Adi xramulya

Adi xramulya
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Ranqsız:
Ranqsız:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Adi xramulya
Beynəlxalq elmi adı

Adi xramulya (lat. Capoeta capoeta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin xramulya cinsinə aid heyvan növü.

Xarakterik morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Uzunluğu 50.0 sm-ə, kütləsi 1.5 kq-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir[2].

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Ömrün uzunluğu orta hesabla 6-7 il olur, 2-3 yaşlarında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.[3]

Azərbaycanda 3 növlə (C.capoeta, C.sevangi, C.gracilis) təmsil olunmuşdur. Yarımnövləri yoxdur. Azərbaycanda Kür çayında və onun qollarında yayılmışdır.

Cinsi statusu və çoxalma xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çoxalma kürüləmə yolu ilə olur. Kürüsünü hissə-hissə tökür. Kürüləmə suyun temperaturu 17.00 – 20.0 0C olduqda may ayının əvvəllərindən iyun ayının sonlarına qədər baş verir. Reproduktivliyin forması kürü şəklində olur. Birdəfəlik reproduksiyanın sayı orta hesabla 20335 ədədə qədərdir. Reproduktivliyin periodu cinsi yetkinliyə çatdıqdan sonra hər il. Generasiyaların sayı, orta ömrün uzunluğundan asılı olaraq 4-5 dəfə olur.[4]

Limit faktorları

[redaktə | mənbəni redaktə et]

Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen faktorlar.

Əsasən bitki mənşəli qidalarla və yosunlarla qidalanır, özləri isə digər yırtıcı balıqların qidasını təşkil edir. Göy, yaşıl və qonur yosunlarla, su bitkilərilə, detritlə qidalanır.

İnsan həyatına təsiri

[redaktə | mənbəni redaktə et]

Əmtəə keyfiyyətlidir. Az miqdarda həvəskar balıqçılar tərəfindən ovlanır. Ziyanvericilik xüsusiyyətləri yoxdur.

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin, çay yataqlarının qazılmasının, dəyişdirilməsinin qarşısı alınmalıdır.

  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. Mustafayev N.C. Azərbaycanın daxili su hövzələrində yaşayan balıqların bioekoloji xüsusiyyətləri və vətəgə balıqlarının ehtiyatlarının müasir vəziyyəti // Zoologiya İnstitutunun əsərləri, 33-cü cild, № 1. Bakı, 2015, s. 103-124.
  3. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
  4. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.