Aleks Şibutani | |||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ing. Alex Shibutani | |||||||||||||||||||||||
| |||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||
Tam adı | Aleks Hideo Şibutani[1] | ||||||||||||||||||||||
Vətəndaşlığı | ABŞ | ||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||
Doğum yeri | Boston, Massaçusets, ABŞ | ||||||||||||||||||||||
Təhsili | |||||||||||||||||||||||
Boyu | 180 sm. (5 ft 11 in) | ||||||||||||||||||||||
Çəkisi | 74 kq | ||||||||||||||||||||||
İdman növü | Fiqurlu konkisürmə | ||||||||||||||||||||||
Rəsmi saytı | |||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Aleks Şibutani (ing. Alex Shibutani; 25 aprel 1991, Boston, Massaçusets, ABŞ) — Birləşmiş Ştatları təmsil edən fiqurçu.[1] Aleks Şibutani, Maya Şibutani ilə birgə 2008-ci ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Şibutani cütlüyü, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında 2 dəfə bürünc medalın sahib olub.[1]
Şibutani cütlüyü, həm də 2011-ci və 2017-ci illərdə baş tutan Dünya Çempionatlarının bürünc, 2016-cı ildə baş tutan çempionatın isə gümüş medalına sahib olub, 2 dəfə (2016–2017 və 2017–2018) ISU Qran-Pri Finalında bürünc medala, 2009-cu ildə gənclər arasında Dünya Çempionatında gümüş medala, habelə 8 dəfə (2011, 2012, 2015 və 2018-ci illərdə gümüş, 2013 və 2014-cü illərdə gümüş, 2016 və 2017-ci illərdə isə qızıl) isə ABŞ Çempionatının medallarına sahib olub.
Karyerası ərzində 55 yarışa qatılan Şibutani cütlüyü, onların 14-də qızıl medal, 14-də gümüş medal, 14-də isə bürünc medal qazanıb.
Aleks Hideo Şibutani 1991-ci il aprelin 25-də Birləşmiş Ştatların Massaçusets ştatının Boston şəhərində anadan olub.[1] Onun atası Kris Şibutani və anası Naomi Şibutani milliyyətcə yapondurlar. O və bacısı Maya Şibutani, 1998-ci ildə Köhnə Qrinuiç rayonunda idmanla məşğul olmağa başladılar. Onlar, 2005-ci ildən Kolorado ştatının Kolorado Sprinqs şəhərində, 2008-ci ildən isə Miçiqan ştatının Ann-Arbor şəhərində yaşamağa başladılar. O və bacısı, Miçiqan Universitetinin məzunlarıdır.
Şibutani cütlüyü, 2008–2009-cu illər mövsümündə gənclər arasında baş tutan beynəlxalq yarışlarda mübarizə apardı. 28–30 avqustda Fransanın Kurşevel şəhərində baş tutan gənclər arasında ISU Fransa Qran-Prisində Şibutani cütlüyü, məcburi rəqsdə 28.50 bal, orijinal rəqsdə 50.46 bal, sərbəst rəqsdə isə 78.90 bal topladı və ümumi nəticədə 157.85 balla birinci pillənin sahibi oldu.[2][3][4][5] Bununla da Şibutani cütlüyü, gənclər arasında ISU Fransa Qran-Prisinin qalibi oldu.[5]
Daha sonra Şibutani cütlüyü, 25–28 sentyabrda İspaniyanın Madrid şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU İspaniya Qran-Prisində mübarizə apardı.[6] Məcburi rəqsdə 32.04 bal, orijinal rəqsdə 54.22 bal, sərbəst rəqsdə isə 80.30 bal toplayan Şibutani cütlüyü, ümumi nəticədə 166.56 balla gənclər arasında ISU İspaniya Qran-Prisinin gümüş medalına sahib oldu.[6][7][8][9] Mövsüm ərzində baş tutan gənclər arasında ISU Qran-Pri yarışlarında bir qızıl və bir gümüş medala sahib olan Şibutani cütlüyü, Cənubi Koreyanın Koyan şəhərində baş tutan ISU Qran-Pri Finalına vəsiqə qazandı.
Gənclər arasında ISU Qran-Pri Finalında Şibutani cütlüyü, orijinal rəqsdə 48.05 balla yeddinci pillənin, sərbəst rəqsdə isə 74.55 balla üçüncü pillənin sahibi oldu.[10][11] Bununla da Şibutani cütlüyü, ümumi nəticədə 122.60 balla 8 idmançı sırasında gənclər arasında ISU Qran-Pri Finalını dördüncü pillədə başa vurdu.[12]
2009-cu ilin 18–25 yanvarında Ohayo ştatının Klivlend şəhərinin ev sahibliyində gənclər arasında ABŞ Çempionatı baş tutdu. Həmin çempionatda 1–3 pillələrin sahibi olacaq idmançılar, fevral ayında baş tutacaq gənclər arasında Dünya Çempionatına vəsiqə qazanacaqdılar. Şibutani cütlüyü, məcburi rəqsdə 32.90 bal, orijinal rəqsdə 52.70 bal, sərbəst rəqsdə isə 76.36 bal topladı və ümumi nəticədə 162.04 balla 14 idmançı sırasında 2-ci pillənin sahibi oldu. Bu minvalla da Şibutani cütlüyü, gənclər arasında ABŞ Çempionatının gümüş medalına sahib oldu.
