Amoksisillin
| ||
Kimyəvi birləşmə | ||
IUPAC | 7-[2-amino-2-(4-hydroxyphenyl) -acetyl]amino-3,3-dimethyl-6-oxo -2-thia-5-azabicyclo[3.2.0]heptane -4-carboxylic acid | |
Brutto- formul |
C16H19N3O5S | |
Mol. kütlə |
365.4 q/mol | |
CAS | ||
PubChem | ||
DrugBank | ||
Təsnifatı | ||
ATK | ||
Farmakokinetika | ||
Bioəlverişli | oral %95 | |
Plazma zülalı ilə əlaqəsi | %97 | |
Yarımtəmizləmə dövrü | 61.3 dəqiqə | |
Dərman forması | ||
? | ||
İstifadə qaydası | ||
Oral, venadaxili istifadə | ||
Amoksisilin, ampisillinin analoqudur. Qram müsbət və qram mənfi mikroorqanizmlərə qarşı təsir edən və bakterisid təsiri olan geniş spektrli penisillin qrupu antibiotikdir. Dərmanlarda amoksisillin trihidrat kimi istifadə olunur.
Amoksisillin ilk dəfə 1972-ci ildə istifadə edilməyə başlanmışdır. Ümumdünya Səhiyyə Təşkilatı'nın təməl bir səhiyyə sistemində olması lazım olan ən əhəmiyyətli dərmanları göstərən Təməl Dərmanlar siyahısında da yer alıb. Uşaqlarda ən çox istifadə edilən antibiotiklərdən biridir. Amoksisillin geniş spektrli dərmandır. Topdan satış qiyməti bir tablet üçün 0,02-0,05 ABŞ dolları arasındadır. ABŞ-də on günlük müalicənin dəyəri 16 dollar civarındadır.
Həssas mikroorqanizmlərin səbəb olduğu
Penisillin qrupu antibiotiklərə yüksək həssaslığı olan insanlarda əks-göstərişdir.
Penisilin müalicəsi tətbiq edilən xəstələrdə şiddətli və bəzən ölümcül yüksək həssaslıq (allergik) reaksiyalarının olduğu bildirilib. Bu reaksiyaların penisillinlərə yüksək həssaslığı və ya çox sayda allergenlərə həssaslığı olan şəxslərdə baş vermə ehtimalı yüksəkdir. Amoksisillinlə müalicəyə başlamazdan əvvəl penisillinlərə, sefalosporinlərə və ya digər allergenlərə qarşı həssaslıq reaksiyalarının olub-olmamasının diqqətlə araşdırılması lazımdır. Allergik reaksiya olduqda, amoksisillinin qəbulu dayandırılmalı və müvafiq müalicəyə başlanılmalıdır. Şiddətli anafilaktik reaksiyalarda epinefrin ilə dərhal müalicəyə başlamaq lazımdır. Zəruri hallarda oksigen və venadaxili steroid tətbiq edilməlidir; intubasiya da daxil olmaqla orqanizmin hava qəbulu təmin edilməlidir. Antibakterial dərman vasitələrilə müalicə kolonda normal floranı dəyişdirir və Clostridia artımına səbəb ola bilər. Psevdomembranoz kolit diaqnozu qoyulduqdan sonra terapevtik tədbirlər görülməlidir. Hər hansı bir güclü dərmanda olduğu kimi, uzun müddətli müalicələrdə böyrək, qaraciyər və hematopoetik funksiyalar vaxtaşırı izlənilməlidir. Müalicə zamanı mikotik və ya bakterial patogenlər ilə superinfeksiya baş verə biləcəyi unudulmamalıdır. Hamilə qadınlarda istifadənin təhlükəsizliyi müəyyən edilməmişdir.
Ümumi yan təsirlərə ürək bulanması və qaşınma aiddir. Penisillin allergiyası olanlar istifadə etməməlidirlər. Böyrək problemi olan xəstələrdə istifadə edilə bilər, ancaq bu vəziyyətdə dozanı azaltmaq lazım ola bilər. Hamiləlik və laktasiya dövründə istifadəsində də bir problem olmadığı görülüb. Bununla birlikdə, dərmanı yarım dayandıracaq qədər ciddi yan təsirləri kifayət qədər nadirdir.