Şiraz salatı

Şiraz salatı
İranda Şiraz şəhərinin geoloji yeri

Şiraz salatı (fars. سالاد شیرازیsalad shirāzi)[1] ənənəvi İran salatıdır, Cənubi İranda Şiraz şəhərində hazırlandığı üçün həmin şəhərin adı ilə tanınır. Bu salat həm də "fars pomidor-xiyar salatı" da adlanır.[2][3][4] Baxmayaraq ki, bəzən onun hazırlanmasında laym suyu və ya yaşıl meyvə suyu (üzüm qorası, kal alma və digər turş meyvələri sıxıb şirəsini şıxararaq hazırlanan, dünya mətbəxində verjuice adı ilə, İranda isə ab-qora (آبغوره) adı ilə tanınan, salat və yeməklərə turşuluq verən maye qatqı) istifadə olunur, salatın əsas tərkibi xiyar, pomidor, soğan və limon şirəsindən ibarətdir.[5][6] Şiraz salatı İranda yay aylarında ayrıca yemək kimi yeyilə bilir, lakin il boyu süfrəyə ət yeməklərinin, xüsusən kabab [6][7][8]steyk yanında əlavə kimi verilir.[9] Shirazi salad is sometimes served as an accompaniment to rice.[10] Cookbook author Jila Dana-Haeri describes it as a refreshing dish during the summer.[2] Şiraz salatı İranın milli salatı sayılır və İranda süfrəyə gələn xörəklərin əksəriyyəti bu salatla birlikdə verilir.[3] Bu salat həmçinin ət yeməyinin ədavasını (acılığını) azaltmaq məqsədi də daşıyır.[11] Salatın tərkibinə daxil olan xiyarın hesabına salat xırtıltı ilə yeyilir[5][12]; bir qədər pico de gallo and İsrail salatını xatırladır.[8][13]

Şiraz salatının əsas tərkib hissəsi: xırda doğranmış kiçik xiyar, pomidor və soğandan ibarətdir. Bu tərəvəzlər xırda doğranır və təzə limon və ya laym şirəsi ilə və bəzən də qurudulmuş nanə ilə qarıçdırılır.[2][5] Zeytun yağı, duz və istiot istifadə edilə bilər,[2][3] və əlavə olaraq salatın tərkibinə: doğranmış nanə, cəfəri, yaşıl soğan, şüyüd, sumaq, üzüm sirkəsi [8][9] və kal üzüm şirəsi (ab-qora) qatıla bilər. Salat duzlu və turş dada malik ola bilər. Salat süfrəyə verilməzdən bir saat (və ya bir qədər çox müddət) əvvəl düzəldilərsə, süfrəyə verilənə qədər keçən müddət ərzində onun tərkib hissələrinin dadı, ətri bir-birinə daha yaxşı qarışa bilir və nəticədə salatın dadı, ətri daha da artır.[2] Şiraz salatını süfrəyə pide və lavaş kimi çörəklərlə,[6] və ya pendir və/və ya qoz ilə vermək olar.

  1. "Shafia 2013 p. 59"
  2. 1 2 3 4 5 Dana-Haeri, J.; Lowe, J.; Ghorashian, S. New Persian Cooking: A Fresh Approach to the Classic Cuisine of Iran. I.B.Tauris. 2011. səh. 181. ISBN 978-0-85771-955-3. 2016-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  3. 1 2 3 "Shirazi salad". The Irish Times. March 21, 2013. November 24, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2015.
  4. Vartanian, A.; Kubal, A.; Wolfe, L. The Paleo Foodie Cookbook: 120 Food Lover's Recipes for Healthy, Gluten-Free, Grain-Free & Delicious Meals. Page Street Publishing. 2014. səh. 217. ISBN 978-1-62414-049-5. 2016-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  5. 1 2 3 Shafia, L. The New Persian Kitchen. Potter/TenSpeed/Harmony. 2013. səh. 59. ISBN 978-1-60774-358-3. May 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2015.
  6. 1 2 3 Raichlen, S. The Barbecue! Bible 10th Anniversary Edition. Workman Publishing Company. 2008. səh. 118. ISBN 978-0-7611-5957-5. 2016-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  7. "Caspian Grill's chicken kabobs with basmati rice and shirazi salad". C-J Recipes. March 8, 2012. İstifadə tarixi: October 31, 2015.[ölü keçid]
  8. 1 2 3 Stewart, B.; Edwards, D.; Warner, J. Paleo Fitness: A Primal Training and Nutrition Program to Get Lean, Strong and Healthy. Ulysses Press. 2013. səh. 251. ISBN 978-1-61243-207-6. 2016-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  9. 1 2 Reid, S. Fitting Into Your Genes: Healthy Living And Eating in Philadelphia. Peconic Press. 2006. səh. 165. ISBN 978-0-9768176-2-8. 2016-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  10. Kelly, Rachel. "18 recipes for leftover mint". the Guardian. August 26, 2014. April 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2015.
  11. "A Persian feast". www.ajc.com. October 15, 2015. March 8, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 31, 2015.
  12. "Shirazi Salad Recipe". Bon Appétit. May 5, 2013. August 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 11, 2015.
  13. Eshghi, Abrisham. "Time for Israelis and Iranians to rediscover their similarities - Opinion". Haaretz.com. June 30, 2013. November 8, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2015.