Alfredo Di Stefano | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
isp. Alfredo Di Stéfano | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | "Sarışın ox" (La saeta rubia) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 4 iyul 1926[1][2][…] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 7 iyul 2014[3][4][…] (88 yaşında) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Dəfn yeri |
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 178 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 80 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Alfredo Stefano Di Stefano Laullye[7] (isp. Alfredo Stéfano Di Stéfano Laulhé; 4 iyul 1926[1][2][…], Buenos-Ayres[5] – 7 iyul 2014[3][4][…], Madrid[5]) — hücumçu mövqeyində oynamış Argentina əsilli futbolçu və məşqçi, futbol tarixinin ən yaxşı futbolçularından biri hesab olunur. "Sarışın ox" (La saeta rubia) ləqəbli[8][9][10] futbolçu güclü, cəld, məharətli və məhsuldar hücumçu idi. Meydançanın demək olar ki hər yerində oynamağı bacaran o, əzmkarlığı, taktiki çox yönlüliyi, yaradıcılığı və uzaqgörənliyi ilə seçilirdi.[11][12][13][14] O, ən çox "Real Madrid" ilə qazandığı uğurları ilə məşhurdur, orada o, 1950-ci illər ərzində klubun Çempionlar Kuboku və La Liqada hegemonluq edən heyətin vacib hissəsi idi. O, Fransisko Xento və Xose Mariya Sarraqa ilə birgə beş qələbənin hamısında rol oynayan üç oyunçudan biri idi. Finalların hər birində o, qol vura bilmişdir. Di Stefano Madridə köçdükdən sonra əsasən İspaniya millisinin şərəfini qorumuşdur, lakin Argentina və Kolumbiya millilərində də çıxış etmişdir.
Di Stefano 1943-cü ildə 17 yaşında Argentinanın "River Pleyt" klubunda karyerasına başladı. 1946 mövsümünü o, "Urakan" klubuna icarəyə verildi, ancaq 1947-ci ildə "River"ə qayıtdı. 1949-cu ildə futbolçular Argentinada tətil etdiyindən, Di Stefano Kolumbiya çempionatında çıxış edən paytaxt klubu "Milyonarios"a keçdi.[15] Argentina və Kolumbiyadakı karyerasının ilk 12 ilində altı liqa çempionluğunu qazandı.[16][17] "Real Madrid"ə transfer olunduqdan sonra o, bütün zamanların ən uğurlu komandalarından birinin ayrılmaz hissəsinə çevrildi. Ferents Puşkaş ilə uğurlu tandem quraraq "Real"da keçirdiyi 282 oyunda 216 qol vurdu (o vaxt üçün rekord idi, sonradan Raul və Kriştiano Ronaldo bu nəticədə onu keçdilər). Di Stefanonun 58 matçda vurduğu 49 qol Çempionlar Kubokunda ən yüksək göstərici idi. O vaxtdan sonra bu rekordu bir neçə oyunçu qırdı, onlardan ən birinci 2005-ci ildə Raul etmişdir. Di Stefano 1956-1960-cı illər arasında "Real Madrid"in formasıyla ardıcıl beş Çempionlar Kuboku finalında qol vurdu, sonuncuda het-trik də etdi. Onun bu klubda çıxış etdiyi dövrü ərzində ən yadda qalan anı, bəlkə də, 1960-cı ildə Hampden Park stadionunda keçirilən Çempionlar Kuboku finalında "Ayntraxt Frankfurt" üzərində 7–3 hesablı qələbə oldu. Oyun bir çoxları tərəfindən Avropada keçirilən ən yaxşı futbol qarşılaşmalarından biri kimi qiymətlənir.[15] 1964-cü ildə "Espanyol"a transfer olundu və 40 yaşında təqaüdə çıxana qədər orada oynadı.[17]
Di Stefano, 1957 və 1959-cu illərdə Avropada İlin Futbolçusu mükafatı "Qızıl top"a layiq görülmüşdür.[16] O, hazırda İspaniyanın ali futbol çempionatında 6-cı ən çox qol vuran oyunçusudur, "Real Madrid"də isə liqa qolların sayına görə bütün zamanların ən yaxşı 3-cü futbolçusudur. O, Kriştiano Ronaldo ilə birlikdə Madrid klubunun El Klasiko tarixində ən çox qol vuran oyunçusudur.[18][19] 2003-cü ilin noyabr ayında UEFA-nın yubileyini qeyd etmək üçün İspaniya Krallığı Futbol Federasiyası tərəfindən son 50 ilin ən görkəmli oyunçusu olaraq İspaniyanın Qızıl Oyunçusu seçildi.[20] Əsrin futbolçusunu seçmək üçün keçmiş Ballon d'Or mükafatçılarına müraciət edən "France Football" jurnalının təşkil etdiyi səsvermədə o, Pele, Dieqo Maradona və Yohan Kroyffdan sonra dördüncü yeri tutdu.[21] 2004-cü il "FIFA 100" adlı dünyanın ən möhtəşəm yaşayan futbolçular siyahısında Pele onun adını çəkmişdir (2009-cu ilin sentyabrında o, Di Stefanonun tarixin ən yaxşısı olduğunu söyləmişdir).[22] 2008-ci ildə Di Stefano FİFA, UEFA və "Real Madrid" tərəfindən mükafatlandırıldı və onun şərəfinə heykəl açıldı. Sonra UEFA Prezidenti Mişel Platini, Di Stefanonu "böyüklər içərisində böyük" adlandırdı, müasirləri Eysebio və Jüst Fonten isə "futbol tarixinin ən tam futbolçusu" olduğunu söylədilər.[23]
Alfredo Di Stefano's record of 18 Real Madrid goals in Clasico matches against Barcelona has been matched by Cristiano Ronaldo.