Antidot bir zəhərin təsirinin qarşısını alan və ya onu aradan qaldıran bir maddədir. Antidotlar öz aralarında iki böyük qrupa bölünürlər: ağız yolu ilə zəhərlənmələr zamanı udulmanı azaltmaq üçün istifadə olunanlar (regional antidotlar) və qan dövranına müxtəlif yollarla daxil olan zəhərlərə qarşı istifadə olunanlar (sistematik antidotlar).
Mədə yuyulması işlərində son durulama suyu ilə qarışdırılaraq istifadə edilən ən çox yayılmış regional antidotlardan biri aktivləşdirilmiş kömür (Carbon Vegetale) hesab edilir. Bitki mənşəli kömürün əzilməsi ilə əldə edilən bu maddə çox kiçik hissələr formasında olduğu üçün onun zəhəri saxlama sahəsi xeyli artırılmışdır. Bağırsaqda sorulma xüsusiyyəti olmadığı üçün də orqanizmə heç bir zərəri yoxdur. Çox yüksək dozalarda da verilə bilər. 20 qram aktivləşdirilmiş kömürün 200 mililitr suda qarışdırılaraq verilməsi ən böyük faydanı təmin edilir. Aktivləşdirilmiş kömür bir çox zəhərlənmə proseslərində istifadə edilən məşhur antidotdur. Aktivləşdirilmiş kömürü sadəcə olaraq quru çörəyi yandırmaqla da əldə etmək mümkündür.
Kalium permanqanatın (KMnO4) 1/10.000-lik həll edilmiş məhlulu və ya tendur yodlu suyu, alkaloidlərlə olan zəhərlənmələr zamanı istifadə olunur. Bu iki antidot alkaloidləri oksidləşdirərək onları neytrallaşdırır.
Turşu və qələvi (əsas) maddələrlə olan zəhərlənmələr zamanı isə zəhəri dərhal zərərsizləşdirmək lazımdır. Çünki bunlar çox sayda qıcıqlandırıcı və xüsusi ilə də toxumaları məhv edən maddələrdirlər. Maqnezium südü (Mg(OH)2 kimi anturşular sulfat turşusu, azot turşusu və duzlu spirt kimi turşu maddələri ilə zəhərlənmələr zamanı onların təsirini zərərsizləşdirmək üçün istifadə olunur. Qələvi maddələr ilə zəhərlənmələr zamanı isə; sirkə, sirkə suyu və askorbin turşusu kimi turşu maddələrindən geniş formada istifadə olunur.
İon mübadilə edici bir qatran olan xolestiramin aspirin və asetaminofen kimi zəif turşu formasında olan preparatlar ilə olan zəhərlənmələr zamanı ağızdan verilir. Xolestiramin onları bağlayaraq, onların sorulmasına və sürətlə qana keçməsinə mane olur. Yumurta ağı, süd və qatıq kimi tərkibi zülalla olduqca zəngin olan maddələr civə və gümüş kimi ağır metal zəhərlənmələrinə qarşı istifadə edilən antidot kimi olduqca effektivdirlər.
Digər regional antidotlara isə gümüş nitrata qarşı natrium xloridi, yoda qarşı nişastanı, dəmirə qarşı isə natrium karbonatı, südü, qatığı, nişastanı nümunə göstərmək mümkündür.
Onlar bədəndəki qan dövranına daxil olmuş olan zəhərlərə qarşı istifadə olunurlar. Antidotların üç qrupu vardır: kimyəvi, fizioloji və farmakoloji antidotlar.
Sistematik antidotların kimyəvi olanları ümumiyyətlə xelatlaşdırıcı maddələr (onlar zəhərlə siklik birləşmələr əmələ gətirirlər) hesab edilirlər. Bu formada əmələ gələn siklik maddəyə isə xelat deyilir. Xelatlar suda asanlıqla həll olunduqları üçün bədəndən də asanlıqla xaric olurlar. Xelasiya ilə baş vermiş olan zəhər effektini itirir və zəhərlənmə əlamətləri tədricən azalmağa və yox olmağa başlayır. Bu baxımdan da, zəhər qəbul edildikdən sonra nə qədər tez antidot verilsə, bu bir o qədər də yaxşıdır.
Xelatlaşdırıcı maddələrdən biri də dimerkaprol (British Anti Lewisite = BAL) hesab edilir. Ondan əsasən arsen və civəni birləşdirmək üçün istifadə edirlər. Qızıl, xrom və kadmium ilə olan zəhərlənmələrdə də effektivdir. Əzələ daxilinə yeridilir. Dimerkaptosuksin turşusu adlı törəmə bir forması isə ağızdan qəbul edilən bir antidot hesab edilir.
Çox geniş olaraq yayılmış olan bir maddə də kalsium disodium etilendiamin tetra sirkə turşusudur (CaNa2 EDTA). 5%-lik dekstroza məhluluna əlavə edilərək venadaxili istifadə edilir. Bu maddə xüsusilə də qurğuşun zəhərlənmələrinə, həmçinin də sink və manqan zəhərlənmələrinə qarşı geniş bir formada istifadə olunur.
Qurğuşun zəhərlənmələri zamanı istifadə edilən ikinci ən effektiv maddə isə penisilin parçalandığı zaman əmələ gələn penisilamindir. Bu bir amin turşusu hesab edilir. Həmçinin də, civə ilə zəhərlənmələr zamanı xüsusilə N-asetil penisilamin törəməsi çox effektivdir.
Desferrioksamin dəmiri bağlayan xelatlaşdırıcı bir maddə hesab edilir. Həm ağızdan, həm də şprislə istifadə edilə bilər.
Fizioloji antidotlar isə, zəhərin təsiri ilə orqanın pozulmuş fəaliyyətini yenidən bərpa edən maddələrdirlər. Məsələn, vasokonstriktor maddələr ilə olan zəhərlənmələr zamanı fizioloji antidot kimi vazodilatator preparatından istifadə olunur.
Farmakoloji antidotlar isə öz növbələrində daha mürəkkəb təsir göstərən maddələrdirlər. Onlar daha tez təsir göstərirlər. Bunlardan biri də orqanofosfat (həşərat zəhəri) ilə baş verən zəhərlənmələr zamanı istifadə olunan atropindir. Zəhərlənmələr zamanı ağız quruyana qədər atropin maddəsi verilir. Həmçinin karbamat (məsələn, Bayqon) zəhərlənməsində də atropindən istifadə olunur. Morfin zəhərlənmələri zamanı isə venadaxilindən nalokson adlı maddə və ya dərialtından nalorfin adlı maddə yeridilir. Bunlar verildiyi zaman nəfəsalma yaxşılaşır və morfinin digər təsirləri də sürətlə yox olmağa başlayır.
Həddindən artıq antikoaqulyant (qan laxtalanmasının qarşısını alan maddə) qəbul edildiyi zaman K vitamini, dəm qazı ilə zəhərlənmələr zamanı oksigen, antifriz zəhərlənmələri zamanı etil spirti, heparin üçün isə protamin turşusu qeyd edilə bilən digər antidotlardırlar.