ASHRAE

ASHRAE
ASHRAE
Loqonun şəkli
Növü qeyri-kommersiya təşkilatı[d]
Yaranma tarixi 1894
ashrae.org

Amerika İstilik, Soyuqluq və Kondisioner Mühəndisləri Cəmiyyəti (ASHRAEı /ˈæʃr/ ASH-ray) — isitmə, havalandırma, kondisioner və soyutma (HVAC&R) sistemlərinin dizaynı və tikintisini ilə məşğul olan Amerikan cəmiyyəti. ASHRAE-nin dünyanın 130-dan çox ölkəsində 50.000-dən çox üzvü var.

ASHRAE cəmiyyətinin üzvlərinə memarlar, podratçılar, bina sahibləri, avadanlıq istehsalçılarının və binalarda İVHK sistemlərinin dizaynı və tikintisi ilə məşğul olan digər şəxslər daxildir. Cəmiyyət hər il elmi tədqiqat layihələrini maliyyələşdirir, üzvlərinə davamlı təhsil proqramları təklif edir və bina kommunikasiyaları mühəndisliyini, enerji səmərəliliyini, daxili havanın keyfiyyətini və davamlı inkişafı təkmilləşdirmək üçün texniki standartlar hazırlayır və dərc edir.[1]

ASHRAE 1894-cü ildə Nyu-Yorkda bir sıra mühəndisin iclasında təsis edilmişdir. Cəmiyyət 1895-ci ildən bəri hər il illik toplantı keçirir.[2] 1954-cü ilə qədər cəmiyyət, Amerika İstilik və Havalandırma Mühəndisləri Cəmiyyəti (ASHVE) kimi tanınırdı; lakin həmin il adını Amerika İstilik və Kondisioner Mühəndisləri Cəmiyyəti (ASHAE) olaraq dəyişdirdi.[3] Onun hazırkı adı isə, 1959-cu ildə ASHAE və Amerika Soyuducu Mühəndislər Cəmiyyətinin (ASRE) birləşməsindən yaranmışdır.

ASHRAE Təlimat Kitabı İVHK texnologiyaları üçün dörd cildlik resursdur və həm çap, həm də elektron versiyalarda mövcuddur. Cildlərə Əsaslar, İVHK Tətbiqləri, İVHK Sistemləri və AvadanlıqlarıSoyuducu daxildir . Hər il bu dörd cilddən biri yenilənir.

ASHRAE həmçinin İVHK sistemləri və problemləri ilə bağlı bir sıra standartlar və təlimatlar dərc edir, bu sənədlərə tez-tez tikinti normalarında istinad edilir və məsləhətçi mühəndislər, mexaniki podratçılar, memarlar və dövlət qurumları tərəfindən geniş istifadə olunur.[4][5] Bu standartlar vaxtaşırı nəzərdən keçirilir, yenidən işlənir və yenidən nəşr olunur.

  • Standart 34 – Soyuducu maddələrin təyinatı və təhlükəsizlik təsnifatı
  • Standart 55 – İnsanların Yaşayışları üçün Termal Ətraf Mühit Şəraitləri
  • Standart 62.1 — Məqbul Daxili Hava Keyfiyyəti üçün Havalandırma (versiya: 2001 və daha əvvəl "62", 2004 və sonra "62.1" kimi)
  • Standart 62.2 – Azmərtəbəli yaşayış binalarında havalandırma və məqbul daxili hava keyfiyyəti
  • Standart 90.1 – Azmərtəbəli yaşayış binalarından başqa Binalar üçün Enerji Standartı – IESNA bu standartın birgə sponsorudur.
  • Standart 135 – BACnet – Binaların Avtomatlaşdırılması və İdarəetmə Şəbəkələri üçün Məlumat Əlaqəsi Protokolu
  • Standart 188 – Legionelloz: Bina Su Sistemləri üçün Risklərin İdarə Edilməsi
  • Standart 189.1 – Azmərtəbəli yaşayış binaları istisna olmaqla, yüksək performanslı, yaşıl binaların layihələndirilməsi üçün standart[6]
  1. "About ASHRAE". June 18, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2018.
  2. "Pure Air for Tenements; the Suggestions of E.P. Bates to Fellow Engineers". The New York Times. January 23, 1895. December 9, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 15, 2009.
  3. "Trade Group Changes Name". The New York Times (subscription required). 26 November 1954. 22 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 15, 2009.
  4. "Energy efficiency traps moisture". The Free Lance–Star, Indiana, USA. September 22, 1983. İstifadə tarixi: August 14, 2009.[ölü keçid]
  5. Charles, Eleonor. "In the Region: Connecticut and Westchester; The Problem of 'Sick Building Syndrome'". The New York Times. August 12, 1990. October 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 15, 2009.
  6. "ASHRAE Standard 189.1 Published". Contracting Business News. January 24, 2010. August 13, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 29, 2010.