Aleksandr Usik | |
---|---|
Ümumi məlumatlar | |
Çəkisi | 91 kq |
Boyu | 191 sm |
Doğum tarixi | 17 yanvar 1987 (37 yaş) |
Doğum yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Aleksandrovich Usik (ukr. Олександр Олександрович Усик; 17 yanvar 1987, Simferopol, Ukrayna SSR, SSRİ) — 1-ci ağır (90,7 kq-a qədər) və ağır (90-dan çox) çəki dərəcələrində çıxış edən məğlubedilməz ukraynalı peşəkar boksçu. Birinci ağır çəkidə mütləq dünya çempionu, dövrümüzün peşəkar boksçuları arasında bütün nüfuzlu versiyalarda çempion kəmərlərinin yeganə sahibi.[1]
World Boxing Super Series 1 turnirin finalında rusiyalı bokusçu Murat Qassiyevi məğlub edərək IBF (2018–2019) və WBA super (2018–2019) versiyaları üzrə mütləq çempion oldu. Bundan əlavə Usik Məhəmməd Əli Kubokunun sahibi olmaqla nüfuzlu The Ring jurnalında dünyanın ən titullu bokusçusu elan edilmişdir.[2]
2012-ci ildə Olimpiya çempionu (91 kq-a qədər), 2011-ci ildə dünya çempionu (91 kq-a qədər), 2008-ci ildə Avropa çempionu (81 kq-a qədər), həvəskarlar arasında dəfələrlə Ukrayna çempionu. Ukraynanın əməkdar idman ustası.
Məşhur idman kanalı ESPN[3][4], nüfuzlu idman jurnalları Sports Illustrated[5] və The Ringin[6], Amerika Jurnalistlər Birliyi (BWAA)[7], BoxingTalk[8], Yahoo Sports[9], WBC-nin[10] versiyalarına görə 2018-ci ilin ən yaxşı peşəkar boksçusu.
Anası — Nadejda Petrovna Çerniqov vilayətindən, atası isə Aleksandr Anatolyeviç Sum vilayətindəndir. Aleksandır Alexandroviç Usik 17 yanvar 1987-ci ildə Simferopolda anadan olmuşdur. 1999-cu ilə qədər anasının vətənində, Çerniqov vilayətinin Ribotin kəndində yaşamışdır.[11][12]
Simferopoldakı 34 nömrəli məktəbi bitirib, hansı ki, gələcək həyat yoldaşı Katerina də bu məktəbdə oxumuşdur. Uşaqlıqda cüdo və futbolla məşğul olmuşdur. "Tavria" gənclər komandasında sol yarımmüdafiəçi mövqeyində oynayıb. Usik boks bölməsinə 15 yaşında gəldi. Usık Sergey Lapinin rəhbərliyi altında məşq keçmiş və tezliklə Ukrayna boks çempionu titulunu qazanmışdır. Lvov Dövlət Bədən Tərbiyəsi Universitetini bitirmişdir.[13]