islam | |
Əlaəddin məscidi | |
---|---|
türk. Alâeddin Camii | |
Yerləşməsi | |
Ölkə | Türkiyə |
Memarlıq | |
İnşa tarixi | 1150 – 1235 |
Tikdirəni |
|
Üslubu | Anadolu memarlıq məktəbi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əlaəddin məscidi (türk. Alâeddin Camii) — Türkiyənin Konya şəhərində yerləşən qədim tarixi tikili. Məscid Əlaəddin təpəsində yerləşir. Məscid həm də bir çox Konya sultanlarının dəfn yerdir.
Konyanın Səlcuqlular tərəfindən ələ keçirildikdən sonra Bizans arxitekturasına aid bir çox tikililər məscidə çevrilmişdir. Əlaəddin məscidi də Bizans tikilisi olmuşdur. Bu tikilidə ilk yenilənmə işləri 1150-ci ildə sultan I Maqsudun dönəmində aparılmışdır[1]. Məscidin minbəri ebendən hazırlanmışdı. Bu isə Anadolu türklərinin qədim incəsənət nümünələrindən sayılır. Bu minbər 1155-ci ildə hazırlanmışdır[2]. Kafella bəzədilmiş mehrab və mərkəzi gümbəz də o dönəmə aiddir. Məsciddə bərpa və genişləndirmə işləri 1219-ci ildə I Keykavusun dönəmində yenidən aparılmışdır. Onun dönəmində şəhər və sultanların sarayına baxan monenenal fasad işlənilir. Burada mərmərdən sultanlara aid türbələr inşa edilir. Ancaq Key-Kavusun ölümü işləri yarımçıq qoymuşdur. Bu işlər yenidən I Key Qubadın dönəmində davam etdirilir. 1235-ci ilə əsas zalda 42 kolonna qurulur. Uzun zaman məsciddə təmir işləri aparılmır. 1891-ci ildə burada minarə inşa edilmişdir[3].
Bununla yanaşı Key Qubadın dönəmində burada bir türbə inşa edilmişdir. Hazırda bu tikili Adsız Türbə kimi tanınır. Burada indidə dəfn olunanların adı dəqiq məlum deyildir.