Aleksey Şved | |
---|---|
Mövqeyi | Oyun qurucu |
Boyu | 198 sm[1] |
Çəkisi | 86 kq[1] |
Vətəndaşlığı | |
Doğum tarixi | 16 dekabr 1988 (35 yaş) |
Doğum yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksey Viktoroviç Şved (16 dekabr 1988, Belqorod) — Ximki komandasında oynayan rusiyalı peşəkar basketbolçu. Ximki komandasına qədər isə o, üç mövsümü NBA-da keçirdi: iki ili Minnesota Timbervulvz komandasında, üçüncü ili isə (2014/2015) birdən-birə üç klubda — Filadelfiya Seventi Siksers, Hyuston Rokets və Nyu-York Niksdə iştirak edib. Rusiya basketbol çempionatında 2010/11-ci ildə ən çox inkişaf edən oyunçu seçilmişdir. Rusiya basketbol komandası ilə 2012 Olimpiya Oyunlarının və 2011 Avropa çempionatının bürünc medallarının sahibidir. 20 avqust 2012-ci ildə Rusiya Milli Basketbol Komandasının 2012 Olimpiadasında müvəffəqiyyətli bir çıxışından sonra (Alekseyin son saniyələrdə atdığı üç xallıq atışı Argentina yığmasına qarşı həlledici oldu və komandası 3-cü yerə sahib oldu) Şved "Rusiyanın əməkdar idman ustası" adına layiq görüldü.
Belqorod şəhər 1 nömrəli İdman məktəbində basketbol oynamağa başlamışdır. Alekseyin ilk məşqçisi atası Viktor Nikolayeviç Şved idi. O, həmçinin Anatoli Steinbok ilə məşq edirdi.[2]
Hücum edən müdafiəçi mövqeyində oynayırdı. "Conti" (Sankt-Peterburq), "Petrel" (Belqorod), CSKA (Moskva), "Ximki" nin gənclər komandalarında oynamışdır. 2009/2010 mövsümünün sonuna qədər icarə əsasında Moskvanın "Dinamo" klubunda oynadı.
10 iyul 2012-ci ildə Associated Press agentliyi, Şvedin MOİK-dən ayrılacağını və Minnesota Timbervulvz klubu ilə 10 milyon dollar qarşılığında 3 illik müqavilə imzalayacağını bildirdi.[3] İki gündən sonra rəsmi olaraq Timbervulvzə keçdi.
4 mart 2019-cu ildə Şved VTB Vahid ligasında öz rekordunu təzələdi. MOİK klubu ilə olan oyunda 37 xal topladı.