Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Ənvər Paşa | |
---|---|
osman. اسماعیل انور پاشا | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 noyabr 1881[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 avqust 1922[1][3][…] (41 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm[4] |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Uşağı | 3 (Mahpeykər xanım Sultan, Türkan xanım Sultan daxil olmaqla) |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Rütbəsi | general |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Ənvər Paşa (türk. Enver Paşa) (əsl adı: İsmail Enver; 22 noyabr 1881[1][2][…], İstanbul – 4 avqust 1922[1][3][…], Buxara Xalq Sovet Respublikası) — Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış hərbçi və siyasi xadim.[5][6]
Ənvər Paşa İttihad və Tərəqqi Cəmiyyətinin öndərlərindən biri olmuş, 1913-cü ildə "Babıali Basqını" adı verilən hərbi çevrilişlə bu partiyanın iqtidara gəlməsinə nail olmuşdur. 1914-cü ildəki Almaniya ilə hərbi ittifaqın və Osmanlı dövlətinin Birinci Dünya müharibəsinə daxil olmasının təşəbbüskarlarından biri olmuşdur. Müharibə illərində Hərb naziri vəzifəsini yerinə yetirmişdir.[7][8]
Birinci Dünya müharibəsinin məğlubiyyətlə nəticələnməsindən sonra Qafqazda və Mərkəzi Asiyada yaşayan türk xalqlarının dirçəlməsi və birləşməsi üçün mübarizə aparmış, bu uğurda qoşulduğu bir qiyamda Tacikistanda rus ordusu tərəfindən öldürülmüşdür.
1914-cü ildə Sultan Əbdülməcidin nəvəsi (Şahzadə Süleymanın qızı) Naciyə Sultanla evlənərək Osmanlı ailəsinə kürəkən olmuşdur. Bu evlilikdən Türkan Mayatepek (ö. 1989) və Mahpeykər Ürgüp adlı qızları və Əli Ənvər Akoğlu (1921–1971) adlı bir oğlu vardır. Ənvər Paşa sabiq baş qərargah rəisi Kazım Orbayın da qaynı idi.[6]
1881-ci ildə İstanbulda Divanyolunda dünyaya gəlmişdir. Atası inşaat mühəndisi Hacı Əhməd paşa (həm də Malta sürgünlərindən olmuşdur), anası Aişə Dilarə xanımdır.[6] Ata tərəfdən soyu Qaqauz türklərinə dayanır.[5] Ailənin 5 övladından ən böyüyüdür.[7] Əvvəllər Ümumi İşlər nazirliyində məmurluq edən, daha sonra Surre Emini (Surre-i Hümâyûn Alayı Emini) vəzifəsinə gətirilən və mülki paşalığa yüksələn Hacı Əhməd paşanın təyinatlarına görə uşaqlığı müxtəlif şəhərlərdə keçmişdir. Qardaş və bacıları Nuru paşa Killigil, Kamil Killigil, Mədiha (general Kazım Orbayın həyat yoldaşı) və Hasenəydir (Saloniki məkrəz komandanı Nazım bəyin həyat yoldaşı).
Üç yaşında evlərinin yaxınlığındakı İbtidai məktəbə getmişdir. Daha sonra Fatif-i Məktəb-i İbtidaiyə qəbul olmuş, lakin ikinci sinifdə oxuyarkən atasının Monastr bölgəsinə təyin edilməsinə görə bu məktəbi buraxmağa məcbur qalmışdır. Yaşının az olmasına baxmayaraq, 1889-cu ildə Monastr Hərbi liseyinə qəbul olmağı bacarmış və oradan 1893-cü ildə məzun olmuşdur. Təhsilinə qəbul olduğu Monastr Hərbi Məktəbində davam etmiş və 1896-cı ildə məzun olmuşdur. Buradan Hərbi Akademiyaya keçmiş və buranı 1899-cu ildə piyada leytenantı olaraq bitirmişdir. Hərbi Akademiyada oxuyarkən onun kimi tələbə olan Xəlil paşa ilə birlikdə həbs edilmiş və Ulduz məhkəmələrində mühakimə edilmişdir. Məkhəmə sonunda sərbəst buraxılmışdır. Hərbi Akademiyanı II olaraq bitirmiş və 23 noyabr 1902-ci ildə qərargah kapitanı olaraq III Ordunun əmrindəki Monastr XIII Topçu alayınnın I bölüyünə verilmişdir.
