Aliya İzzetbeqoviç

Aliya İzzetbeqoviç
bosn. Alija Izetbegović
Şəxsi məlumatlar
Doğum tarixi 8 avqust 1925(1925-08-08)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 19 oktyabr 2003(2003-10-19)[2][3] (78 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək-damar xəstəliyi[d]
Təhsili
Fəaliyyəti vəkil, filosof, siyasətçi, yazıçı, siyasi komissar
Dini sünni islam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli İzzətbəyoviç[4] (bosn. Alija Izetbegović; 8 avqust 1925[1][2][…], Şamats, Yuqoslaviya krallığı19 oktyabr 2003[2][3], Sarayevo, Bosniya və Herseqovina) — Bosniyalı siyasətçi və Bosniya və Herseqovinanın ilk prezidenti (1990–1996) və Prezident Şurasının üzvü (1996–2000).

Atası bosniyalı, anası türk olan Əli 1925-ci il 8 avqustda Samaçda dünyaya gəlib, 1927-ci ildə ailəsi ilə birlikdə Sarayevoya köçmüşdür.

Əli İzzətbəyoviç gənc yaşlarından etibarən siyasətlə məşğul idi. Hələ 16 yaşında olarkən "Gənc müsəlmanlar" təşkilatının üzvü olmuş, bu səbəbdən İkinci dünya müharibəsindən sonra həbs edilərək,1949-cu ildə beş il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həbsdən çıxdıqdan sonra hüquq və kənd təsərrüfatı üzrə təhsil almışdır. Bu dövrdə eyni zamanda inşaat şirkətində əmək fəaliyyətinə başlamışdır. "Gənc müsəlmanlar" təşkilatının verdiyi qərara əsasən dini təhsil almağa başlayan İzzətbəyoviç Yuqoslaviyada nəşr edilən bir çox qəzet və jurnalda və eyni zamanda İslam dünyasının digər yerlərindəki mətbu orqanlarda yazılarını nəşr etdirdi.

İzzətbəyoviç 1970-ci ildə bütün dünyada böyük əks-sədaya səbəb olan "İslam Manifesti" əsərini , 1980-ci ildə isə "Şərq və Qərb arasında İslam"ı tamamlamışdır.

"İslam Manifesti" kitabına görə 1983-cü ildə həbs edilərək 14 il azadlıqdan məhrum edilsə də, sonradan cəzası əvvəlcə 11, sonra isə 9 ilə qədər azaldılmışdır. Günahını etiraf etməyi əvəzində azad edilməsi təklifini isə qəti olaraq rədd etmişdir. İzzətbəyoviç beynəlxalq ictimaiyyətin təzyiqi ilə 1989-cu ildə cəzadan azad edilmişdir. Hələ həbsdə ikən kommunist blokunun dağılacağını bildirən İzzətbəyoviç bu sistemi tənqid etmişdir. Həbsdən çıxdıqdan bir müddət sonra dostları ilə Demokratik Hərəkat Partiyasını (Stranka Demokratske Aksiye, "SDA") qurdular. Yekdilliklə partiyanın sədri seçilən Əli İzzətbəyoviç vəfat edənə qədər bu vəzifədə çalışmışdır.

Bosniya əsilli yazıçı Camaləddin Latiç onun haqqında belə yazır:

" Hər zaman sinəsini irəli verərək İslamçı olduğunu, bu yol uğrunda həbslərdə yatdığını söyləyirdi. Ayağında zəncirlər daş karxanalarında işlədi, ancaq heç zaman ideallarından dönmədi. "

"Həyat qısa deyil. Mənə o çox uzun gəlir" deyən Əli İzzətbəyoviç 19 oktyabr 2003-cü ildə 78 yaşında vəfat etmişdir.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Alija Izetbegović // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Alija Izetbegovic // Munzinger Personen (alm.).
  4. İzzətbəyoviç, Əli. Bəkiroğlu, B. (redaktor). İslam və müasirlik. Mehdiyev, A. tərəfindən tərcümə olunub. Bakı. 1997.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]