Apokalipsis: İkinci dünya müharibəsi | |
---|---|
fr. Apocalypse, la 2e Guerre mondiale | |
![]() | |
Janr | sənədli teleserial[d] |
Əsas mövzu | İkinci Dünya müharibəsi |
Rejissorlar |
Daniel Kasatelle[1] İzabella Klark[2] |
Prodüser | Lui Vodevil[3] |
Bəstəkar | Kenci Kavay[4] |
Distribütor | Netflix |
İlk baxış tarixi | 20 avqust 2009 |
Filmin növü | sənədli film |
Müddət | 5 saat 20 dəqiqə |
Ölkə |
![]() |
Dil | fransız dili |
İl | 2009 |
Bölüm sayı | 6 |
IMDb | ID1508238 |
"Apokalipsis: İkinci dünya müharibəsi" (fr. Apocalypse, la 2e Guerre mondiale) — İkinci Dünya müharibəsi haqqında altı seriyalı sənədli film. Filmin rejissorları Daniel Kasatelle və İzabella Klarkdır. Sənədli film üçün musiqi Kenci Kavay tərəfindən bəstələnmişdir.
Sənədli film yalnız müharibə dövründə hərbi jurnalistlər, əsgərlər, Fransa Müqavimət Hərəkatı üzvləri və sıravi vətəndaşlar tərəfindən çəkilmiş sənədli kadrlardan ibarətdir. Filmdə həm sonradan bərpa edilərək rənglənmiş ağ-qara lentlərdən, həm də bir neçə orijinal rəngli lentlərdən istifadə olunub. Yeganə istisna — Holokost cinayətlərinin orijinalda olduğu kimi ağ-qara təsvir olunduğu səhnələrdi.
Film ilk dəfə avqustun 20-dən 27-dək və sentyabrın 3-də Belçikanın fransızdilli RTBF kanalında nümayiş olunub. Avqustun 23-dən 30-dək və sentyabrın 6-da İsveçrənin fransızdilli Télévision Suisse Romande kanalında və 2009-cu ilin sentyabrın 8-dən 22-dək Fransanın France 2 kanalında nümayiş olunmuşdur. Sənədli film sonralar Amerika Birləşmiş Ştatlarının Smithsonian kanalında, National Geographic[5] və Channel 4 kanalları vasitəsilə Böyük Britaniyada, Kanadada, Niderlandda, Polşada, Rumıniyada, Avstraliyada və Asiya ölkələrində, Finlandiyanın Yle Teema, İtaliyanın Rete 4, İsrailin Israel Broadcasting Authority, Portuqaliyanın RTP2 və İspaniyanın La 2 kanalında nümayiş olunmuşdur. Filmin fransızdilli versiyasında hekayəçi rolunda fransalı rejissor və aktyor Matyö Kassoviç,[6] ingilisdilli versiyasında isə amerikalı rejissor və aktyor Martin Şin çıxış edib.[7]