşayiət etdiyi fikirlərinə görə 18 milyon avro təzminat tələb etdi. Pulun "partiyanın xeyrinə" istifadə ediləcəyi ehtimal olundu. 2010-cu ildə Buxarest məhkəməsi Diakonesku üçün 500 min avro təzminat ödəmiş, ancaq Apellyasiya Məhkəməsi 1948-ci il hökmün siyasi motivli olduğu barədə razılığa gəlsə də, maliyyə təzminatı haqqında qərarını ləğv etmişdir. Diakonescu ürək ritminin problemləri səbəbindən sentyabr 2011-ci ildə Buxarestdə xəstəxanaya yerləşdirilib: əvvəlcə vəziyyəti sabit idi, lakin oktyabr ayının ilk günlərində pisləşib və 11 oktyabr 2011-ci ildə 94 yaşında dünyasını dəyişib.[6]

  1. http://www.romania-insider.com/romanian-anti-communist-symbol-ion-diaconescu-dies-at-94/37332/.
  2. "Диаконеску, Ион — Биография". 2019-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
  3. "Ion Diaconescu". 2019-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
  4. "Ion Diaconescu, o viaţă trăită între speranţă şi suferinţă". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
  5. "Ion Diaconescu (1917) - Paměť národa". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
  6. "В Румынии умер известный противник коммунизма". 2019-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]