Ağ Torpaq

Ağ Torpaq
rus. Остров Ева-Лив
Ümumi məlumatlar
Hündür nöqtəsi 381 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
81°38′ şm. e. 63°00′ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Ağ Torpaq xəritədə
Ağ Torpaq
Ağ Torpaq

Ağ TorpaqFrans-İosif Torpağı arxipelaqı daxil olan qrup. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 381 metr təşkil edir. Sahəsi 288 km²-dir. Qrupa daxil adaların üzəri çoxillik buzla örtülmüşdür. Frans-İosif Torpağı arxipelaqının digər adalarından Şimal-Şərq boğazı ilə ayrılır.

Qrupa daxil olan adalar:

  • Yeva-Liv adası — ada arxipelaqın şimal-şərqində yerləşir. Freden adasından Sars boğazı ilə ayrılır. Ucqar qərb nöqtəsi Klyuv, şimal-şərq nöqtəsi isə isə Mesyaseva burnudur. Sahəsi 288 km², ən hündür nöqtəsi 381 metrdir.
  • Adelaid adası — uzunluğu 2 km olan ada. Frityof Nansenin anasının şərəfinə adlandırılmışdır (Adelaid Yuhan Tekl)
  • Freden adası — elədə böyük olmayan ada. Uzunluğu 8 km, eni 5 km təşkil edir.

Açılış tarıxi

[redaktə | mənbəni redaktə et]

Adanı norveçli Frityof Nansen 10 avqust 1895-ci ildə kəşf etmişdir. O, səhvən Yeva-Liv adasını iki ada hesab etmişdir. Bu adaların birinə həyat yoldaşı Yeva, digərinin isə qızı Livin şərəfinə adlandırmışdır. Bu səhv səbəbindən onun xəritəsində qrupa üç deyil dörd adanın daxil olması göstərilir.

  • Frityof Nansen. "Frans-İosif Torpağı xəritəsi" (ingilis). Columbia Center for New Media Teaching and Learning. 2012-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-25.