Monastr, Koçana və Üskübdə müxtəlif hərbi vəzifələrdə olduqdan sonra 1904-cü ildə kolağası, 30 avqust 1906-cı ildə mayor oldu. 1907-ci ilin oktyabrında Monastr ətrafındakı quldurları təqib etmək tapşırıldı. 1908-ci ilə qədər bu vəzifədə qalan Ənvər paşanın bu müddət ərzində bulqar quldur dəstələrinə qarşı apardığı mübarəzisi onda millətçilik hisslərinin baş qaldırmasına səbəb olmuşdur.
Toqquşmalarda ayağından yaralanaraq bir ay xəstəxanada qalmış və bu vəzifədəki xidmətlərinə görə IV və III Məcidiyyə, IV Osmaniyyə nişanları və Qızıl Ləyaqət medalı ilə təltif edilmişdir.[6]
Əmisi kapitan Xəlil bəy ilə danışaraq, mərkəzi Parisdə olan Jön Türk hərəkatının Salonikidəki bir qolu olan Osmanlı Hürriyət Cəmiyyətinə (sonrakı adı ilə İttihad və Tərəqqi Cəmiyyəti) qatılmağı qəbul etdi.[8] Təxminən 1906-cı ilin may ayında Bursalı Mehmed Tahir bəyin rəhbərlik etdiyi cəmiyyətə 12-ci üzv olaraq qatılmış və ona cəmiyyətin Monastr şöbəsini qurmaq tapşırılmışdır.[7][9]
İttihad və Tərəqqi Cəmiyyətinin başlatdığı çevriliş hərəkatlari içində olan Ənvər bəy, bacısı Hasenə xanımın həyat yoldaşı olan və sarayın adamı olaraq bilinən Saloniki mərkəz komandanı polkovnik-leytenant Nazim bəyi öldürmə planının təşkilatçılarından biri oldu.[10] 11 iyun 1908-ci ildə reallaşan sui-qəsd cəhdi Nazim bəyin və onu öldürməli olan Mustafa Nəcib bəyin yaralanması ilə nəticələndikdən sonra Ənvər bəy Divan-i Hərbə göndərildi. Ancaq İstanbula getmək yerinə 12 iyun gecəsi dağa çıxıb çevriliş hazırlamaq üçün Monastra doğru yola çıxdı. Resnədə Resnəli Niyazi bəyin dağa çıxdığını öyrəndikdən sonra Monastr yerinə Tikveşə yönəldi və cəmiyyəti orada yaymağa başladı. Ohrili Eyüb Səbri bəy də onu izlədi. Bu hərəkat sultan tərəfindən II Məşrutiyyətin elan edilməsində önəmli rol oynamışdır.
Dağa çıxan zabitlər arasında ən təcrübəli və mühüm fəaliyyətləri olduğu üçün Ənvər bəy bir anda hürriyət qəhrəmanı olaraq qəbul edildi. İttihad və Tərəqqi cəmiyyətinin hərbi qanadınınn ən mühüm şəxslərindən biri oldu.
Məşrutiyyətin elannıdan sonra Makedoniya Ümumi müfəttişliyi və Berlin hərbi attaşeliyi kimi vəzifələrdə olmuşdu.
