AGİL Volley | |||
---|---|---|---|
Ölkə | |||
Şəhər | Novara | ||
Ləqəb(lər) | Igor Gorgonzola Novara | ||
Rəng(lər) | göy-ağ | ||
Yaranma tarixi | 1984 | ||
Meydança | Sporting Palace | ||
Tutumu | 5.000 | ||
Prezidenti | Giovanna Saporiti | ||
Baş məşqçisi | Lusiano Pedulla | ||
Liqa | Seriya A1 | ||
2013-14 | 4 | ||
|
|||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
AGIL Volley — İtaliyada fəaliyyət göstərən qadın voleybol klubu. Novara şəhərinin bütün idman növləri üzrə ən uğurlu komandasıdır.
Komanda 1984-cü ildə təsis edilmişdir. 1995-ci ilə qədər heç bir liqada iştirak etməmişdir. Yalnız bu ildə Seriya B2-də mübarizə aparan komanda yaşadığı çempionluqla Seriya B1-ə vəsiqə qazanmışdı.
2001-02 mövsümündə Seriya A1-də üçüncü olan AGİL bu uğuru sayəsində CEV Kubokuna vəsiqə qazanmışdı. Həmin il CEV kubokunda da uğurlu çıxış edərək finala çıxmış, bu mərhələdə də İspaniya təmsilçisi Las Palması məğlub edərək ilk böyük nailiyyətini qazanmışdı.
Hər kəsin uğurların davamını gözlədiyi bir anda 2002-ci ilin yayında komanda böyük maliyyə problemləri səbəbləri ilə İtaliya Voleybol Federasiyası tərəfindən sərt cəza ilə üzləşmişdi. Bu qərara əsasən komanda 2002-03 mövsümündən etibarən İtaliya voleybolunda səviyyəcə beşinci liqa olan Seriya "C"yə göndərilmişdi. Bu isə komandanın bütün voleybolçularının Novara şəhərini tərk etməsi ilə nəticələnmişdi.[1]
Qərarın əziyyəti ilə boğuşan klub 2006-cı ilə qədər fəaliyyət göstərməmişdir. 2006-cı ildən Seriya B2-də mübarizə aparan komanda 2011-12 mövsümündə bu liqanın qalibi olmuşdur.
2012-ci ildə VK 1999 Busnago ilə müqavilə imzalayan komanda əvvəlki günlərinə qayıtmaq ümüdlərini artırdı. Müqaviləyə əsasən 2 komanda birləşəcək və bundan sonra eyni komandanın uğurları üçün çalışacaqlar.[2]
İki il ərzində əsas liqaya yüksələ bildi. Bu İtaliya mətbuatında da böyük səs-küyə səbəb olmuşdu.
2013-14 mövsümündə İtaliya çempionatında yarımfinala qədər irəliləyə bilmişdi novaralılar. Bu mərhələdə River Volley Pyaçentsaya məğlub olaraq Seriya A1-i dördüncü başa vurmuş və əvvəlki günlərinə dönəcəyi siqnalını rəqiblərini vermişdi.[3]
2013-14 mövsümü üçün[4]
Nömrə | Oyunçunun adı | Mövqeyi | Ölkəsi |
1 | Luisa Casillo | Blokçu | İtaliya |
2 | Sara Paris | Libero | İtaliya |
3 | Valeria Rosso | Hücumçu | İtaliya |
4 | Maja Tokarska | Blokçu | Polşa |
5 | Mi-Na Kim | Toppaylayıcı | İtaliya |
7 | Gilda Lombardo | Hücumçu | İtaliya |
9 | Costanza Manfredini | Hücumçu | İtaliya |
10 | İvana Miloş | Blokçu | Xorvatiya |
11 | Tereza Vanzurova | Diaqonal | Çexiya |
12 | Valeria Alberti | Libero | İtaliya |
15 | Lena Möllers | Toppaylayıcı | Almaniya |
16 | Kelly Mörpiy | Diaqonal | ABŞ |
18 | Çiara Bellei | Hücumçu | İtaliya |