Mövsümün əsas yarışı – 22 fevral-1 martda Bolqarıstanın Sofiya şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı idi.[13] Gənclərin ABŞ Çempionatının gümüş medalına sahib olan Şibutani cütlüyü, Dünya Çempionatının da medalına iddialı idi. Şibutani cütlüyü, məcburi rəqsdə 30.72 balla 5-ci, orijinal rəqsdə isə 52.10 balla 4-cü pillənin sahibi olduğu üçün medal qazanmaq şansları az idi.[14][15] Amma Şibutani cütlüyü, sərbəst rəqsdə inamlı mübarizə apardı və 80.34 balla 2-ci pillənin sahibi oldu.[16] Ümumi nəticədə 162.16 balla 33 idmançı sırasında 2-ci pillənin sahibi olan Şibutani cütlüyü, gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.[13]
Şibutani cütlüyü, 2009–2010-cu illər mövsümündə də gənclər arasında baş tutan beynəlxalq yarışlarda mübarizə apardı. 2–5 sentyabrda Birləşmiş Ştatlarda baş tutan gənclər arasında ISU ABŞ Qran-Prisində Şibutani cütlüyü, məcburi rəqsdə 34.10 bal, orijinal rəqsdə 56.36 bal, sərbəst rəqsdə isə 85.52 bal topladı və ümumi nəticədə 175.98 balla birinci pillənin sahibi oldu.[17][18][19][20] Bununla da Şibutani cütlüyü, gənclər arasında ISU ABŞ Qran-Prisinin qalibi oldu.[20]
Daha sonra Şibutani cütlüyü, Xorvatiyanın Zaqreb şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Xorvatiya Qran-Prisində mübarizə apardı.[21] Məcburi rəqsdə 35.64 bal, orijinal rəqsdə 54.30 bal, sərbəst rəqsdə isə 84.08 bal toplayan Şibutani cütlüyü, ümumi nəticədə 174.02 balla gənclər arasında ISU Xorvatiya Qran-Prisinin qızıl medalına sahib oldu.[21][22][23][24] Mövsüm ərzində baş tutan gənclər arasında ISU Qran-Pri yarışlarında 2 qızıl medala sahib olan Şibutani cütlüyü, Yaponiyada baş tutan ISU Qran-Pri Finalına vəsiqə qazandı.
Yaponiyada baş tutan gənclər arasında ISU Qran-Pri Finalında Şibutani cütlüyü, orijinal rəqsdə 56.22 balla 2-ci pillənin, sərbəst rəqsdə isə 84.54 balla 3-cü pillənin sahibi oldu.[25][26] Bununla da Şibutani cütlüyü, ümumi nəticədə 140.76 balla 8 idmançı sırasında gənclər arasında ISU Qran-Pri Finalını üçüncü pillədə başa vurdu və bürünc medalın sahibi oldu.[27]
2010-cu ilin 14–24 yanvarında Vaşinqton ştatının ev sahibliyində gənclər arasında ABŞ Çempionatı baş tutdu. Həmin çempionatda 1–3 pillələrin sahibi olacaq idmançılar, martda ayında baş tutacaq gənclər arasında Dünya Çempionatına vəsiqə qazanacaqdılar. Şibutani cütlüyü, məcburi rəqsdə 35.72 bal, orijinal rəqsdə 56.18 bal, sərbəst rəqsdə isə 88.80 bal topladı və ümumi nəticədə 180.70 balla 14 idmançı sırasında birinci pillənin sahibi oldu. Bu minvalla da Şibutani cütlüyü, gənclər arasında ABŞ Çempionatının qızıl medalına sahib oldu.
Mövsümün əsas yarışı – 8–14 martda Niderlandın Haaqa şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı idi.[28] Ötən il baş tutan çempionatının gümüş medalına sahib olan Şibutani cütlüyü, bu səfər də Dünya Çempionatının medalına iddialı idi. Şibutani cütlüyü, məcburi rəqsdə 35.28 balla 2-ci, orijinal rəqsdə 52.68 balla 4-cü, sərbəst rəqsdə isə 82.42 balla 4-cü pillənin sahibi oldu.[29][30][31] Ümumi nəticədə 170.38 balla 34 idmançı sırasında dördüncü pillənin sahibi olan Şibutani cütlüyü, gənclər arasında Dünya Çempionatını medalsız başa vurdu.[28]
Şibutani cütlüyü, 2010–2011-ci illər mövsümünün əvvəlində Almaniyanın Oberstdorf şəhərinin ev sahibliyində baş tutan "Nebelhorn Trophy" beynəlxalq yarışında mübarizə apardı.[32] Qısa proqramda 46.90 balla 8-ci pillənin sahibi olan Şibutani cütlüyünün, medal qazanmaq şansları az idi.[33] Şibutani cütlüyü, bir gün sonra baş tutan sərbəst proqramda 86.10 balla 2-ci pillənin sahibi olsa da, ümumi nəticədə 133.00 balla "Nebelhorn Trophy" beynəlxalq yarışını beşinci pillədə başa vurdu.[32][34]
"Nebelhorn Trophy" beynəlxalq yarışınıda apardığı uğursuz mübarizədən sonra Şibutani cütlüyü, Yaponiyanın Naqoya şəhərində baş tutan ISU Yaponiya Qran-Prisində (NHK Trophy) mübarizə apardı.[35] Şibutani cütlüyü, qısa proqramda 54.68 balla 5-ci pillənin, sərbəst proqramda isə 84.26 balla 2-ci pillənin sahibi oldu və ümumi nəticədə 138.94 balla ISU Yaponiya Qran-Prisinin gümüş medalına sahib oldu.[35][36][37]
Daha sonra Şibutani cütlüyü, 11–14 noyabrda Birləşmiş Ştatların Oreqon ştatının Portlend şəhərinin ev sahibliyində baş tutan ISU ABŞ Qran-Prisində mübarizə apardı.[38] Qısa proqramda 56.46 bal, sərbəst rəqsdə isə 88.36 bal toplayan Şibutani cütlüyü, ümumi nəticədə 144.82 balla ISU ABŞ Qran-Prisinin bürünc medalına sahib oldu.[38][39][40] Mövsüm ərzində baş tutan ISU Qran-Pri yarışlarında sadəcə 2 bürünc medala sahib olan Şibutani cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.
2011-ci ilin 22–30 yanvarında Şimali Karolina ştatının Qrinsboro şəhərinin ev sahibliyində ABŞ Çempionatı baş tutdu. Həmin çempionatda 1–3 pillələrin sahibi olacaq idmançılar, aprel ayında baş tutacaq Dünya Çempionatına vəsiqə qazanacaqdılar. Şibutani cütlüyü, qısa proqramda 72.48 bal, sərbəst proqramda isə 102.72 bal topladı və ümumi nəticədə 175.20 balla 15 idmançı sırasında 2-ci pillənin sahibi oldu. Bu minvalla da Şibutani cütlüyü, ABŞ Çempionatının gümüş medalına sahib oldu.
