Arslanşah (Qəznəvi hökmdarı)

Əbül Məlik Arslanşah Qəznəvi
سلطان الدولہ
ƏvvəlkiŞirzad Qəznəvi
SonrakıBəhramşah Qəznəvi
Şəxsi məlumatlar
Doğum tarixi 1101
Vəfat tarixi 1118
Atası III Məsud Qəznəvi
Ailəsi Qəznəvilər sülaləsi
Dini Sünnilik

Arslanşah Qəznəvi (11011118) — Qəznəvilərin on üçüncü sultanı. Qardaşı Şirzad Qəznəvini məğlub edərək 22 fevralda taxta çıxmışdı. Bu dövrdə qardaşı Bəhramşah Qəznəvi ona qarşı üsyan etdi. Arslanşah Qəndəhar yaxınlığında qardaşını məğlub etsə də ona köməyə gələn dayısı Sultan Səncər tərəfindən məğlub edildi. 1117-ci ildə Arslanşahın ordusunda fillərin olmasına baxmayaraq 30.000 süvarilik və 50.000 piyadalıq Səlcuqi ordusuna qarşı gələ bilmədi və məğlub olaraq Hindistana qaçdı. Sultan Səncərin Qəznəni Bəhramşaha verib getməsindən sonra Arslanşah Hindistandan ordu ilə geri döndü və Bəhramşahı bir daha qovaraq hələ bir il də hakimiyyətdə qaldı. Sultan Səncər geri dönərək Arslanşahı edam etdirdi və Bəhramşah bundan sonra vassal olaraq sultanlığa davam etdi.