Artvin kərtənkələsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstəüstü: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Artvin kərtənkələsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Artvin kərtənkələsi (lat. Darevskia derjugini) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü.
Onların uzunluğu 64 mm uzunluğa malik olsa da quyruğu isə dəfə böyükdür. Boğazın mərkəzində 14-23 pulcuq vardır. Bədənin mərkəzi ilə isə 35-48 pulcuq vardır. Yuxarı hissəsi qəhvəyi, zeytuni-boz rəngdə olur. Kiçik tünd-qəhvəyi nöqtələr üzərini örtür.
Altı mövcud yarımnövdən 5 Qafqaz ərazisində yayılmışdır:
Onlar əsasən dağlıq meşələrdə, yolların kənarlarında və bulaqların qıraqlarında yaşayırlar. Yaşayış məntəqələri yaxınlığında, əkin yerlərində yayılırlar. Onlara bəzən 1800–1900 m yüksəkliklərə qədər yayıla bilirlər. 1 ha ərazidə 30-40 başdan 200 başa qədər kərtənkələyə rast gəlmək olar. Onlar Krasnodar vilayəti, qərbi, şimal-şərqi Gürcüstan, şimal-qərbi Azərbaycan və Türkiyənin şimal-şərqi ərazilərində yayılmışdır.
Onlar kiçik böçəklər, qarışqalar, yağış qurdları və çoxayaqlılarla qidalanır. Qida mövsümdən asılı olaraq dəyişir. Qışlama fevralın ortalarından aprel əvvələrində bitir.
İyun ayının sonundan iyul ayının sonuna qədər yumurta qoyurlar. Bəzən isə iki dəfə yumurta qoyurlar. Krasnodar vilayəti ərazisində 4-6 yumurta, Cənubi Qafqazda isə 4-8 yumurta qoyur. Onların ölçüsü 5-7 x 9–11 mm olur. Quyruqsuz bədəni 19–25 mm uzunluğa malikdir.