Aksel Munte | |
---|---|
Axel Martin Fredrik „Puck“ Munthe | |
Doğum adı | Axel Martin Fredrik Munthe |
Doğum tarixi | |
Doğum yeri | İsveç, Oskarshamn |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | İsveç Stokholm |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri |
|
Vətəndaşlığı | İsveç |
Elm sahəsi | Psixiatriya |
Təhsili | Paris universiteti, tibb fakultəsi |
Tanınır | "San-Mikele əfsanəsi" |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Aksel Martin Frederik Munte (31.10.1857, Oskarshamn – 11.2.1949, Stokholm) — İsveç həkimi, yazıçı.
1857-ci ildə əczaçı ailəsində dünyaya gəlmişdir. 1874-cü ildə Upsala universitetinin tibb fakultəsinə daxil olmuşdur. Fakultənin ən parlaq və çalışqan tələbəsi olan Aksel Munte iki il sonra 1876 cı ildə ciddi xəstələnir. Həkimlərin qoymuş olduğu ağciyər qanaxması diaqnozundan sonra yeganə ümidlə cənuba, dəniz sahillərinə üz tutur. 1876-1878 ci illərdə Fransanın cənubunda, Monpele universitetində, 1878-1880 cı illərdə isə Paris universitetinin tibb fakultəsində təhsilini davam etdirərək, Fransada ən gənc diplomlu həkim olur. Hələ Parisdə oxuyarkən, işgüzarlığı, bilik və təcrübəliliyi ilə Jan-Martin Şarkonun diqqətini cəlb etmiş və onun rəğbətini qazanmış olur.
1880 cı ildə evləndikdən dərhal sonra Kapri adasına yaşamağa gedir. Onun peşəkar karyera nailiyyətləri özünə məxsusluğu ilə seçilir. 1881 ci ilin payızında Parisə dönərək avenyu Viledə öz praksisini açır. 1883 cü ildə Neapolda vəba epidemiyası baş qaldırır. Aksel Munte öz həkimlik borcunu yetirmək üçün Neapola gəlir. Burada o, həkimlik fəaliyyəti ilə yanaşı "Stokholm daqblad" qəzetinə məqalələr yazıraq ədəbi fəaliyyətə başlamış olur. 1888-1889 cu illərdə Kapridə yaşayır. Daha sonra 1893 cu ildə Romada o, "İspan pillələri" yaxınlığında bir binada özünə praksis açaraq, varlı və zadəganlarla yanaşı alçaq sosial təbəqəli insanlara, kasıb əhaliyə həkimlik etmişdir. Onu dövründə dəb olan kolit xəstəliyinin müalicəsi ilə məşğul olduğu üçün "dəbdəbə həkimi" adlandırsalar da Aksel aşağı sosial təbəqəli insanlara yardım əlini hər zaman uzadaraq köməyini əsirgəməmişdir. Tezliklə qeyri adi isveçli həkim haqqında söz söhbətlər bütün Avropaya yayılir. Onun yanına Avropanın hər yrindən müalicə almaq üçün gələnlərin sayı artmaqda idi. Romada yaşayan bütün varlı əsilzadəli əcnəbilər müalicə üçün yalnız ona müraciət edirdilər. O, yüksək zadəgan cəmiyyətində xüsusi hörmət və inama malik olmuşdur. Beləliklə Aksel Munte Romada doqquz il yaşamış olur.
Hər yaz fəslini Kapridə tikdirmiş olduğu "Sehirli San Mikele qəsrdə" keçirərmiş. Qəsr heç bir memar layihəsi ilə deyil, Akselin öz təxayülünə əsasən işıqlı və açıq, geniş eyvan və terasslı görkəmdə, qədim bir kilsə kapellasının bünövrəsi üzərində inşa edilmişdir.
"Ruha cisimdən daha çox məkan lazımdır. Mənim evim yunan məbədi kimi günəş, külək və dənizin səsinə açıq olmalıdır - işıq, işıq və hərtərəf işıq!"[1]
— San-Mikele əfsanəsi Aksel Munte
Qəsr öz bağ sahəsi ilə birlikdə qoruq kimi qorunmaqdadır. Burada bir çox bəzəkli oxuyan quş növləri xüsusən bülbüllər məskən salmışlar. O, zamanlar ilk heyvan qoruyucularından olan Aksel bu quşların amansız ovlanmasına qarşı çıxaraq bu qoruqcuğu - "cənnə bağçasını" salmışdır. Təbiət vurğunu Aksel hətta heyvan üstündə duelə çıxır, onları qorumaq məqsədi ilə Kapridə bütöv bir dağı satın almışdır. Həyatının bu dövrü, müasir kiçik hekayənin banisi olan XIX əsr fransız yazıçısı Gi de Mopassan, çex şairi Rainer Mariya Rilke, ingilis yazıçısı Oskar Vayld və fransız bioloq və əczaçısı Lui Paster ilə görüşləri onun sonradan məşurlaşmasına səbəb olmuş biblioqrafik "San Mikele haqqında əfsanə" kitabında təsvir edilmişdir. 1908 ci ildən o, İsveç kralı V Qustavın arvadı Viktoriyanın şəxsi həkimi olur.
