Amasra | |
---|---|
Amasra | |
41°44′47″ şm. e. 32°23′11″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
amasra.gov.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Amasra — Bartın ilinin ilçəsi.
Dənizə doğru uzanan bir burnu, burnunun hər iki tərəfində sığınacaq limanı olaraq xidmət edən Amasra və materiklə əlaqəli müstəqil adalar 3000 illik tarixə, cazibədarlığa və balıq ovuna əsaslanan yerli sənətlərə, habelə ətraf meşə ərazilərinə sahib bir yaşayış məskənidir. Amasra qədim zamanlardan bəri unikal balıq restoranları, otellər və yataqxanalar mərkəzi olan bir turizm bölgəsi olmuşdur.[2][3]
Həmçinin, Amasra, sənətçi Barış Akarsunun doğma şəhəridir. Akarsu son lentini 2007-ci ilin yanvar ayında Amasra xalqına həsr etmişdir.[4][5]
Fateh Sultan Mehmetin başçılığı ilə Osmanlı İmperiyası orduları, 1360-cı ildə, 1460-cı ilin oktyabrında Genoylar tərəfindən ələ keçirilən Amasraya ekspedisiya təşkil etdi.[6] Rəvayətə görə, Fateh Sultan Mehmet şəhərə açılan bir təpəyə gəldikdə heyranlığını göstərmək üçün bu ifadəni işlətmişdir:
Lala, lala!, Çeşm-i Cihan bu mu ola". Mənə belə gözəl bir yerə ziyan vurmaq istəmirəm, qalanın açarlarını gətirin. |
Rəvayətin davamına görə, Amasra qalasının komandiri, Fatehin olduğu təpənin açarını gətirir və şəhər mübarizəsiz alınır.[7] Şəhər ələ keçirildikdən sonra Karabük-Eflani bölgəsində yaşayan qıpçaq türkləri burada məskunlaşdılar. Daha sonralar, bölgədə yaşayan yunanların böyük bir hissəsi İstanbula köçmək məcburiyyətində qaldı.[8]