5 mart 1909-cu ildə Berlin hərbi attaşesi olaraq təyin edilən Ənvər bəy, bu vəzifədə olduğu zaman Alman mədəniyyəti ilə tanışmış və çox təsirlənmişdir.[7] İstanbulda 31 mart hadisələrinin olmasından sonra müvəqqəti olaraq vətəninə dönmüş və üsyanı yatırmaq üçün Salonikidən İstanbula gedən və komandanlığını Mahmud Şövkət paşanın etdiyi Hərəkat Ordusuna qatılmışdır. Bu əsnada hərəkatın qərargah rəisliyini Kolağası Mustafa Kamal bəydən təhvil almışdır. Üsyan yatırıldıqdan sonra II Əbdülhəmid taxtdan endirilmiş, yerinə Mehmed Rəşad keçmişdir. Qurulan İbrahim Haqqı paşa kabinetində gözlənilənlərin əksinə olaraq Hərbi nazir vəzifəsi Ənvər paşaya deyil, Mahmud Şövkət paşaya verilmişdir.
Üsyan yatırıldıqdan sonra Ənvər bəy, təkrar Berlinə geri dönmüşdür. 1911-ci ildə İstanbula geri dönmüş və Sultan Mehmed Rəşadın qardaşı qızı Naciyə Sultan ilə nişanlanmışdır. Albaniyada çıxan üsyandan sonra getdiyi İşkodrada üsyanın yatırılmasında əsas rol oynamışdır. Daha sonra Berlinə getsə də, İtaliyanın Trablusqarba hücumundan sonra yenidən vətəninə dönmüşdür.
Ənvər bəy, italyanlara qarşı partizan müharibəsi aparılmasi fikrini İttihad və Tərəqqi Cəmiyyəti üzvlərinə qəbul etdirdikdən sonra kolağası Mustafa Kamal bəy və Paris hərbi attşesi polkovnik-leytenant Fəthi Okyar bəy kimi şəxslərlə bölgəyə getdi. İstanbuldan gəmi ilə 25 sentyabr 1911-ci ildə yola çıxmış, gizli tapşırıqda olduğu üçün özünü əvvəlcə həkim, daha sonra suriyalı tacir kimi təqdim etmişdir. 15 oktyabr 1911-ci ildə İsgəndəriyyəyə çatmış, oradan da dəvə üstündə çox çətin səyahətdən sonra 22 oktyabr 1911-ci ildə Trablusqarba çatmışdır.[11] Benqazi və Dərnədəki qüvvələrin rəhbərliyini ələ almış, xanədan kürəkəni olmasının da qazandırdığı hörmətlə 20 min nəfəri səfərbər etməyi bacarmışdır. Bu əsnada hətta adına pul da zərb etdirmişdir.[12]
Bir il davam edən mübarizənin sonunda Birinci Balkan müharibəsinin başlamasına görə digər türk zabitlərlə birgə İstanbula çağırılmışdır.[13]İtaliya ilə uğurlu mübarizəyə görə polkovnik-leytenantlığa yüksəldilmişdir.[14]
Birinci Balkan müharibəsinə qatılmaq üçün digər könüllü zabitlərlə birlikdə Benqazidən ayrılan polkovnik-leytenant Ənvər bəy, düşmən qüvvələrinin Çatalcada durdurulmasında mühüm rol oynamışdır.[14] I Balkan müharibəsi Osmanlı dövlətinin məğlubiyyəti ilə nəticələnmişdi. Kamil paşa hökuməti özlərinə London konfransında təklif edilən Midye-Enez sərhəddini qəbul etməyə razı idi. İttihadçıların öz aralarında etdiyi və Ənvər bəyin də qatıldığı iclaslarda qüvvə tədbiq edərək hökuməti devirmə qərarı qəbul edildi. 23 yanvar 1913-cü ildə Ənvər bəyin rəhbərlik etdiyi Bab-ı Ali basqını reallaşdı. Basqın zamanı Hərbi nazir Nazim paşa Yaqub Cəmil tərəfindən öldürüldü. Ənvər bəy, Mehmed Kamil paşaya istefasını imzalatdı və sultanı ziyarət edərək Mahmud Şövkət paşanın sədrəzəm olmasını təmin etdi. Beləcə İttihad və Tərəqqi hərbi çevriliş ilə iqtidarı ələ keçirmiş oldu.