2011-ci ilin 15–20 fevralında Tayvanınnın Taybey şəhərinin ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu. Şibutani cütlüyü, qısa proqramda 62.04 balla dördüncü pillənin, sərbəst proqramda isə 94.34 balla 2-ci pillənin sahibi oldu. Bununla da Şibutani cütlüyü, ümumi nəticədə 156.38 balla Dörd Qitə Çempionatının gümüş medalına sahib oldu.
Mövsümün əsas yarışı – 25 aprel-1 mayda Rusiyada baş tutan Dünya Çempionatı idi.[41] Dünya Çempionatlarında debüt edən Şibutani cütlüyü, qısa proqramda 68.88 balla 4-cü, sərbəst proqramda isə 96.92 balla 3-cü pillənin sahibi oldu.[42][43] Ümumi nəticədə 165.80 balla 32 idmançı sırasında üçüncü pillənin sahibi olan Şibutani cütlüyü, Dünya Çempionatının bürünc medalına sahib oldu.[41]
Şibutani cütlüyü, 2011–2012-ci illər mövsümünün əvvəlində Finlandiyanın Vantaa şəhərinin ev sahibliyində baş tutan "Finlandia Trophy" beynəlxalq yarışında mübarizə apardı.[44] Qısa proqramda 58.45 balla, sərbəst proqramda isə 92.65 balla 2-ci pillələrin sahibi olan Şibutani cütlüyü, ümumi nəticədə 151.10 balla "Finlandia Trophy" beynəlxalq yarışını gümüş medalla başa vurdu.[44][45][46]
"Finlandia Trophy" beynəlxalq yarışınıdan sonra Şibutani cütlüyü, 2–6 noyabrda Çinin Şanxay şəhərində baş tutan ISU Çin Qran-Prisində (Cup of China) mübarizə apardı.[47] Şibutani cütlüyü, qısa proqramda 57.80 balla, sərbəst proqramda isə 90.62 balla 2-ci pillələrin sahibi oldu və ümumi nəticədə 148.42 balla ISU Çin Qran-Prisinin gümüş medalına sahib oldu.[47][48][49]
Daha sonra Şibutani cütlüyü, 10–14 noyabrda Yaponiyanın Sapporo şəhərinin ev sahibliyində baş tutan ISU Yaponiya Qran-Prisində (NHK Trophy) mübarizə apardı.[50] Qısa proqramda 60.02 bal, sərbəst proqramda isə 92.84 bal toplayan Şibutani cütlüyü, ümumi nəticədə 152.86 balla ISU Yaponiya Qran-Prisinin qızıl medalına sahib oldu.[50][51][52] Mövsüm ərzində baş tutan ISU Qran-Pri yarışlarında bir qızıl və bir gümüş medala sahib olan Şibutani cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazandı.
Kanadada baş tutan ISU Qran-Pri Finalında mübarizə aparan Şibutani cütlüyü, qısa proqramda 65.54 bal, sərbəst proqramda isə 95.02 bal topladı.[53][54] Bu minvalla da Şibutani cütlüyü, ümumi nəticədə 160.56 balla ISU Qran-Pri Finalını beşinci pillədə başa vurdu.[55]
2012-ci ilin 22–30 yanvarında Kaliforniya ştatının San-Xose şəhərinin ev sahibliyində ABŞ Çempionatı baş tutdu. Həmin çempionatda 1–3 pillələrin sahibi olacaq idmançılar, mart ayında baş tutacaq Dünya Çempionatına vəsiqə qazanacaqdılar. Şibutani cütlüyü, qısa proqramda 72.62 bal, sərbəst proqramda isə 106.24 bal topladı və ümumi nəticədə 178.86 balla 14 idmançı sırasında 2-ci pillənin sahibi oldu. Bu minvalla da Şibutani cütlüyü, növbəti dəfə ABŞ Çempionatının gümüş medalına sahib oldu.
2012-ci ilin 6–12 fevralında Birləşmiş Ştatların Kolorado Sprinqs şəhərinin ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu. Şibutani cütlüyü, qısa proqramda 64.38 balla, sərbəst proqramda isə 95.92 balla dördüncü pillənin sahibi oldu. Bununla da Şibutani cütlüyü, ümumi nəticədə 160.30 balla Dörd Qitə Çempionatını dördüncü pillədə başa vurdu.
Mövsümün əsas yarışı – 26 mart-1 aprel Fransanın Nitsa şəhərində baş tutan Dünya Çempionatı idi.[56] Bir il əvvəl baş tutan Dünya Çempionatının bürünc medalına sahib olan Şibutani cütlüyü, qısa proqramda 62.36 balla 7-ci, sərbəst proqramda isə 82.38 balla 11-ci pillənin sahibi oldu.[57][58] Ümumi nəticədə 144.74 balla 38 idmançı sırasında 8-ci pillənin sahibi olan Şibutani cütlüyü, Dünya Çempionatını medalsız başa vurdu.[56]
Şibutani cütlüyü, 2012–2013-cü illər mövsümündə ISU Qran-Pri yarışının Rusiya və Yaponiya mərhələlərində mübarizə apardı. Şibutani cütlüyü, əvvəlcə 8–11 noyabrda Rusiyada baş tutan ISU Rusiya Qran-Prisində (Rostelecom Cup) mübarizə apardı.[59] Şibutani cütlüyü, qısa proqramda 58.26 balla 4-cü, sərbəst proqramda isə 82.65 balla 5-ci pillənin sahibi oldu və ümumi nəticədə 140.92 balla ISU Rusiya Qran-Prisini dördüncü pillədə başa vurdu.[59][60][61]
Daha sonra Şibutani cütlüyü, 22–25 noyabrda Yaponiyanın Miyaqi şəhərinin ev sahibliyində baş tutan ISU Yaponiya Qran-Prisində (NHK Trophy) mübarizə apardı.[62] Qısa proqramda 60.84 bal, sərbəst rəqsdə isə 94.72 bal toplayan Şibutani cütlüyü, ümumi nəticədə 155.56 balla ISU Yaponiya Qran-Prisinin bürünc medalına sahib oldu.[62][63][64] Mövsüm ərzində baş tutan ISU Qran-Pri yarışlarında sadəcə bir bürünc medala sahib olan Şibutani cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.
