Aişə Qurbanlı | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Aişə Qurbanlı |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | 28 aprel 1993 (31 yaş) |
Boyu | 164 sm. (5 ft 6 in) |
İdman növü | Cüdo |
Vikianbarda əlaqəli mediafayllar |
Aişə Qurbanlı (28 aprel 1993) — Azərbaycanı təmsil edən cüdoçu.[1]
Aişə Qurbanlı beynəlxalq turnirlərdə birinci uğurlarına 2015-ci ilin noyabrında African Open turnirində bürünc, Oceania Open turnirində isə gümüş medala sahib olmaqla imza atdı. IJF Qran-Pri seriyalı turnirlərdə onun ən yaxşı nəticəsi 2017-ci ilin aprelində Antalyada baş tutan turnirdə qeydə alıdı (beşinici pillə).
Karyerası ərzində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya və Avropa Çempionatlarında uğura imza ata bilməyən Aişə Qurbanlı Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Qadınların -48 Kq. turnirində çıxış edən Aişə Qurbanlı olimpiadanın 1/16 final mərhələsində Portuqaliya nümayəndəsi Katarina Kostaya vaza-ari balı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.[2][3]