Alipay | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Maliyyə xidmətləri |
Təsis tarixi | 2004 |
Rəhbərlik | |
Təsisçi | |
alipay.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Alipay (çin. 支付宝) — Alibaba Qrupuna daxil olan və dünyanın böyük ödəniş sistemlərindən biridir. 2004-cü ildə qurulub. Alibaba Qrupunun təklif etdiyi məhsulların ödənişi üçün qrup daxilində istifadə üçun yaradılıb, ancaq sonradan digər şirkətlərdə istifadə etməyə başlayıb və hal hazırda 930 mindən çox digər şirkət də bu ödəmə sistemindən istifadə edir. Bu yaxınlarda şirkət sifarişlərin birbaşa mobil telefondan ödənilməsi üçün bir sistem inkişaf etdirib və Çinin ən böyük mobil operatorlarından biri olan "China Unicom" ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 2018-ci ilin dörduncu rübunun nəticələrinə əsasən Alipay sistemi, Çin ərazisindəki onlayn ödəmə bazarının 55,32 faizinə sahibdir.[1]
6 iyul 2009-cu il tarixinə qeydiyyatdan keçmiş istifadəçilərin sayı 200 milyonu, gündəlik dövriyyəsi isə 700 milyon yuanı keçib.
2010-cu ilin dekabr ayına qədər Alipay ödəmə sistemində 550 milyondan çox istifadəçi qeydiyyatdan kjeçir və hər gün təqribən ümumi məbləği 385 milyon dollar olan 8,5 milyon əməliyyat həyata keçirilir.
2011-ci ilin nəticələrinə görə Alipay payı elektron ödəmələr seqmentindəki ödəmə sistemi 50% -i keçir. Bu isə təxminən 46 milyard dollarlıq əməliyyat idi.
2013-cü ildə Alipay sistemi, dünyanın ən böyuk mobil ödəmə prtalı olan PayPalı keçir.[2]
2017-ci ildə, Çinli "Alibaba qrupun" online və mobil ödəniş sistemi Alipay, 450 milyon istifadəçiyə çataraq, dünyanın ən böyük online və mobil ödəniş sistemlərindən birinə çevrilir.[3]
2017-ci ildə Avropada "BNP Paribas", "Barclays", "UniCredit" və "SIX Payment Services" ilə razılaşmalar vasitəsilə, 930 min ticari qurum Alibaba-nın mobil və onlayn ödəniş sisteminin Avropa şəbəkəsinə qatılmış olur.[3] Ödəniş sisteminin istifadəçiləri Avropadakı satış nöqtələrində, telefonlarına gələn QR kodları skan etdirərək, satış əməliyyatını tamamlaya bilirlər.[3]
Alipay "Visa" və "MasterCard" ödəmə sistemləri, "China Post" poçt xidməti, "China Unicom" mobil operatoru, eləcə də böyük dünya və regional banklar da daxil olmaqla 65 maliyyə qurumu ilə əməkdaşlıq edir.
Həmçinin "Alipay"ın "Discovery" xüsusiyyəti vasitəsilə, Çin xaricinə səyahət edən Çin vətəndaşlarının alışveriş edə biləcəkləri yeri daha asan kəşf etməklərinə də şərait yaradılıb.[3]