2013-cü ilin 20–27 yanvarında Omaha şəhərinin ev sahibliyində ABŞ Çempionatı baş tutdu. Həmin çempionatda 1–3 pillələrin sahibi olacaq idmançılar, mart ayında baş tutacaq Dünya Çempionatına vəsiqə qazanacaqdılar. Şibutani cütlüyü, qısa proqramda 70.64 bal, sərbəst proqramda isə 104.58 bal topladı və ümumi nəticədə 175.22 balla 15 idmançı sırasında 3-cü pillənin sahibi oldu. Bu minvalla da Şibutani cütlüyü, ABŞ Çempionatının bürünc medalına sahib oldu.
2013-cü ilin 6–11 fevralında Yaponiyanın ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu. Şibutani cütlüyü, qısa proqramda 64.26 balla, sərbəst proqramda isə 96.72 balla dördüncü pillənin sahibi oldu. Bununla da Şibutani cütlüyü, ümumi nəticədə 160.98 balla Dörd Qitə Çempionatını dördüncü pillədə başa vurdu.
Mövsümün əsas yarışı – 10–18 martda Kanadanın Ontario əyalətinin London şəhərində baş tutan Dünya Çempionatı idi.[65] Şibutani cütlüyü, qısa proqramda 66.14 balla 8-ci, sərbəst proqramda isə 92.58 balla 9-cu pillənin sahibi oldu.[66][67] Ümumi nəticədə 158.72 balla 8-ci pillənin sahibi olan Şibutani cütlüyü, Dünya Çempionatını medalsız başa vurdu.[65]
Şibutani cütlüyü, 2013–2014-cü illər mövsümündə ISU Qran-Pri yarışının Birləşmiş Ştatlar və Yaponiya mərhələlərində mübarizə apardı. Şibutani cütlüyü, əvvəlcə Birləşmiş Ştatların Detroyt şəhərində baş tutan ISU ABŞ Qran-Prisində mübarizə apardı.[68] Şibutani cütlüyü, qısa proqramda 62.26 balla, sərbəst proqramda isə 94.22 balla 3-cü pillələrin sahibi oldu və ümumi nəticədə 156.48 balla ISU ABŞ Qran-Prisini üçüncü pillədə başa vurdu və bürünc medalın sahibi oldu.[68][69][70]
Daha sonra Şibutani cütlüyü, 8–10 noyabrda Yaponiyanın ev sahibliyində baş tutan ISU Yaponiya Qran-Prisində (NHK Trophy) mübarizə apardı.[71] Qısa proqramda 64.10 bal, sərbəst rəqsdə isə 94.50 bal toplayan Şibutani cütlüyü, ümumi nəticədə 158.60 balla ISU Yaponiya Qran-Prisinin bürünc medalına sahib oldu.[71][72][73] Mövsüm ərzində baş tutan ISU Qran-Pri yarışlarında 2 bürünc medala sahib olan Şibutani cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.
2014-cü ilin 5–12 yanvarında Massaçusets ştatının Boston şəhərinin ev sahibliyində ABŞ Çempionatı baş tutdu. Həmin çempionatda 1–3 pillələrin sahibi olacaq idmançılar, fevral ayında baş tutacaq Soçi Olimpiadasına və mart ayında baş tutacaq Dünya Çempionatına vəsiqə qazanacaqdılar. Şibutani cütlüyü, qısa proqramda 68.00 bal, sərbəst proqramda isə 102.44 bal topladı və ümumi nəticədə 170.44 balla 18 idmançı sırasında 3-cü pillənin sahibi oldu. Bu minvalla da Şibutani cütlüyü, ABŞ Çempionatının bürünc medalına sahib oldu.
2014-cü ilin 6–24 fevralında Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində XXII Qış Olimpiya Oyunları baş tutdu.[74] Olimpiya Oyunlarında debüt edən Şibutani cütlüyü, fevralın 16-də mübarizə apardı.[75] Həmin gün baş tutan qısa proqramda Şibutani cütlüyü, 64.48 balla 20 idmançı sırasında 9-cu pillənin sahibi oldu.[75] Bir gün sonra baş tutan sərbəst proqramda da Şibutani cütlüyü, uğursuz mübarizə apardı və 90.70 balla 10-cu pillənin sahibi oldu.[76] Ümumi nəticədə isə 155.18 balla 9-cu pillənin sahibi olan Şibutani cütlüyü, Soçi Olimpiadasını medalsız başa vurdu.[74] Olimpiadanın qalibi isə Birləşmiş Ştatları təmsil edən Meril Devis və Çarli Vayt cütlüyü oldu.[74]
Mövsümün sonuncu yarışı – 24–30 martda Yaponiyanın Saytama şəhərində baş tutan Dünya Çempionatı idi.[77] 2012 və 2013-cü illərdə baş tutan Dünya Çempionatında 8-ci pillələrin sahib olan Şibutani cütlüyü, bu səfər qısa proqramda 64.56 balla, sərbəst proqramda isə 96.02 balla 6-cı pillələrin sahibi oldu.[78][79] Ümumi nəticədə 160.58 balla 32 idmançı sırasında 6-cı pillənin sahibi olan Şibutani cütlüyü, növbəti dəfə Dünya Çempionatını medalsız başa vurdu.[77]
Şibutani cütlüyü, 2014–2015-ci illər mövsümünün əvvəlində Bratislava şəhərinin ev sahibliyində baş tutan "Ondrej Nepela Trophy" beynəlxalq yarışında mübarizə apardı.[80] Qısa proqramda 62.72 balla, sərbəst proqramda isə 100.26 balla birinci pillələrin sahibi olan Şibutani cütlüyü, ümumi nəticədə 162.98 balla "Ondrej Nepela Trophy" beynəlxalq yarışını qızıl medalla başa vurdu.[80][81][82]
"Ondrej Nepela Trophy" beynəlxalq yarışınıdan sonra Şibutani cütlüyü, Birləşmiş Ştatların İllinoys ştatının Hofman şəhərində baş tutan ISU ABŞ Qran-Prisində mübarizə apardı.[83] Şibutani cütlüyü, qısa proqramda 64.14 balla, sərbəst proqramda isə 96.20 balla 2-ci pillələrin sahibi oldu və ümumi nəticədə 160.34 balla ISU ABŞ Qran-Prisinin gümüş medalına sahib oldu.[83][84][85]
Daha sonra Şibutani cütlüyü, 7–10 noyabrda Çinin Şanxay şəhərinin ev sahibliyində baş tutan ISU Çin Qran-Prisində (Cup of China) mübarizə apardı.[86] Qısa proqramda 66.20 bal, sərbəst proqramda isə 92.16 bal toplayan Şibutani cütlüyü, ümumi nəticədə 158.36 balla ISU Çin Qran-Prisinin gümüş medalına sahib oldu.[86][87][88] Mövsüm ərzində baş tutan ISU Qran-Pri yarışlarında 2 gümüş medala sahib olan Şibutani cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazandı.