1907-ci ildə Aksel ikinci dəfə varlı ingilis kommersantının qızı Hilde Penninqton-Mellorla Londonda evlənir. Nigahın baş tutması üçün qızın höcət atasını yola gətirmək üçün iki İsveç və İspaniya kralları işə qarışmalı olmuşdular. 1914 cü ildə ingilis həkimi kimi cəbhəyə yola düşür. Müharibədə görüb yaşadıqlarını o, qələmə alaraq "Qırmızı xaç və Dəmir xaç" kitabını yazır. Uşaqlıqdan zəif görmə qabiliyyətli Aksel yaşlaşdıqca günbə-gün onu itirmiş olur. Bu barədə o, qardaşı Arnolda yazırdı:
"İndi mən çox çətinliklə bir-iki sətir oxuya bilirəm, bəzən heç buna da nail ola bilmirəm. Tezliklə heç nə oxuya bilməyəcəyəm. Sənin iri hərflərlə yazdığıbn bu məktubu çəinlik çəkmədən oxuya bildim. Ümidim var ki, kor olmağıma hələ bir neçə il var, əlbəttəki bəxtim gətirərsə. İstisna da deyildir ki, bu günlərdə onu tam itirim. Sağ gözüm artıq görmür. Və heç nə etmək mümkün deyil..."[2]
— San-Mikele əfsanəsi Aksel Munte
Tezliklə sağ gözündən məhrum olan Aksel digər gözünün də kor olacağından ehtiyat edərək günəş şüalarından özünü qorumağa çalışsa da xeyri olmur. Yalnız 1934 cü ilin payızında gözündə əməliyyat aparılaraq katarakt kənar dildikdən sonra Munte yenidən görməyə hətta iri hərfli sətirləri oxumağı bacarır.
Şəxsi qonaq qismində V Qustavın himayəsində olan Aksel 11.2.1949 -də Stokholmda, kral qəsrinin yan qanadındakı dairəsində ağciyər iltihabının fəsadından vəfat etmişdir. Aksel Muntenin məzarı yoxdur. Onun vəsiyyətinə əsasən yandırılıldıqdan sonra külü oğlanları tərəfindən dənizə səpilmişdir. O, Kapridəki mülk və varidatını İsveç hökumətinə vəsiyyət etmişdir. Aksel Muntenin xatirəsini əbədiləşdirmək üçün doğulduğu şəhərdə - Oskarshamnda 2012 ci ildə heykəli qoyulmuşdur. Heykəlin müəllifi Anette Ridström onu əlində həkim çantası, ayaq üstündə vəfalı iti ilə birlikdə təsvir etmişdir.
Kitab avtobioqrafiq janırda yazılmışdır. Bir çox tənqidçilər kitabı heç bir janıra aid etməyərək sadəcə "həkim təsuratları" olduğunu iddia edirlər. 32 fəsildən ibarət olub, hər bir fəsil doktor Aksel Muntenin həyatının müxtəlif dövrlərindən - gah "dəbdəbə həkiminin" Paris və Romadakı həyatından, professor Şarkonun dəliqanlı tələbəsindən, gah da Kapri adasında arzularında qurduğu öz evini tikən orta yaşlı bir insanın həyatından, bəhs edir. Çoxlu səyahət edən Aksel Munte kitabda həmçinin IX əsrin sonları və XX əsrin əvvəllərində Avropanın müxtəlif yerlərində yaşayan insanların həyatını təsvir etmişdir. Kitabda eləcə də Neapolda vəbadan tələf olanlardan, Messina zəlzələsi dağıntılarından, Parisin dəbdə olan xəstəliyi - kolitdən, sivilizasiyasız Laplandiyadan, təbiət və heyvanlara qayğı və sevgidən söz açılır.
"Necə ola bilər ki, o, burada yaşasın və belə qəddar olsun. Necə ola bilər ki, onun canı belə bir parlaq səmalı torpaqda belə miskin olsun. Necə ola bilər ki, buranı tərk edib başqa, daha günahsız, ömrünün son üç ilini yaşamış ölduğu, hələ də onun adını daşıyan, şərq qayalıqdakı iqamətgaha çəkiləsən?"[3]
— San-Mikele əfsanəsi Aksel Munte
"Belə bir yerdə yaşamaq və ölmək — hətta bu həyatın əbədi xoşbəxtliyinə ölüm qalib gələrsə belə! Vinçenso deyəndə ki, qocalıb, oğlu ondan evi satmağı təvəqqi edir. Görəsən hansı çılğın arzu mənim ürəyimdə yuva salmışdır? O, cavab verəndə ki, zəng qülləsi heç kimə mənsub deyil. Beynimdə hansı vəhşi fantastik fikir yaranmışdır? Niyə də mənə mənsub olmasın? Niyə də usta Vinçesonun evini, mən almayım, üzümlüklü zəng qülləsi ilə evi və giparisli xiyabanı, mərmərdən olan tanrı və imperatorların heykəlləri ilə bəzədilmiş ağ sütunlu lodjanı birləşdirməyim?"[4]
— San-Mikele əfsanəsi, Aksel Munte
1962 ci ildə alman, fransız və italyan kinomataqrafçıları tərəfindən onun həyatından bəhs edən "Aksel Munte - San-Mikeledən olan həkim" adlı film çəkilmişdir.