Antonov An-70 | |
---|---|
Tipi | Hərbi təyyarə |
Hazırlayan | Antonov (şirkət) |
İstehsalçı | Antonov (zavod) |
İlk uçuş | 16 dekabr 1994 |
İstismara verilmə tarixi | 19 yanvar 2015 |
İstismarçılar | |
Buraxılış sayı | 3 |
Vikianbarda əlaqəli mediafayllar |
Antonov "AN-70" hərbi nəqliyyat təyyarəsi (Ukraynaca: Антонов Ан-70) Antonov şirkəti tərəfindən istehsal olunan Ukrayna mənşəli orta mənzilli turbopərvanəli (turboprop) hərbi nəqliyyat təyyarəsidir. 1980-ci illərin sonunda SSRİ dönəmində Antonov Layihə Bürosu tərəfindən Antonov An-12 təyyarələrinin yerini almaq məqsədilə yaradılmışdır. 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılmasından sonra, layihə Rusiya və Ukrayna arasında müştərək oldu. İlk prototipin uçuşu 1994-cü ilin dekabr ayında baş tutmuşdur. Təyyarənin çoxsaylı problemləri səbəbindən istehsalını yenidən həyata keçirmək üçün baş tutan cəhdləri uğursuzluğa düçar olmuşdur.
Mənşə: əvvəlcə SSRİ, sonra isə Rusiya ilə Ukrayna
İstehsalçı: Ukrayna
İstehsalçı firma: ANTK Antonov
Tip: Hərbi nəqliyyat təyyarəsi
İlk uçuş: 16 dekabr 1994
İstismar verilib: 19 yanvar 2015
İstismar müddətinin sonu: davam edir
İstehsal sayı: 3 ədəd
Qiyməti: 67–70 milyon dollar
İstehsal müddəti: 1991–1996; 2012–2015
Proqram dəyəri: 5 milyard US$ (2006)
Heyət üzvü: 3–5 nəfər
Uzunluğu: 40.73 m
Qanad eni: 44.06 m
Hündürlüyü: 16.38 m
Qanadın sahəsi: 204 m²
Boş kütlə: 73.000 kq
Qalxma zamanı normal kütlə: 111.000 kq
Qalxma zamanı maksimal kütlə: 135.000 kq
Yük götürmə kütləsi: 47.000 kq
Sərnişin tutumu: 300 nəfər tam təchizatlı əsgər və ya 206 ədəd xərək
Daxili yanacaq çənlərin tutumu: 38.000 kq
Mühərrik : 4 ədəd Progress D-27 cüt turbopərvanəli (turboprop) mühərrik
Mühərrikin itələmə qüvvəsi: hər biri Güc: 4 ədəd 10.440 kW (14.000 at gücü)
Maksimal sürəti: 780 km/saat
Kreyser sürəti: 700–750 km/saat
Yüksəkliyə qalxma sürəti: 24.9 metr/saniyə
Uçuş məsafəsi yük olmadan: 8.000 km ;47 ton yük ilə: 3.000 km; 35 ton yük ilə: 5.100 km; 20 ton yük ilə: 6.600 km
Uçuş yüksəkliyi: 12.000 m
Qalma və enmə məsafəsi: Asfalt-beton örtüklü zolaqdan: 1550–1800 m; Torpaq zolaqdan: 600–700 m