ISU Qran-Pri Finalından əvvəl Şibutani cütlüyü, Avstriyanın Qrats şəhərinin ev sahibliyində baş tutan "Ice Challenge" beynəlxalq yarışında mübarizə apardı. Qısa proqramda 65.38 balla, sərbəst proqramda isə 100.96 balla birinci pillələrin sahibi olan Şibutani cütlüyü, ümumi nəticədə 166.34 balla "Ice Challenge" beynəlxalq yarışını qızıl medalla başa vurdu.
İspaniyanın Barselona şəhərində baş tutan ISU Qran-Pri Finalında mübarizə aparan Şibutani cütlüyü, qısa proqramda 65.90 bal, sərbəst proqramda isə 95.04 bal topladı.[89][90] Bu minvalla da Şibutani cütlüyü, ümumi nəticədə 160.94 balla ISU Qran-Pri Finalını dördüncü pillədə başa vurdu.[91]
2015-ci ilin 18–25 yanvarında Şimali Karolina ştatının Qrinsboro şəhərinin ev sahibliyində ABŞ Çempionatı baş tutdu. Həmin çempionatda 1–3 pillələrin sahibi olacaq idmançılar, mart ayında baş tutacaq Dünya Çempionatına vəsiqə qazanacaqdılar. Şibutani cütlüyü, qısa proqramda 75.84 bal, sərbəst proqramda isə 108.48 bal topladı və ümumi nəticədə 184.32 balla 17 idmançı sırasında 2-ci pillənin sahibi oldu. Bu minvalla da Şibutani cütlüyü, ABŞ Çempionatının gümüş medalına sahib oldu.
2015-ci ilin 8–15 fevralında Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu. Şibutani cütlüyü, qısa proqramda 70.66 balla 2-ci pillənin, sərbəst proqramda isə 102.14 balla üçüncü pillənin sahibi oldu. Bununla da Şibutani cütlüyü, ümumi nəticədə 172.80 balla Dörd Qitə Çempionatının bürünc medalına sahib oldu.
Mövsümün əsas yarışı – 22–30 martda Çinin Şanxay şəhərində baş tutan Dünya Çempionatı idi.[92] Bir il əvvəl baş tutan Dünya Çempionatında 6-cı pillənin sahib olan Şibutani cütlüyü, qısa proqramda 70.32 balla 6-cı, sərbəst proqramda isə 104.72 balla 5-ci pillənin sahibi oldu.[93][94] Ümumi nəticədə 175.04 balla 30 idmançı sırasında 5-ci pillənin sahibi olan Şibutani cütlüyü, növbəti dəfə Dünya Çempionatını medalsız başa vurdu.[92]
Şibutani cütlüyü, 2015–2016-cı illər mövsümünün əvvəlində Bratislava şəhərinin ev sahibliyində baş tutan "Ondrej Nepela Trophy" beynəlxalq yarışında mübarizə apardı.[95] Qısa proqramda 64.24 balla birinci, sərbəst proqramda isə 92.10 balla üçüncü pillələrin sahibi olan Şibutani cütlüyü, ümumi nəticədə 156.34 balla "Ondrej Nepela Trophy" beynəlxalq yarışını bürünc medalla başa vurdu.[95][96][97]
"Ondrej Nepela Trophy" beynəlxalq yarışınıdan sonra Şibutani cütlüyü, Kanadanın Alberta əyalətinin Letbric şəhərində baş tutan ISU Kanada Qran-Prisində mübarizə apardı.[98] Şibutani cütlüyü, qısa proqramda 66.00 balla, sərbəst proqramda isə 102.36 balla 2-ci pillələrin sahibi oldu və ümumi nəticədə 168.36 balla ISU Kanada Qran-Prisinin gümüş medalına sahib oldu.[98][99][100]
Daha sonra Şibutani cütlüyü, 26–30 noyabrda Yaponiya Naqano şəhərinin ev sahibliyində baş tutan ISU Yaponiya Qran-Prisində (NHK Trophy) mübarizə apardı.[101] Qısa proqramda 68.08 bal, sərbəst proqramda isə 106.36 bal toplayan Şibutani cütlüyü, ümumi nəticədə 174.44 balla ISU Yaponiya Qran-Prisinin qızıl medalına sahib oldu.[101][102][103] Mövsüm ərzində baş tutan ISU Qran-Pri yarışlarında bir qızıl və bir gümüş medala sahib olan Şibutani cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazandı.
