Aleksandr Dovjenko

Aleksandr Dovjenko
ukr. Олександр Петрович Довженко
Doğum tarixi 29 avqust (10 sentyabr) 1894
Vəfat tarixi 25 noyabr 1956(1956-11-25)[1][2][…] (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Fəaliyyəti kinorejissor, ssenarist, film prodüseri, yazıçı, montajçı[d], diplomat, rejissor
Fəaliyyət illəri 1914–1956
Təhsili
Mükafatları "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
1-ci dərəcəli "Stalin" mükafatı 2-ci dərəcəli "Stalin" mükafatı RSFSR xalq artisti "Lenin" mükafatı "Stalin" mükafatı "Stalin" mükafatı Ukrayna SSR əməkdar incəsənət xadimi Ukraynanın əməkdar incəsənət xadimi
IMDb ID0235590
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Aleksandr Dovjenko

Aleksandr Petroviç Dovjenko (ukr. Олександр Петрович Довженко; 29 avqust (11 sentyabr) 1894, Vyunişe xutoru, Sosnitsa kəndinin yaxınlığı, Sosnitsa qəzası, Çerniqov quberniyası — 25 noyabr 1956, Moskva) —Sovet rejissoru, Ukrayna yazıçısı, kinodramaturqu, RSFSR Xalq artisti (1950), SSRİ Dövlət mükafatı laureatı (1941, 1949), Lenin mükafatı laureatı (1959, ölümündən sonra).

Ukrayna sovet kinorejissoru, yazıçı və kinodramaturq, RSFSR Xalq artisti (1950), SSRİ Dövlət mükafatı laureatı (1941, 1949), Lenin mükafatı laureatıdır (1959, ölümündən sonra). Dovjenko Aleksandr Petroviç 11 sentyabr 1894-cu ildə, indiki Çerniqov vilayətinin Sosnitsı kəndində anadan olmuşdur.

1912-ci ildə Qluxov Müəllimlər İnstitutunu bitirmşdir. 1926-cı ildə öz ssenarisi əsasında "İslahatçı Vasya" adlı ilk filmini (birgə iş) çəkmişdir. 1927-ci ildə lentə aldığı "Diplomatik kuryerin çantası" macəra filmində sovet diplomatlarının qəhrəmanlığı təsvir olunmuşdur. Vətəndaş müharibəsindən, Ukrayna xalqının tarixi keçmişi, inqilabi yolundan, Ukrayna kəndlilərinin kollektivləşmə uğrunda mübarizəsindən bəhs edən "Zveniqora" (1928), "Arsenal" (1929), "Torpaq" (1930) filmləri sovet kino sənətinin inkişafında mühüm mərhələ təşkil edir.

Kinematoqrafiya tarixi bürosunun tənqidçiləri arasında keçirilən beynəlxalq sorğuda (1958, Brussel) "Torpaq" filmi bütün dövrlərin və xalqların 12 ən yaxşı filmindən biri hesab olunmuşdur.

Dovjenko 1932-ci ildə ilk səsli sovet kino əsərlərindən olan "İvan", 1935-ci ildə isə "Aeroqrad" filmini çəkmişdir.

Böyük Vətən müharibəsi illərində (1941-1945) Dovjenko hərbi müxbir kimi, publisistik məqalələr, hekayə və oçerklər yazmışdır. Onun "Azadlıq" (1940), "Bizim Sovet Ukraynası uğrunda vuruşma" (1943), "Sağsahil Ukraynasında qələbə" (1945) sənədli filmləri poetik kinopublisistikanın görkəmli nümunələrindəndir.

Müharibədən sonrakı illərdə "Çiçəklər qoynunda" pyesinin ssenarisini yazmış, onun əsasında "Miçurin" (1949) rəngli bədii filmini yaratmışdır.

Dovjenkonun filmləri üçün yüksək romantika və kəskin satira, lirika, siyasi publisistika, hadisələrin epik şərhi səciyyəvidir. Görkəmli kinorejissorun ssenariləri üzrə rejissor Y.Solntseva "Dəniz haqqında poema" (1953), "Alovlu illərin povesti" (1961), "Məftun olmuş Desna" (1965) filmlərini çəkmişdir.

Dovjenko filmlərinin ssenarisini əsasən özü yazmışdır. 1945-1951 və 1955-ci ildən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda pedaqoji fəaliyyət göstərmişdir.

Dovjenkonun yaradıcılığı, estetik görüşləri sovet və dünya sənətinin inkişafına böyük təsir göstərmişdir. Bir çox filmi beynəlxalq kino festivallarında mükafata layiq görülmüşdür.

25 noyabr 1956-cı ildə Moskva şəhərində vəfat etmişdir.

Kiyev bədii filmlər kinostudiyasına Dovjenkonun adı verilmişdir.

Lenin ordeni, Qırmızı əmək ordeni və medallarla təltif edilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Alexander Petrowitsch Dowschenko // Brockhauz Ensiklopediyası (alm.).
  2. Alexandr Dovženko // The Fine Art Archive. 2003.
  3. Find a Grave (ing.). 1996.