ABŞ Mərkəzi Komandanlığı

ABŞ Mərkəzi Komandanlığı
United States Central Command
Yaranma tarixi 1 yanvar 1983 – hal-hazırda aktiv şəkildə fəaliyyət göstərir
Ölkə  ABŞ
Tabedir ABŞ Müdafiə Nazirliyi
Daxildir Vahid Döyüş Komandanlığı
Hissə ABŞ Müdafiə Nazirliyi
Qərargah MacDill Hərbi Hava Qüvvələrinin bazası
Tampa, ABŞ
Komandanlıq
Məşhur komandirləri General Kenneth F. McKenzie Jr.[1]
centcom.mil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birləşmiş Ştatların Mərkəzi Komandanlığı (ing. United States Central Command; USCENTCOM və ya CENTCOM) Birləşmiş Ştatların Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. 1 yanvar 1983-cü ildə qurulmuşdur. Sürətli Yerləşdirməli Müştərək Əməliyyat Qüvvələrinin (Rapid Deployment Joint Task Force — RDJTF) əvvəlki vəzifələrini öz üzərinə götürmüş və əməliyyat sahəsi Yaxın Şərq, xüsusilə İraqAfrikada Misir, həmçinin Orta Asiyadakı Əfqanıstandır. Baza qərargahı Florida ştatının Tampa şəhərindəki MacDill Hərbi Hava Qüvvələrinin bazasında yerləşir.

Komandanlıq bir çox hərbi əməliyyatlarda, o cümlədən 1991-ci ildə İraqdakı Çöl Fırtınası Əməliyyatında, Əfqanıstan müharibəsiSəddam Hüseynin devrilməsi ilə nəticələnən İkinci İraq müharibəsində Amerikanın əsas iştirakçı qüvvəsi rolunu oynamışdır. 2015-ci ildən etibarən CENTCOM qüvvələri ilk növbədə Əfqanıstan, İraqSuriyada yerləşdirilir.

  1. Tara Copp. "New CENTCOM, SOCOM leadership named". 21 avqust 2018. 2019-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2020.