Şamorin | |
---|---|
Šamorín Somorja | |
48°01′36″ şm. e. 17°18′42″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1287 |
İlk məlumat | 1287 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 125 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +421 31 |
Poçt indeksi | 931 01 |
Nəqliyyat kodu | DS |
Digər | |
samorin.sk | |
Vikianbarda əlaqəli mediafayllar |
Şamorin (slovak. Šamorín, alm. Sommerein, mac. Somorja) — Jitnı adasının ərazisində, Slovakiyanın cənub-qərbində şəhər. Şamorin Dunay çayının sahilində yerləşir. Əhalisi 12 min nəfərə yaxındır (2004-cü il), əhalinin əsasını macarlar təşkil edir. Şəhər ilk dəfə 1238-ci ildə, Müq. Mariya adı ilə qeyd edilib. XIV əsrin sonunda Şamorin Jitnı adasının mərkəzi idi, 1405-ci ildən isə — azad şəhər hüququ qazanır. 1555-ci ildə ilk Şamorində ilk sənətkarlıq sexi yaranır. Daha sonra isə şəhərdə dərzilərin, dulusçuların, metallurqçuların, zərgərlərin, toxucuların və sabunbişirənlərin gildiyaları açıldı. Şəhər iqtisadiyyatının sürətli inkişafına XVI əsrdə Osmanlı İmperiyası ilə müharibə zamanı son qoyuldu. Bundan başqa həmin dövr kədərli Cadugərlər üzərində məhkəmə prosesi ilə də məşhurdur. 1589-cu ildə Şamorin azad kral şəhəri imtiyazlarını da itirir. Yalnız XVII əsrdən başlayaraq şəhər yenidən inkişaf etməyə başlayır.
1872-ci ildə Şamorində ilk dövlət orta məktəbi açılır, daha sonralar isə — kazino. I Dünya müharibəsi dövründə burada rus və italyan əsirlər üçün lager yerləşirdi. 1929-cu ildə şəhərdə Jitnı adasının muzeyi açılır.
Əhalinin ümumi sayı 12.726 nəfərdir (100%)