1508

İllər
150415051506150715081509151015111512
Onilliklər
1480-ci illər1490-cı illər1500-cü illər1510-cu illər1520-ci illər
Əsrlər
XV əsrXVI əsrXVII əsr
1508 digər təqvimlərdə
Qriqori təqvimi 1508
MDVIII
Yuli təqvimi 1508
Yuli təqvimi
bizans erasında
7016-7017 (1 sentyabr)
Romanın yarandığı gündən 2260-2261 (21 aprel)
Avropa təqvimi
5268-5269

ה'רס"ח  - ה'רס"ט

Hicri təqvim 913-914
Erməni təqvimi 4000-4001 (11 avqust)

ՌՇԸ

Çin təqvimi 4204-4205
丁卯 - 戊辰
qırmızı dovşan  - sarı əjdaha
Efiopiya təqvimi 1500 - 1501
Hind təqvimi
- Vikram-samvat 1564-1565
- Şaka sambat 1430—1431
- Kali-yuqa 4609-4610
İran təqvimi 886-887
Buddist təqvimi 2051
Holosen təqvimi 11508



● Zülqədər-Ağqoyunlu birliyini Durnaçay savaşında məğlub edən Şah İsmail istiqamətini İraqa çevirdi və Beyrək bəy Pornak 10.000 nəfərlik ordusu ilə qızılbaşlara qalib gələ bilməyəcəyini anlayıb fərar etdi. Şah İsmail Bağdadı döyüşsüz fəth etdi. Şah İsmail Luri-Kuçek hökmdarı Rüstəmə qarşı 10.000 süvari göndərdi. Özü isə 20.000 süvari ilə Müşəşəyilər sultanı Məlikşah Fəyyaza qarşı yürüşə çıxdı. Dağlıq ərazidən keçən qızılbaş süvariləri və atları zəhərli sürüngənlərə hədəf oldu. Bir neçə qızılbaş və at zəhərin şiddətli işgəncələri altında həlak oldu. Dağları keçən qızılbaşlar tamamən yorğun və ruh düşkünlüyü içində idilər. Şah İsmail vəziyyəti çətin görüb Sultan Məlikşah Fəyyaza sülh təklif etdi. 25.000 süvari, 10.000 piyada ordusu olan Məlikşah Fəyyaz sülhü rədd etdi və hücuma keçdi. Şah İsmail və 4700 qorçunun mərkəzə hücumu ilə müşəşaların müqaviməti qırıldı. Şah və qorçuları mərkəzdən irəliləyib düşmənin arxasına keçdilər. Digər qızılbaş dəstələri isə düşməni qarşıdan sıxışdırmağa başladılar. Məlikşah Fəyyaz məğlub olduğunu görüb fərar etdi.