Adel | |
---|---|
ing. Adele | |
Ümumi məlumatlar | |
Doğum adı | Adele Laurie Blue Adkins[4] |
Ləqəbi | Adele |
Doğum tarixi | 5 may 1988[1][2][…] (36 yaş) |
Doğum yeri | |
Uşağı | 1[3] |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, müğənni, gitaraçı, pianoçu, zərbçi[d], musiqiçi, səsyazma sənətçisi[d], icraçı prodüser[d], bəstəkar |
Fəaliyyət illəri | 2006-cı ildən |
Janrlar | pop musiqisi[5], mavi göz soul[d], R&B, soul, caz, rok |
Musiqi alətləri | gitara[5], piano, zərb qurğusu[d], bas-gitara, truba, alt |
Səs tembri | messo-soprano |
Albom şirkətləri | XL Recordings[d], Columbia Records, Sony Music |
Təhsili |
|
Mükafatları |
|
adele.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Adel (ing. Adele), Adel Lori Blue Edkins (ing. Adele Laurie Blue Adkins) — Britaniya müğənni və söz yazarı.
2006-cı ildə bir tanışının Adeleyə aid parçanı Myspace`ə göndərməsindən sonra XL Recordings ona səs yazma müqaviləsi təklif edir. 2008-də BBC-nin "2008-in səsi" yarışmasının qalibi olur. Daha sonrakı il BBC-nin "2008-ci ilin səsi" mükafatını qazanır. İlk albomu sayılan 19 ilə o, bir çox tənqidçilərin təqdirini qazanmışdır. Birləşmiş Krallıqda 4 dəfə platin mükafatı almışdır. Bundan başqa 2009-cu ildə Gremmi mükafatına layiq görülüb və "İlin ən yaxşı qadın pop vokalçısı" adını qazanmışdır.
"21" adlı albomu ilə Ginnesin Rekordlar Kitabına daxil olmuşdur. İngiltərdə bir il içində üç milyondan çox tirajla albomu satılan yeganə qadın sənətçi sayılır. 2014 ilində "Make You Feel My Love" adlı mahnısı Spotify tərəfindən ən mükəmməl sevgi mahnısı olaraq açıqlandı.
Adel özünün 3-cü studiya albomu olan "25"- i noyabr,2015 tarixində buraxdı. Album ilk həftəsində ABŞ, Birləşmiş Krallıq başda olmaqla onlarla ölkədə ilk pillədə qərarlaşdı. Albom son illərin Album ilk həftədə son illərin ən çox satış əldə edən albomu hesab olunur.[6][7]
2024-cü ilin sentyabr ayında karyerasına uzunmüddətli fasilə verəcəyini açıqlayıb.[8]
Musiqi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |