Amur məxmərağacı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Amur məxmərağacı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Amur məxmərağacı (lat. Phellodendron amurense) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin məxmərağacı cinsinə aid bitki növü.
Çində və Koreyada yayılmışdır.
Hündürlüyü 25 m-ə, gövdəsinin diametri 70 sm-ə çatan, kənarları aşağıya doğru əyilmiş, sıx çətirli ağacdır. Gövdəsi boz qabıqla örtülmüş və iki qatlıdır: üst qatı məxməri, alt qatı sarıdır. Yarpaqları lələkvaridir, 5–13 xırda yarpaqcıqdan ibarətdir, uzunluğu 25–35 sm-dir. Yarpaqcıqların kənarı tam və ya bir qədər dalğavari dişlidir, ucu sivridir. Üstdən nöqtəşəkilli, açıq-yaşıldır, lətli vəzilərlə örtülüdür. İyun-iyul aylarında çiçəkləyir. Çiçəkləri bircinslidir, sarımtıl-yaşıl rəngdədir, budaqlarının uclarında süpürgəşəkilli çiçək qrupunda toplaşmışdır. Meyvələri diametri 1 sm-ə çatan, şarşəkilli yaxud armud formalı, lətli, parlaq-qaradır, beş toxumludur. Sentyabr-oktyabr aylarında yetişir. 300 ilə qədər yaşayır. Tez böyüyən bitkidir.
Soyuğa və kölgəyə davamlıdır.
Gəncədə, Hacıkənd meşəliyində və Bakı Nəbatət bağında becərilir.
Qabığında və meyvəsinin lətli hissəsində berberadin alkoloidi vardır. Amur məxmərağacının gövdəsinin mantar qatından sənayedə istifadə edilir. Möhkəm oduncağından mebel düzəldilir.