Akdeniz Universiteti — Antalyada (Türkiyə) yaradılmış dövlət universiteti. Universitet 20 iyul 1982-ci ildə Qərbi Aralıq dənizi bölgəsinin Antalya şəhərində yaradılmışdır. Türkiyənin köklü universitetlərindən biridir. Universitetin geniş və yaşıl əraziyə malik kampusu var. Türkiyənin Boğaziçi Universitetindən sonra ikinci ən gözəl kampusu olan universitet seçilib.[4]
Tibb, Hüquq, Turizm və İqtisadiyyat və İnzibati elmlər fakültələri ilə ölkənin qabaqcıl təhsil ocaqlarından biridir. Türkiyənin 7-ci ən yaxşı dövlət universiteti sayılır. Akademik araşdırmalarına əsasən, ən çox akademik məqalələr hazırlayan 5-ci universitetdir. Dövlət Kadrları Seçmə İmtahanında əldə edilən müvəffəqiyyətləri Türkiyə ortalamasında yüksəkdir.
24 fakültə, 7 institut, 3 kollec, 1 konservatoriya, 12 peşə məktəbi və 57 elmi-tədqiqat və tətbiq mərkəzində təhsil və tədqiqat fəaliyyətini davam etdirir.[5] Universitet həmçinin Avropa Universitetlər Birliyinin və Qafqaz Universitetləri Assosiasiyasının üzvüdür.[6]
Universitet Avropa Universitetlər Assosiasiyasının üzvüdür, Erasmus kimi beynəlxalq əlaqələr və layihələrdə iştirak edir.[7] Həmçinin Akdeniz Universiteti Qafqaz Universitetlər Birliyinın üzvüdür.[8]