İspaniyanın Barselona şəhərində baş tutan ISU Qran-Pri Finalında mübarizə aparan Şibutani cütlüyü, qısa proqramda 70.12 bal, sərbəst proqramda isə 105.82 bal topladı.[104][105] Bu minvalla da Şibutani cütlüyü, ümumi nəticədə 175.94 balla ISU Qran-Pri Finalını növbəti dəfə dördüncü pillədə başa vurdu.[106]
2016-cı ilin 15–24 yanvarında Minnesota ştatının Sent-Pol şəhərinin ev sahibliyində ABŞ Çempionatı baş tutdu. Həmin çempionatda 1–3 pillələrin sahibi olacaq idmançılar, mart ayında baş tutacaq Dünya Çempionatına vəsiqə qazanacaqdılar. Şibutani cütlüyü, qısa proqramda 74.68 bal, sərbəst proqramda isə 115.48 bal topladı və ümumi nəticədə 190.16 balla 15 idmançı sırasında birinci pillənin sahibi oldu. Bu minvalla da Şibutani cütlüyü, birinci dəfə ABŞ Çempionatının qızıl medalına sahib oldu.
2016-cı ilin 16–22 fevralında Tayvanınnın Taybey şəhərinin ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu. Şibutani cütlüyü, qısa proqramda 72.86 balla, sərbəst proqramda isə 108.76 balla birinci pillənin sahibi oldu. Bununla da Şibutani cütlüyü, ümumi nəticədə 181.62 balla Dörd Qitə Çempionatının qızıl medalına sahib oldu.
Mövsümün əsas yarışı – 28 mart-4 apreldə Birləşmiş Ştatların Boston şəhərində baş tutan Dünya Çempionatı idi.[107] Bir il əvvəl baş tutan Dünya Çempionatında 5-ci pillənin sahib olan Şibutani cütlüyü, qısa proqramda 75.40 balla, sərbəst proqramda isə 114.74 balla 2-ci pillələrin sahibi oldu.[108][109] Ümumi nəticədə 190.45 balla 30 idmançı sırasında 2-ci pillənin sahibi olan Şibutani cütlüyü, 5 il sonra birinci dəfə Dünya Çempionatını medalına sahib oldu.[107]
Şibutani cütlüyü, 2016–2017-ci illər mövsümündə ISU Qran-Pri yarışının ABŞ və Çin mərhələlərində mübarizə apardı. Şibutani cütlüyü, əvvəlcə Birləşmiş Ştatların İllinoys ştatında tutan ISU ABŞ Qran-Prisində mübarizə apardı.[110] Şibutani cütlüyü, qısa proqramda 74.04 balla, sərbəst proqramda isə 112.72 balla birinci pillələrin sahibi oldu və ümumi nəticədə 186.76 balla ISU ABŞ Qran-Prisinin qızıl medalına sahib oldu.[110][111][112]
Daha sonra Şibutani cütlüyü, 18–20 noyabrda Çinin ev sahibliyində baş tutan ISU Çin Qran-Prisində (Cup of China) mübarizə apardı.[113] Qısa proqramda 74.24 bal, sərbəst proqramda isə 111.90 bal toplayan Şibutani cütlüyü, ümumi nəticədə 186.14 balla ISU Çin Qran-Prisinin qızıl medalına sahib oldu.[113][114][115] Mövsüm ərzində baş tutan ISU Qran-Pri yarışlarında 2 qızıl medala sahib olan Şibutani cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazandı.
Fransanın Marsel şəhərində baş tutan ISU Qran-Pri Finalında mübarizə aparan Şibutani cütlüyü, qısa proqramda 78.98 bal, sərbəst proqramda isə 111.64 bal topladı.[116][117] Bu minvalla da Şibutani cütlüyü, ümumi nəticədə 190.62 balla ISU Qran-Pri Finalını üçüncü pillədə başa vurdu və bürünc medalın sahibi oldu.[118] Şibutani cütlüyü, birinci dəfə ISU Qran-Pri Finalının medalına sahib olmuşdu.[118]
2017-ci ilin 14–22 yanvarında Missuri ştatının Kanzas-Siti şəhərinin ev sahibliyində ABŞ Çempionatı baş tutdu. Həmin çempionatda 1–3 pillələrin sahibi olacaq idmançılar, mart ayında baş tutacaq Dünya Çempionatına vəsiqə qazanacaqdılar. Şibutani cütlüyü, qısa proqramda 84.42 bal, sərbəst proqramda isə 117.64 bal topladı və ümumi nəticədə 200.05 balla 11 idmançı sırasında birinci pillənin sahibi oldu. Bu minvalla da Şibutani cütlüyü, növbəti dəfə ABŞ Çempionatının qızıl medalına sahib oldu.
2017-ci ilin 15–20 fevralında Cənubi Koreyanın Kannın şəhərinin ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu. Şibutani cütlüyü, qısa proqramda 76.60 balla, sərbəst proqramda isə 115.26 balla 2-ci pillənin sahibi oldu. Bununla da Şibutani cütlüyü, ümumi nəticədə 191.86 balla Dörd Qitə Çempionatının gümüş medalına sahib oldu.
Mövsümün əsas yarışı – 28 mart-2 apreldə Finlandiyada baş tutan Dünya Çempionatı idi.[119] Bir il əvvəl baş tutan Dünya Çempionatında gümüş medala sahib olan Şibutani cütlüyü, bu səfər qısa proqramda 74.88 balla, sərbəst proqramda isə 110.30 balla üçüncü pillələrin sahibi oldu.[120][121] Ümumi nəticədə 185.18 balla 32 idmançı sırasında üçüncü pillənin sahibi olan Şibutani cütlüyü, Dünya Çempionatının bürünc medalına sahib oldu.[119]
Şibutani cütlüyü, 2017–2018-ci illər mövsümündə ISU Qran-Pri yarışının Rusiya və Birləşmiş Ştatlar mərhələlərində mübarizə apardı. Şibutani cütlüyü, əvvəlcə Rusiyada baş tutan ISU Rusiya Qran-Prisində (Rostelecom Cup) mübarizə apardı.[122] Şibutani cütlüyü, qısa proqramda 78.30 balla, sərbəst proqramda isə 111.94 balla birinci pillələrin sahibi oldu və ümumi nəticədə 190.24 balla ISU Rusiya Qran-Prisinin qızıl medalına sahib oldu.[122][123][124]
Daha sonra Şibutani cütlüyü, 24–26 noyabrda Birləşmiş Ştatların L. Plesid şəhərinin ev sahibliyində baş tutan ISU ABŞ Qran-Prisində mübarizə apardı.[125] Qısa proqramda 80.18 bal, sərbəst proqramda isə 115.08 bal toplayan Şibutani cütlüyü, ümumi nəticədə 195.26 balla ISU ABŞ Qran-Prisinin qızıl medalına sahib oldu.[125][126][127] Mövsüm ərzində baş tutan ISU Qran-Pri yarışlarında 2 qızıl medala sahib olan Şibutani cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazandı.
