Aedophron phlebophora

Aedophron phlebophora
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Aedophron phlebophora
Beynəlxalq elmi adı

Aedophron phlebophora (lat. Aedophron phlebophora) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin aedophron cinsinə aid heyvan növü.

Qanadları açılmış halda 25–30 mm-dir. Ön qanadları naxışsız olub, zəif şəkildə sarımtıl-qırmızıdır, damarları tünd qırmızı şüaya oxşayır, bu da kəpənəyə gözəl görkəm verir.

Kiçik Asiya, Türkiyə, Suriya, Yunanıstan, İran, Qafqaz ərazilərində yayılmışlar. Azərbaycanda isə Naxçıvan Muxtar Respublikasında və Talış dağ-səhra ərazisində məhdud halda təsadüf edilir.

Kserofit dağlıq stasiyalarda. Yaşayış tərzi və qidalandığı bitkilər məlum deyil. Kəpənəyi iyunun əvvəllərindən iyulun axırlarına qədər uçur.

Azsayda təsadüf edilir, cəmi 4 kəpənəyi tutulmuşdur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.

Qorunması üçün məsləhət görülən tədbirlər

[redaktə | mənbəni redaktə et]

Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.