Armud saturniyası

Armud saturniyası
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Armud saturniyası
Beynəlxalq elmi adı

Armud saturniyası (lat. Satyrnia pyri) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin haflar fəsiləsinə aid olan növ.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Armud saturniyası kəpənəyi geniş enli qanadlara, tüklü bədənə və qısa qarıncığa malikdirlər. Qanadların hər birinin orta hissəsində gözə bənzər xal (tovuzgözü) vardır. Bığcıqlar erkək fərdlərdə daraqşəkilli, dişi fərdlərdə isə qısadaraqlıdır. Xortum inkişaf etməmişdir. Yetkin tırtıllar açıq yaşıl rəngdə olub, bədənin üzəri (hər buğumda 4 ədəd) açıq göy rəngli ziyilciklərlə əhatə olunmuşdur. Bu ziyilciklərin hər birindən yanlara doğru 6 ədəd qısa tükcüklər (ulduzu xatırladan) və 2 ədəd nisbətən uzun sancaqşəkilli tükcüklər uzanır.

Armud saturniyası park və xiyabanlarda əkilmiş meşə tipli ağaclara, introduksiya edilmiş kol-bəzək bitkilərinə zərər verir. Abşeronda kəpənəklərin uçması may-iyun aylarında (əsasən 9-12 radələrində) baş verir. Pupdan yeni çıxmış kəpənəyin qanadları nəm və büzüşmüş olur. Sonrakı 30-40 dəq. ərzində qanadlar tam açılaraq quruyur. Əgər pupdan çıxarkən kəpənəklər darısqal yerdə saxlanarsa, qanadlarını tam aça bilmirlər və qanadları qüsurlu olur (quruduqdan sonra şəkli dəyişmir). Əsasən gecələr və ala-toranda aktiv olurlar, bəzən erkəklər gündüzlər də uçurlar.

Rusiya, Moldova, Qafqaz, Orta Asiya, Afrika, Çin, Yaponiya, ABŞ, Türkiyə, İran.

  • E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı: 2013.