Anatol Abraqam | |
---|---|
fr. Anatole Abragam | |
Doğum tarixi | 15 dekabr 1914[2][3][…] |
Vəfat tarixi | 8 iyun 2011[4][5][…] (96 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | fizika, Nüvə fizikası[1] |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Anatol Abraqam (fr. Anatole Abragam; doğum adı: Anatoli İzraileviç Abraqam, rus. Анатолий Израилевич Абрагам;[10] 15 dekabr 1914[2][3][…] – 8 iyun 2011[4][5][…], Vitri-sür-Sen[9]) — Fransa fiziki, Paris Elmlər Akademiyasının üzvü (1973).
Abraqam 1937-ci ildə Paris Universitetini bitirmişdir. O, maqnitizm və bərk cisim fizikası, xüsusilə nüvə maqnetizmi, bərk cismin hiper incə quruluşu, spin temperatur nəzəriyyəsi, nüvə polarizasiyası, bərk cismin qamma-rezonans spektroskopiyası sahəsində tədqiqatlar aparmışdır. Abraqam hiperincə quruluşun parçalanması nəzəriyyəsini inkişaf etdirmişdir. O, 1953-cü ildə müstəqil olaraq Overhauzer effektini müşahidə etmişdir. Abraqam proktorla birlikdə qütbləşmiş proton hədəfini əldə etmək üçün istifadə edilən dinamik nüvə qütbləşməsini kəşf etmişdir. O, 1970-ci ildə nüvə antiferromaqnetizmini və 1973-cü ildə neytronların nüvə presessiyasını kəşf etmişdir. Abraqam 1967-ci ildə Fransa Fizika Cəmiyyətinin prezidenti olmuşdur. O, "kondensasiya olunmuş maddə fizikası və nüvə fizikasının tədqiqat metodları sahəsində görkəmli nailiyyətlərinə görə" 1995-ci ildə Rusiya Elmlər Akademiyasının Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir.[11]