Yaponiyanın Naqoya şəhərində baş tutan ISU Qran-Pri Finalında mübarizə aparan Şibutani cütlüyü, qısa proqramda 78.10 bal, sərbəst proqramda isə 111.92 bal topladı.[128][129] Bu minvalla da Şibutani cütlüyü, ümumi nəticədə 190.64 balla ISU Qran-Pri Finalını üçüncü pillədə başa vurdu və növbəti dəfə bürünc medalın sahibi oldu.[130]
2018-ci ilin 4–8 yanvarında Kaliforniya ştatının San-Xose şəhərinin ev sahibliyində ABŞ Çempionatı baş tutdu. Həmin çempionatda 1–3 pillələrin sahibi olacaq idmançılar, fevral ayında baş tutacaq Pxençxan Olimpiadasına və mart ayında baş tutacaq Dünya Çempionatına vəsiqə qazanacaqdılar. Şibutani cütlüyü, qısa proqramda 82.34 bal, sərbəst proqramda isə 114.60 bal topladı və ümumi nəticədə 196.94 balla 2-ci pillənin sahibi oldu. Bu minvalla da Şibutani cütlüyü, ABŞ Çempionatının gümüş medalına sahib oldu.
2018-ci ilin 8–25 fevralında Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində XXIII Qış Olimpiya Oyunları baş tutdu.[131] Mövsüm ərzində ISU Qran-Pri Finalının bürünc medalına sahib olan Şibutani cütlüyü, Pxençxan Olimpiadasında mübarizə aparacaq ABŞ yığmasının heyətinə cəlb edildi.[131] Komandaların yarışı 8–12 fevralda, fərdi idmançıların yarışı isə 18–20 fevralda Olimpiada üçün inşa edilən 12 000 tamaşaçı tutumuna sahib olan "Kannın" Buz İdman Sarayında baş tutdu.[131]
Fevralın 9-da baş tutan yarışda Natan Çen mübarizə apardı və 10 idmançı sırasında dördüncü pillənin sahibi oldu.[131] Bununla da o, ABŞ yığmasına 7 bal qazandırdı.[131] Həmin gün cütlərin yarışında mübarizə aparan Alisa Knierim və Kris Knierim cütlüyü də dördüncü pillənin sahibi oldu və ABŞ yığmasına 7 bal qazandırdı.[131] Fevralın 11-də baş tutan yarışda isə Şibutani cütlüyü mübarizə apardı və 75.46 balla 2-ci pillənin sahibi oldu.[131][132] Bununla da Şibutani cütlüyü, ABŞ yığmasına 9 bal qazandırdı.[131] Həmin gün qadınların yarışında mübarizə aparan Bradi Tennel isə 68.94 balla beşinci pillənin sahibi oldu və ABŞ yığmasına 5 bal qazandırdı.[131] Qısa proqramdan sonra 10 yığmadan 6–10-cu pillələri tutan yığmalar mübarizəni dayandırdı.[131] Həmin proqramdan sonra ABŞ yığması 29 balla üçüncü pillədə idi.[131] Qısa proqramdan sonra yığmalara 2 yarış üzrə idmançıları əvəzetmə hüququ verildi. ABŞ yığması cənabların yarışında mübarizə aparan Natan Çeni Adam Rippona, xanımların yarışında mübarizə aparan Bradi Tenneli isə Mirai Naqasuya əvəz etdi.
Sərbəst proqram fevralın 11-də və 12-də baş tutdu.[131] Fevralın 8-də cütlərin yarışında çıxış edən Alisa Knierim və Kris Knierim cütlüyü mübarizə apardılar və dördüncü pillənin sahibi oldular.[131] Bununlada onlar, ABŞ yığmasına 7 bal qazandırdı.[131] Fevralın 12-də isə daha üç yarış üzrə mübarizə aparıldı.[131] Kişilərin yarışında çıxış edən Adam Rippon üçüncü pillənin sahibi oldu və ABŞ yığmasına 8 bal qazandırdı.[131] Daha sonra isə "Kannın" Buz İdman Sarayında buzüstünə qadınlar çıxdılar.[131] Mirai Naqasu, çıxışını ciddi səhv olmadan başa vurdu və onun çıxışı münsiflər heyəti tərəfindən 138.54 balla qiymətləndirildi.[131] O, bu nəticəyə əsasən 2-ci pillənin sahibi oldu və o, ABŞ yığmasına 9 bal qazandırdı.[131] Sonda isə buzüstü rəqs yarışında çıxış edən Şibutani cütlüyü mübarizə apardılar və 112.02 balla 2-ci pillənin sahibi oldular.[131][133] Bununlada onlar, ABŞ yığmasına 9 bal qazandırdı.[131] Ümumi nəticədə isə 62 balla ABŞ yığması üçüncü pillənin sahibi oldu və Pxençxan Olimpiadasının bürünc medallarına sahib oldu.[131]
Komanda yarışlarından sonra isə Pxençxan Olimpiadasında fərdi idmançıların yarışı baş tutdu.[134] Fevralın 18-də qısa proqramda Şibutani cütlüyü, 77.76 balla üçüncü pillənin sahibi oldu.[135] Fevralın 20-də baş tutan sərbəst proqramda isə Şibutani cütlüyü, 114.86 balla növbəti dəfə üçüncü pillənin sahibi oldu.[136] Bu minvalla da Şibutani cütlüyü, ümumi nəticədə 192.60 balla 24 idmançı sırasında XXIII Qış Olimpiya Oyunlarını üçüncü pillədə başa vurdu və Olimpiadanın bürünc medalına sahib oldu.[134] Pxençxan Olimpiadasının qızıl medalına isə Kanada nümayəndəsi Vertyu və Moir cütlüyü sahib oldu.[134]
|
| ||
|
| ||
|
| ||
|
| ||
|
| ||
|
| ||
|
| ||
|
| ||
|
|
Karyerası ərzində 10 mövsümdə mübarizə aparan Şibutani cütlüyü, 15 qızıl, 15 gümüş və 16 bürünc medala sahib olub.