Bab-ı Ali basqınından sonra Ənvər bəy, bulqar ordusu başqa cəbhələrdə döyüşməkdə olduğundan, müqavimətlə qarşılaşmadan 22 iyul 1913-cü ildə Ədirnəyə girdi. Bu hadisədən sonra nüfuzu artan Ənvər bəy Ədirnə fatehi ünvanını aldı.[14] Rütbəsi polkovnikliyə (18 dekabr 1913), qısa müddət sonra da generallığa (5 yanvar 1914) yüksəldildi. Bunun ardınca istefaya göndərilən Hərbi nazir Əhməd İzzət paşanın yerinə Hərbi nazir oldu. Bu arada, Sultan Mehmed Rəşadın qardaşı qızı Əminə Naciyə Sultan ilə Baltalılimandakı Damad Fərid Paşa villasında keçirilən toy ilə evlənərək "Damad-ı Şehriyari" oldu (5 mart 1914)
Hərbi nazir olduqdan sonra orduda bəzi islahatlar edən Ənvər paşa, mindən çox yaşlı zabiti ordudan xaric etdi, gənc zabitləri mühüm vəzifələrə gətirdi. Orduda fransız modeli yerinə alman modelini tədbiq etdi, bir çox alman zabiti türk ordusunda müşavir olaraq təyin edildi.[8] Formalar dəyişdirildi, orduda oxuyub-yazma nisbətinin artırılmasına çalışıldı və bunun üçün ənvəriyyə yazısı deyilən əlifba tədbiq edildi.[14]
Mahmud Şövkət paşanın sui-qəsd nəticəsində öldürülməsindən sonra qurulan Səid Həlim paşa kabinetində və onun vəzifədən çəkilməsindən sonra 1917-ci ildə qurulan Tələt paşa kabinetində də davam etdiyi Hərbi nazirliyi 14 oktyabr 1918-ci ilə qədər davam etmişdir.
Hərbi nazir Ənvər paşa, 2 avqust 1914-cü ildə Rusiyaya qarşı gizli Türk-Alman müqaviləsinin imzalanmasında mühüm rol oynamışdır.[14] 10 avqustda İstanbul boğazlarından girməsinə icazə verilən iki alman gəmisinin 29 oktyabrda Rusiya çarlığı liman və gəmilərinə hücum etməsi üçün lazımı icazəni vermişdir. 14 noyabrda Fateh Məscidində oxunan Cihad-i Əkbər elanı ilə Osmanlı dövləti rəsmən I Dünya müharibəsinə girmişdir.
Ənvər paşa, ölkəsi Birinci Dünya müharibəsinə girdikdən sonra Hərbi nazir olaraq hərbi hərəkatın idarəetməsini əlinə aldı. III Ordunun Şərq cəbhəsində ruslara qarşı girdiyi Sarıqamış hərəkatının komandanlığını öhtəsinə götürdü. 15 yanvar 1915-ci ildə başlanan döyüşlərdə türk qüvvələri tamamilə darmadağın edildi. Ənvər paşa, ordunun komandanlığını Hafiz Haqqı paşaya buraxıb İstanbula geri döndü və müharibə boyunca başqa heç bir cəbhədə komandanlıq etmədi.[14]
Uzun müddət İstanbul mətbuatında Sarıqamış hərəkatı haqqında hər hansısa bir xəbər və ya yayım edilməsinə icazə verilməmişdir.[15]
26 aprel 1915-ci ildə Hərbi nazirliklə yanaşı Baş Komandan vəkili olan Ənvər paşa, sentyabr ayında general-leytenant rütbəsi almışdır.[14]
Sarıqamış hərəkatı ilə Çanaqqala döyüşü arasında sadəcə 61 gün vardır Hər iksində də Hərbi nazir və Ərkan-i Hərbiyyə-i Umumiyyət (Baş Qərargah Rəisi) Ənvər paşadır.[16]
1877–1878-ci illər Rusiya-Osmanlı müharibəsi zamanı yerli ermənilərin Osmanlıya qarşı Rus ordusuun tərəfində döyüşdüyünü və arxa cəbhədə üsyan qaldırdığını bilən Ənvər paşa, 2 may 1915-ci ildə daxili işlər naziri Tələt paşaya göndərdiyi gizli teleqrafla üsyançı ermənilərin bölgədən uzaqlaşdırılmasını istədi. Erməni köçürülməsi (türk. Ermeni tehciri) kimi tanınan bu addım Tələt paşa tərəfindən atıldı və 27 may "Təhcir qanunu" çıxarılaraq qüvvəyə mindi.
