23-cü ABŞ əhalisinin siyahıyaalınması | |
---|---|
![]() | |
![]() 2010-cu il əhalinin siyahıyaalınması loqosu | |
Ümumi məlumat | |
Ölkə | ABŞ |
Keçirilmə tarixi | 1 aprel 2010 |
Ümumi əhali | 308,745,538 |
Fərq | ▲ 9.7% |
Ən çox əhalisi olan ştat | Kaliforniya (37,253,956) |
Ən az əhalisi olan ştat | Vayominq (563,626) |
2010-cu il ABŞ əhalisinin siyahıyaalınması ABŞ-də 23-cü və hal-hazırda ən axırıncı əhalinin siyahıyaalınmasıdır. Siyahıyaalınma üçün hesablama günü 1 aprel 2010-cu il hesab edilmişdir.[1][2] Hesablamanın dəqiqliyini artırmaq üçün 635.000 müvəqqəti hesablayıcı işə alındı.[3][4] ABŞ əhalisi 2000-ci il siyahıyaalınmasına görə 9.7% artaraq 308,745,538 nəfər təşkil etmişdir.[5]
ABŞ Konstitusiyasına əsasən 1790-cu ildən hər on ildə bir ABŞ əhalisinin siyahıyaalınması həyata keçirilir. Bundan əvvəlki siyahıyaalınma 2000-ci il ABŞ əhalisinin siyahıyaalınması olmuşdu. ABŞ əhalisinin siyahıyaalınmasında iştirak ABŞ Kodeksi 13-cü maddəsinə əsasən nizamlanır.[6]
25 yanvar 2010-cu ildə Siyahıyaalma Bürosunun direktoru Robert Qrovs şəxsən Alyaskanın Nurvik şəhərinin sakini, İkinci Dünya müharibəsi veteranı Klifton Ceksonu qeydə almaqla 2010-cu il siyahıyaalınmasını rəsmən açılışını etmişdi.[7] 15 mart 2010-cu ildən başlayaraq 120 milyondan artıq siyahıyaalma vərəqəsi ABŞ Poçt Xidməti vasitəsilə göndərilməyə başlandı.[8] 1 aprel 2010-cu ilə qədər poçt vasitəsilə gönədrilən və evlərə çatdırılan vərəqələrin sayı təxminən 134 milyon idi.[9]
2010-cı il siyahıyaalınmasında poçt vasitəsi ilə iştirak 74% təşkil etmişdir.[10]
Sıra | Şəhər | Ştat | Əhali |
---|---|---|---|
1 | Nyu-York | ![]() |
8,175,133 |
2 | Los-Anceles | ![]() |
3,792,621 |
3 | Çikaqo | ![]() |
2,695,598 |
4 | Hyuston | ![]() |
2,099,451 |
5 | Filadelfiya | ![]() |
1,526,006 |
6 | Finiks | ![]() |
1,445,632 |
7 | San-Antonio | ![]() |
1,327,407 |
8 | San-Dieqo | ![]() |
1,307,402 |
9 | Dallas | ![]() |
1,197,816 |
10 | San-Xose | ![]() |
945,942 |
11 | Ceksonvill | ![]() |
821,784 |
12 | İndianapolis | ![]() |
820,445 |
13 | San-Fransisko | ![]() |
805,235 |
14 | Ostin | ![]() |
790,390 |
15 | Kolumbus | ![]() |
787,033 |
16 | Fort-Uort | ![]() |
741,206 |
17 | Şarlott | ![]() |
731,424 |
18 | Detroyt | ![]() |
713,777 |
19 | El Paso | ![]() |
649,121 |
20 | Memfis | ![]() |
646,889 |
21 | Baltimor | ![]() |
620,961 |
22 | Boston | ![]() |
617,594 |
23 | Sietl | ![]() |
608,660 |
24 | Vaşinqton | ![]() |
601,723 |
25 | Neşvill | ![]() |
601,222 |