Amerika tripanosomu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Amerika tripanosomu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Amerika tripanosomu (lat. Trypanosoma cruzi) — parazitini kəşf edən alimin adı ilə əlaqədar olaraq xəstəlik Şaqas xəstəliyi də adlanır. Parazitin uzunluğu 15–20 mkm olur, insanda və məməli heyvanlarda daxili orqan və toxumaların hüceyrələrində parazitlik edir. Parazit hüceyrə daxilinə keçdikdən sonra qamçısını itirərək oval forma alır. Zədələnmiş hüceyrələrdə çoxalaraq 2 mkm böyüklüyündə amastiqot forma əmələ gətirir. Tədricən amastiqot formalar S-ə bənzər tripomastiqotlara çevrilərək qamçı və titrəyici membrana malik olur. Belə vəziyyətdə onlar qana keçir və çoxalmaları dayanır.
Bu parazitin əsas keçiricisi Triatoma megistis, T. Infeestans, Rhodinius plolixus — uçan taxtabitilərdir. Bu taxtabitilərin rəngi əlvan olub, uzunluğu 15–35 mm-dir. Onlar insana və heyvana, adətən, gecələr hücum edib, əksər vaxtlar dodağı və üzü dişlədiklərindən "öpüşən taxtabiti" adını almışlar. Belə taxtabitilər insan və heyvanın qanını sorduqda qanla birlikdə tripomastiqotları udur. Parazit keçiricinin orta bağırsağında çoxalaraq epimastiqotlara çevrilir. 15–30 gündən sonra taxtabitinin arxa bağırsağında tripanosomun metasiklik invazion forması meydana gəlir və ekskrementlə xaricə düşür.
Keçirici insana hücum edib onun qanını sorduğu vaxt ekskrementini dəri üzərinə ifraz edir. Burada tripanosom dərinin zədələnmiş yerindən, gözün selikli qişasından, burundan, ağız boşluğundan orqanizmə daxil olur. İnsan və ev heyvanları (it, pişik, donuz və b.) sinantrop ocaqları, rezervuar sahiblər — qarışqayeyən, tülkü, meymunlar və s. isə təbii ocaqları formalaşdırır. Xəstəlik Amerikanın hər yerində, xüsusilə Cənubi Amerikada geniş yayılmışdır. Parazit orqanizmə daxil olan yerdə hüceyrələrin şişkinliyi və infiltrasiyası kimi toxuma reaksiyası əmələ gəlir. Patoloji proses özünü limfa düyünlərində də təzahür etdirir. Parazitin sonrakı patogenezi onun müxtəlif orqan və toxumalara daxil olub çoxalmasıdır. Bu zaman ürək, əzələ və sinir sistemində ən ciddi dəyişikliklər baş verir.
Şaqas xəstəliyi zamanı vegetativ sinir sistemində baş vermiş dəyişikliklər nəticəsində daxili orqanların innervasiyası pozulur. Parazitin insanda inkubasiya dövrü 7–14 gün çəkir. Parazitin insana yoluxmasının 4–6 həftəsində şiddətli baş ağrısı və 38–40 °C temperatur olur. Xəstədə 2 həftə ərzində qızdırma davam edir. Dəridə əksər vaxtlar 8–20 gün qala bilən ləkəyəbənzər səpkilər meydana çıxır. Limfa vəziləri, dalaq və qaraciyər şişir. Ən ciddi dəyişikliklər ürək-qan-damar sistemində və xüsusilə ürəkdə baş verir. Xəstəliyin ağır halında isə ürəyin funksional pozğunluğu nəticəsində xəstə ölür. Şaqas xəstəliyinin ən ağır hallarından biri də meninqoensefalitin baş verməsidir ki, bu xəstəlik az bir müddətdə ölümlə qurtarır. Əgər xəstəliyin kəskin mərhələsi ölümlə qurtarmırsa, xəstəlik xroniki hal alır.
Profilaktik tədbir olaraq parazitin keçiriciləri məhv edilməlidir.
https://www.cdc.gov/dpdx/trypanosomiasisAmerican/index.html
Bu məqalə qaralama halındadır. |