Adi turac | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Dəstəüstü: Klad: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Adi turac |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Adi turac (lat. Francolinus francolinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin turac cinsinə aid heyvan növü.
Nadir oturaq növdür. Azərbaycanda Lənkəran ovalığının şimal-şərqində (Qızılağac qoruğu), Kür-Araz düzənliyinin ayrı-ayrı hissələrində təsadüf edir. Kolluq bitkiləri ilə örtülü sahələr, pambıq tarlalarında, bağlarda, bağçalarda, dənli bitkillər səpilmiş tarlalarda, Kür boyunca tuqaylarda tez-tez rast gəlinir. 1947-1950-ci illərdə 600 min fərd, 1958-1962-ci illərdə – 100 min fərd, 1992-ci ildə – 4 min fərd turac olmuşdur. Hazırda Qızılağac Dövlət Təbiət Qoruğunda turacın böyük populyasiyası qeydə alınmışdır.
Monoqam quşdur. Bir yaşında çoxalmağa başlayır. Cücəli quşdur. Cütlər fevralın axırında əmələ gəlir. Yuvaya 8-12 yumurta qoyur. Balalar mayın axırı – iyulun əvvəlində yumurtadan çıxırlar. Cavan quşlar ildə bir dəfə, yaşlılar isə ildə iki dəfə yumurta qoyur. Turac çaqqal, tülkü, qamışlıq pişiyi, bataqlıq belibağlısının qidasını təşkil edir.
Yaşayışı üçün əlverişli sahələrin azalması, yuvaların mal-qara tərəfindən tapdalanması. Ot və kolluqların biçilməsi və yandırılması. Çox aşağı temperaturlu qışın dövri olaraq təkrarlanması, bu zaman aclıqdan külli miqdarda quş tələf olur. Eləcə də brakonyerlik.
Qorunma qaydalarına əməl edilməsinə nəzarət. Yasaqlıqlar təşkil etmək, turacın volyer şəraitdə çoxalmasını həyata keçirmək, xalq arasında təşviqatı gücləndirmək. Quşların yemləndirilməsini təşkil etmək. Brakonyerliklə mübarizə etmək. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]