22.09.2010 26.09.2010 |
"Nebelhorn Trophy" | Almaniya | |||||||
22.10.2010 24.10.2010 |
ISU Yaponiya Qran-Prisi | Yaponiya | |||||||
12.11.2010 14.11.2010 |
ISU ABŞ Qran-Prisi | ABŞ | |||||||
22.01.2011 30.01.2011 |
ABŞ Çempionatı | ABŞ | |||||||
15.02.2011 20.02.2011 |
Dörd Qitə Çempionatı | Tayvan | |||||||
24.04.2011 01.05.2011 |
Dünya Çempionatı | Rusiya | |||||||
06.09.2011 10.09.2011 |
"Finlandia Trophy" | Finlandiya | |||||||
02.11.2011 06.11.2011 |
ISU Çin Qran-Prisi | Çin | |||||||
10.11.2011 14.11.2011 |
ISU Yaponiya Qran-Prisi | Yaponiya | |||||||
08.12.2011 11.12.2011 |
ISU Qran-Pri Finalı | Kanada | |||||||
22.01.2012 30.01.2012 |
ABŞ Çempionatı | ABŞ | |||||||
06.02.2012 12.02.2012 |
Dörd Qitə Çempionatı | ABŞ | |||||||
26.03.2012 01.04.2012 |
Dünya Çempionatı | Fransa | |||||||
08.11.2012 11.11.2012 |
ISU Rusiya Qran-Prisi | Rusiya | |||||||
22.11.2012 25.11.2012 |
ISU Yaponiya Qran-Prisi | Yaponiya | |||||||
18.01.2013 28.01.2013 |
ABŞ Çempionatı | ABŞ | |||||||
08.02.2013 11.02.2013 |
Dörd Qitə Çempionatı | Yaponiya | |||||||
10.03.2013 18.03.2013 |
Dünya Çempionatı | Kanada | |||||||
18.10.2013 20.10.2013 |
ISU ABŞ Qran-Prisi | ABŞ | |||||||
08.11.2013 10.11.2013 |
ISU Yaponiua Qran-Prisi | Yaponiya | |||||||
05.01.2014 12.01.2014 |
ABŞ Çempionatı | ABŞ | |||||||
06.02.2014 22.02.2014 |
Olimpiya Oyunları | Rusiya | |||||||
24.03.2014 30.03.2014 |
Dünya Çempionatı | Yaponiya | |||||||
01.10.2014 05.10.2014 |
"Ondrej Nepela Trophy" | Bratislava | |||||||
24.10.2014 26.10.2014 |
ISU ABŞ Qran-Prisi | ABŞ | |||||||
06.11.2014 10.11.2014 |
ISU Çin Qran-Prisi | Çin | |||||||
14.11.2014 16.11.2014 |
"Ice Challenge" | Avstriya | |||||||
11.12.2014 14.12.2014 |
ISU Qran-Pri Finalı | İspaniya | |||||||
18.01.2015 25.01.2015 |
ABŞ Çempionatı | ABŞ | |||||||
08.02.2015 15.02.2015 |
Dörd Qitə Çempionatı | Cənubi Koreya | |||||||
22.03.2015 30.03.2015 |
Dünya Çempionatı | Çin | |||||||
01.10.2015 04.10.2015 |
"Ondrej Nepela Trophy" | Bratislava | |||||||
30.10.2015 01.11.2015 |
ISU Kanada Qran-Prisi | Kanada | |||||||
26.11.2015 30.11.2015 |
ISU Yaponiya Qran-Prisi | Yaponiya | |||||||
10.12.2015 14.12.2015 |
ISU Qran-Pri Finalı | İspaniya | |||||||
15.01.2016 24.01.2016 |
ABŞ Çempionatı | ABŞ | |||||||
16.02.2016 22.01.2016 |
Dörd Qitə Çempionatı | Tayvan | |||||||
28.03.2016 04.04.2016 |
Dünya Çempionatı | ABŞ | |||||||
20.10.2016 24.10.2016 |
ISU ABŞ Qran-Prisi | ABŞ | |||||||
18.11.2016 20.11.2016 |
ISU Çin Qran-Prisi | Çin | |||||||
08.12.2016 11.12.2016 |
ISU Qran-Pri Finalı | Fransa | |||||||
14.01.2017 22.01.2017 |
ABŞ Çempionatı | ABŞ | |||||||
15.02.2017 20.02.2017 |
ABŞ Çempionatı | Cənubi Koreya | |||||||
28.03.2017 04.04.2017 |
Dünya Çempionatı | Finlandiya | |||||||
20.10.2017 22.10.2017 |
ISU Rusiya Qran-Prisi | Rusiya | |||||||
24.11.2017 26.11.2017 |
ISU ABŞ Qran-Prisi | ABŞ | |||||||
06.12.2017 10.12.2017 |
ISU Qran-Pri Finalı | Yaponiya | |||||||
04.01.2018 08.01.2018 |
ABŞ Çempionatı | ABŞ | |||||||
08.02.2018 12.02.2018 |
Olimpiya Oyunları (Komanda) | Cənubi Koreya | |||||||
18.02.2018 20.02.2018 |
Olimpiya Oyunları | Cənubi Koreya |