Anna Tomova-Sintova

Anna Tomova-Sintova
bolq. Анна Томова-Синтова
Ümumi məlumatlar
Doğum tarixi 22 sentyabr 1941(1941-09-22)[1][2] (83 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi
Fəaliyyət illəri 1962-ci ildən
Janr opera
Səs tembri soprano
Mükafatları "Stara Planina" ordeni National Prize of East Germany
tomowa-sintow.com

Anna Tomova-Sintova (tam adı: Anna Tomova-Sintova, bolq. Анна Томова-Синтова; 22 sentyabr 1941[1][2], Stara Zaqora, Bolqarıstan krallığı) — Bolqarıstanın soprano müğənnisi. Dünyanın ən böyük opera binalarında səhnə almış ifaçının repertuarına Motsart, Rossini, Verdi, Puççini, VaqnerŞtrausun əsərləri daxildir. Annanın xüsusilə dirijor Herbert fon Karayanla 1973-cü ildən 1989-cu ilədək — dirijorun ölümünədək yaxın peşəkar əlaqələri vardı.

Tomova-Sintova altı yaşında ikən pianoda ifa etməyi öyrənməyə başlayıb. On altı yaşında milli mahnı müsabiqəsində qalib gəlib. Daha sonra Sofiya Milli Konservatoriyasına daxil olub. Burada professor Georgi Zlatev-Tçerkininə soprano Katya Spiridonovanın səs sinfində oxumuş və səs və piano üzrə diplomlarla məzun olmuşdur. Səhnədə ilk debütünü magistr təhsili alarkən Çaykovskinin Yevgeni Onegin operasında Tatyana obrazı ilə etmişdir. Məzuniyyətdən sonra Leypsiq Operanın opera studiyasında fəaliyyətə başlamış və 1967-ci ildə burada Verdinin Nabukkosunda Abiqail obrazı ilə ilk peşəkar debütünü reallaşdırmışdır. Bu studiya ilə Anna öz repertuarında Puççininin Madam BatterflayManon Lesko; Verdinin Traviata, TrubadurOtello; Motsartın Don Covanni; Ştrausun ArabellaVerner Egkin Die Zaubergeige operalarında baş rolları ifa etmişdir. Bu rolların əksəriyyəti üçün şirkətin musiqi rejissoru, Ştrausun tələbəsi professor Pol Şmitzdən dərs almışdır.

1972-ci ildə Alman Opera Berlinə dəvət almışdır. Burada hələ ilk ilində ona Kammersängerin adı verilmişdir. Berlində Anna öz repertuarını Motsartın Fiqaronun toyuHamı belə edir; Verdinin Aida; Puççininin Toska; Çaykovskinin Yevgeni Onegin; Vaqnerin TangeyzerLoenqrin və Ştrausun Ariadna NaksosdaQızılgül kavalyeri əsərlərindəki baş rol ifaları ilə genişləndirməyə davam etdi.

Anna, həmçinin, Vyana Dövlət Operasının Kammersängerinidir.

1973-cü ildə Karl Orfun De temporum fine comœdia əsərinin Zalsburq Festivalında keçiriləcək dünya premyerası üçün dirijor Herbert fon Karayan Tomova-Sintovanın səsini dinləmişdi. Dirijor onu dərhal işə götürmüşdü və sonrakı on yeddi il ərzində (Karayanın ölümünədək) hər ikisi tez-tez birlikdə hər yerdə — opera evlərində, konsert zallarında və səsyazma studiyalarında işlədilər. Karayan Anna haqqında "son illərdə qarşılaşdığım ən istedadlı insan" ifadəsini işlədirdi. 1973–1991-ci illərdə Tomova-Sintova Zalsburq Festivalının daimi qonağına çevrilmişdi. O, öz ustadı ilə Le nozze di Figaro (1978), Lohengrin (1976–81) və Der Rosenkavalier (Aqnes Baltsa və Canet Perri ilə birlikdə, 1982) musiqilərini yazdırmışdı.

Tomova-Sintova debüt çıxışlarını San-Fransisko Operasında 1974-cü ildə Don Covannidə Donna Anna; Kovent Qardendə 1975-ci ildə Hamı belə edirdə Fiordilici; Metropoliten-operada 1976-cı ildə və Çikaqo Lirik Operasında 1980-ci ildə, hər ikisində Donna Anna kimi və nəhayət, La Skalada 1982-ci ildə Loenqrində Elza obrazlarında reallaşdırmışdır.

Onun Ceyms LivaynVyana filarmonik orkestri ilə birgə işi olan Ariadna Naksosda ifası 1988-ci il Qremmi mükafatını qazanmışdır.

  1. 1 2 Anna Tomowa-Sintow // FemBio database (alm.).
  2. 1 2 Anna Tomowa-Sintow // Brockhauz Ensiklopediyası (alm.).

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

Müsahibələri

[redaktə | vikimətni redaktə et]