Akir Suzuki

Akir Suzuki
yap. 鈴木章
Doğum tarixi 12 sentyabr 1930(1930-09-12)[1][2][…] (94 yaş)
Elm sahəsi kimya
Elmi dərəcəsi
  • elmlər doktoru[d]
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları "Mədəniyyət" ordeni
Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Akir Suzuki (yap. 鈴木 章; Rom: Suzuki Akira, 12 sentyabr 1930[1][2][…]) — Suzuki reaksiyasını kəşf edən yapon kimyaçı, 2010-cu ildə kimya üzrə Nobel mükafatı laureatı.[3] Onun xidmətlərini nəzərə alaraq asteroidə (87312) Akirasuzuki adını vermişdirlər.

A. Suzuki 1930-cu il sentyabr ayının 12-də Yaponiyanın Hokkaydo şəhərindəki Mukava kəndində anadan olmuşdur. O, Hokkaydo Universitetində təhsil almış və 1954-cü ildə oranı bitirdikdən sonra aspiranturada qalmışdır. 1959-cu ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Elmi dərəcəsini aldıqdan sonra orada dosent vəzifəsində işləmişdir. 1963–1965-ci illərdə Perdyu Universitetində Herbert Braun ilə postdoktur vəzifəsində işləmiş, sonra isə Hokkaydo Universitetinə tam professor kimi qayıtmışdır. O, 1994-cü ildə Hokkaydo Universitetində təqaüdə çıxmış, lakin Okayama Elm Universitetində (1994–1995 illər) və Kuraşiki Elm və İncəsənət Universitetində (1995–2002-ci illər) tam professor kimi fəaliyyət göstərməyə davam etmişdir.

O, Yaponiya Kimya Cəmiyyətinin vitse-prezidenti və direktoru olmuşdur.

Elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Perdyu Universitetində Herbert Braunun rəhbərliyi altında Akir Suzuki bor orqanik birləşmələrinin sintezi və istifadəsi problemləri üzərində işləmişdir. Yaponiyaya qayıtdıqdan sonra o, bu tədqiqatları davam etdirmiş və bütün dünyada tanınan diqqətə çarpacaq dərəcədə müvəffəqiyyət qazanmışdır. Onun 1979-cu ildə palladium katalizatorundan istifadə edərək bor orqanik birləşmələrinin sintezində çarpaz birləşmə reaksiyaları üzərində apardığı iş müasir metal orqanik kimyanın böyük bir sahəsinin yaranmasına səbəb olmuşdur. Bu reaksiya indi Suzuki adını daşıyır və kəşfinə görə alim 2010-cu ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

Resenziyalı jurnallarda 341 elmi məqalənin müəllifi və ya həmmüəllifidir.

  • 2004 — Yaponiya Elmlər Akademiyasının mükafatı
  • 2009 — Paul Karrer Qızıl Medalı
  • 2010 — Əməkdar Mədəniyyət İşçisi
  • 2010 — Mədəniyyət ordeni
  • 2010 — Kimya üzrə Nobel Mükafatı "Həyatımızı yaxşılaşdıran mürəkkəb molekulların qurulması məqsədilə karbon atomlarını bir-biri ilə birləşdirmənin yeni, daha səmərəli yollarını təkmilləşdirdiklərinə görə"

Elmi cəmiyyətlərə üzvlüyü

[redaktə | mənbəni redaktə et]
  • Yaponiya Kimya Cəmiyyəti
  • Yaponiya Sintetik Üzvi Kimya Cəmiyyəti
  • Amerika Kimya Cəmiyyəti[4]
  1. 1 2 http://www.britannica.com/EBchecked/topic/1715741/Suzuki-Akira.
  2. 1 2 http://www.britannica.com/EBchecked/topic/1719562/Nobel-Prizes-Year-In-Review-2010/296811/Prize-for-Chemistry.
  3. The Nobel Prize in Chemistry 2010 (англ.) (6 октября 2010). Дата обращения: 10 октября 2010. Архивировано 1 июля 2012 года.
  4. "Arxivlənmiş surət". 2023-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-01.