1917-ci ildə Qut-ül Amarə mühasirəsi zamanı ingilis generalı Çarlz Taunshendin əsir alınması və Qafqaz cəbhəsində ruslara qarşı əldə edilən uğurlardan sonra Ənvər paşa ordu generalı rütbəsinə yüksəldilmişdir.
Fələstin, İraq və Suriyada Osmanlı ordusunun ingilislər qarşısında davamlı olaraq məğlubiyyətə uğramasından sonra Osmanlı dövlətinin müharibədəki məğlubiyyəti dəqiqləşdi. 14 oktyabr 1918-ci ildə Tələt paşa kabineti atəşkəs razılaşmalarını asanlaşdırmaq üçün istefa etdiyi zaman Ənvər paşanın hərbi nazirliyi də başa çatdı.
İngilislərin İttihad və Tərəqqi üzvləri haqqında həbs qərarı çıxarmasından sonra Ənvər paşa dostları ilə birlikdə alman gəmisində vətənindən ayrılmışdır.[17] Əvvəlcə Odessaya, oradan da Berlinə, daha sonra isə Rusiyaya keçmişdir. İstanbulda Divan-i Hərb rütbəsini geri almış və qiyabi olaraq haqqında ölüm hökmü çıxarmışdı. 1 yanvar 1919-cu ildə hökumət tərəfindən hərbçilikdən ixrac edilmişdir.[8]
1918–1919-cu illəri kimliyini gizlədərək Berlində keçirən Ənvər paşa, İttihad və Tərəqqini yenidən təşkilatlandırmaq üçün çalışmağa başlamışdı. Almaniyadakı inqilabçı üsyanlara qatılmaq üçün Berlində olan sovet siyasətçisi və jurnalist Karl Radek ilə görüşmüş, onun dəvətilə Moskvaya getmək üçün hazırlıqlara başlamışdı. Ancaq üçüncü cəhdindən sonra 1920-ci ildə Moskvaya getməyi bacarmış və orada Sovet XİN rəhbəri Çiçerinlə və Lenin və Məmməd Əmin Rəsulzadə ilə görüşmüşdür.
1–8 sentyabr tarixində Bakıda təşkil edilən Birinci Şərq Xalqları Qurultayına Liviya, Tunis, Əlcəzair və Mərakeşi təmsil etmək üçün qatılmışdır. Lakin qurultay istənilən nəticəni vermədi və Sovetlərin Türkiyə və başqa müsəlman ölkələrdəki millətçi hərəkatları əslində dəstəkləmədiyini düşünərək, 1920-ci ilin oktyabrında Berlinə geri dönmüşdür. 1921-ci ilin mart ayında Tələt paşanın öldürülməsindən sonra İttihad və Tərəqqinin başlıca rəhbəri olmuşdur.
