Anastasiya Todorova

Anastasiya Todorova
ukr. Анастасі́я Ігорівна Тодорова
Şəxsi məlumatlar
Tam adı Anastasiya İqorevna Todorova
Vətəndaşlığı
Doğum tarixi 10 dekabr 1994(1994-12-10) (29 yaş) və ya 10 dekabr 1993(1993-12-10) (30 yaş)
Doğum yeri
İdman növü avarçəkmə və kanoe[d]
Məşqçisi Anatoli Osipenko

Anastasiya İqorevna Todorova (ukr. Анастасі́я Ігорівна Тодорова; 10 dekabr 1994 və ya 10 dekabr 1993, Belqorod-Dnestrovski, Odessa vilayəti) — Ukrayna idmançısı, kayakçı, Ukraynanın beynəlxalq idman ustası. Odessada yaşayır[1].

2015-ci ildə Odessa Humanitar Universitetinin Hüquq fakültəsində oxuyurdu. Anastasiyanın digər idman hobbiləri arasında basketbol, voleybol yer alırlar, qışda isə buzüstü xokkeydir.

2015-ci ilin iyununda, ilk Avropa Oyunlarında Maria Povx ilə birlikdə kayak-cütlük növündə bürünc medalı qazandı (37,719).[2] Elə həmin il Çexiyada keçirilən Avropa çempionatında gümüş medal qazandı.

Ukrayna milli komandası ilə birlikdə 500 metrlik kayak-dördlük növündə iştirak etmək üçün 2016 Olimpiadasına getdi[3], dördüncü yeri tutdu.

  1. "Анастасия Тодорова — гордость Белгорода-Днестровского". 2015-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-03.
  2. Bakı-2015: Daha 21 dəst medal öz sahibini tapıb
  3. "Гребля. Анастасия ТОДОРОВА на Олимпиаде-2016 выступит в двух видах программы". 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-03.