Adelaida | |||||
---|---|---|---|---|---|
Adelaide | |||||
|
|||||
34°55′39″ c. e. 138°36′00″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 28 dekabr 1836 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 1 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 08700, 08701, 08702, 08703, 08704, 08705, 08706, 08707, 08708, 08709, 08710, 08711, 08712, 08713, 08714, 08715, 08716, 08717, 08720, 08721, 08722, 08723, 08724, 08725, 08730, 08731, 08732, 08733, 08734, 08735, 08736, 08740, 08741, 08742, 08743, 08744, 08745, 08746, 08747, 08810, 08811, 08812, 08813, 08814, 08815, 08816, 08817, 08819, 08820, 08821, 08822, 08823, 08824, 08825, 08826, 08827, 08829, 08830, 08831, 08832, 08833, 08834, 08835, 08836, 08837, 08839, 08840, 08841, 08842, 08843, 08844, 08845, 08846, 08847, 08849 | ||||
Poçt indeksi | 5000 | ||||
Digər | |||||
cityofadelaide.com.au | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Adelaida (ing. Adelaide) — Avstraliya İttifaqında şəhər. Cənubi Avstraliyanın paytaxtı və ən böyük şəhəri.
Adelaida (Adelaide) – 1836-cı ildə britaniyalılar tərəfindən ilk Avropa yaşayış yeri olaraq qurulmadan əvvəl ərazidə Avstraliya aborigenləri yaşayırdı. Müstəmləkə dövründə ilk xəritə çıxarma işlərini başlayan general William Light tərəfindən məskunlaşma sahəsi olaraq seçilmişdir. Şəhər İngiltərə kralı IV Uilyamın arvadı Adelaidanın şərəfinə adlandırılmışdır. 1840-cı ildə Avstraliyanın ilk bələdiyyəsi olaraq hüquqi vəsiqə qazanmış, 1919-cu ildə böyük şəhər bələdiyyəsi statusuna yüksəlmişdir.
Adelaida iri maşınqayırma sənayesi mərkəzidir. Sent- Vinsent körfəzi sahilində liman şəhəridir. Mühüm nəqliyyat qovşağı və aeroportu, neft emalı, kimya, metallurgiya, toxuculuq, yeyinti sənayesi müəssisələri var. Adelaida Avstraliyanın "şərabçılıq paytaxtı" hesab olunur. Şəhərdən qərbdə ölkənin məşhur çimərlikləri yerləşir.
Adelaida Avstraliyanın üç böyük şirkətinə ev sahibliyi edir: Telstra, BHP Billiton ve National Australia Bank. Avstraliya Ticarət Şurası, Avstraliya Həmkarlar İttifaqları, Avstraliya Fond Birjasında fəaliyyət göstərən şirkətlərin əksəriyyəti Adeliada da var.
Şəhərin ilkin görünüşü (mərkəzdə saxlanılmışdır) hər iki sahil boyunca uzanan yaşıl meydançalarla fərqlənirdi. Magistratlar (neoyunan üslubu, 1847–50), Parlament (1850-ci illər; 1883–1939-cu illərdə yenidən qurulmuşdur), Xəzinədarlıq (1858–76), Bələdiyyə (1863–66), Poçt (1867–72), Ali məhkəmə (1869) binaları (neorenessans üslubu), Müqəddəs Fransisk Ksaven kilsəsi (ispan qotika üslubu, 1856–89), Müqəddəs Pyotr kilsəsi (neoqotik üslub, 1869) var.
Cənubi Avstraliya Kral Cəmiyyəti (1853), İncəsənət və Təhsil Kolleci (1861), universitet (1874), Elder Konservatoriyası (1898), Kral Zoologiya Cəmiyyəti (1878), Astronomiya Cəmiyyəti (1892) və s. elmi cəmiyyətlər, universitet kitabxanası (1876), Cənubi Avstraliya İncəsənət Qalereyası (1881), simfonik orkestr (1936) fəaliyyət göstərir. Adelaida ildə 2 dəfə incəsənət festivalı keçirilir (1960-cı ildən).[3]