1921-ci ildə təkrar Moskvaya gedən Ənvər paşa, Ankara hökumətinin Moskvaya göndərdiyi Bəkir Sami bəy rəhbərliyindəki türk nümayəndəliyi ilə görüşmüşdür. Anadoludakı Milli Mübarizə hərəkatına qatılmaq istəsə də, qəbul edilməmişdir. TBMM-də olan bəzi köhnə İttihadçılar onun Mustafa Kamal paşanın yerini almasını istəyirdilər. 1921-ci ilin iyulunda Batumidə İttihad və Tərəqqi konqresi topladı. 30 iyulda Ankaraya yunanların hücumu başlayınca Anadoluya qurtarıcı kimi girməyə ümid edən Ənvər paşanın bu ümidi sentyabr ayında Sakaryadakı meydan döyüşü ilə boşa çıxmışdır.
1921-ci ilin oktyabr ayında Orta Asiya müsəlmanlarını ingilislərə qarşı birləşdirmə və İslam birliyi qurma niyyəti ilə Təşkilat-ı Məxsusanın köhnə rəhbərlərindən Quççubaşı Hacı Sami və digər İttihadçılarla birlikdə Batumdan Buxaraya getmişdir. Burada Rusiyaya qarşı Basmaçı hərəkatının genişlənməsində mühüm rol oynamışdır.[18]
1922-ci ilin fevral ayında komandanlığında topladığı Basmaçi birlikləri ilə Düşənbəni ələ keçirdi və oradakı Sovet qarnizonunu əsir aldı. Ardıyca Xorasan üzərinə yürüş edərək Qızıl Ordu birliklərinin Buxara və Xorasandan çəkilmələrini tələb etdi. 28 iyun 1922-ci ildəki Kafiran döyüşündə məğlub olduqdan sonra dağlara çəkildi. 4 avqust 1922-ci ildə Qurban bayramı zamanı Tacikistandakı Belçivan yaxınlığında Aqop Melkovyanın rəhbərlik etdiyi bolşevik ordusuna qarşı olan döyüşdə vəfat etmişdir. Çeğen kəndində dəfn edilmişdir.[12][19]
Nəşinin Türkiyəyə gətirilməsi Türkiyə prezidenti Süleyman Dəmirəlin 1995-ci ildəki Tacikistan səfəri zamanı gündəmə gəldi. Məsul şəxslərin təmaslarından sonra paytaxt Düşənbənin təxminən 200 km şərqindəki Belçivan şəhərinə bağlı Obtar kəndində olan Ənvər paşanın məzarı, Prezidentin baş müşaviri Münif İslamoğlu rəhbərliyindəki mütəxəsislər və elm adamlarından ibarət 8 nəfərlik heyət tərəfindən 30 iyul 1996-cı ildə açıldı. Xarici quruluşundan Ənvər paşaya aid olduğu anlaşılan cənazə Tacikistandakı siyasi qarışıqlıqlara görə çətinliklə paytaxt Düşənbəyə gətirilmiş və burada Türk bayrağına sarılı tabuta qoyularaq İstanbuldakı rəsmi mərasim üçün hazırlanmışdır.[20]
3 avqust 1996-cı ildə İstanbula gətirilən nəşi gecə Gümüşsuyu Hərbi Xəstəxanasında saxlanılmışdır. Ölüm ildönümü olan 4 avqust 1996-cı ildə Şişli məscidində 8 imamın qıldırdığı cənazə namazının ardından Şişlidəki Abide-i Hürriyət təpəsində, İstanbul Böyükşəhər Bələdiyyəsi və Mədəniyyət Nazirliyi tərəfindən ortaq olaraq hazırlanan və Tələt paşanın yanında olan məzarda dəfn edilmişdir.
Mərasimə o dövrün prezidenti Süleyman Dəmirəl, Milli Müdafiə naziri Turxan Tayan, Abdullah Gül, səhiyyə naziri İldırım Aktuna, Mədəniyyət naziri İsmayıl Qəhrəman, ANAP millətvəkili İlhan Kəsiçi və İstanbul valisi Rıdvan Yenişənlə Ənvər paşanın nəvəsi Mayatepeklə digər yaxınları da qatılmışdı.