Asen Zlatarov | |
---|---|
bolq. Асен Златаров | |
| |
Doğum tarixi | 4 fevral 1885[1][2] |
Doğum yeri | Haskovo, Şərqi Rumeli, Bolqarıstan Knyazlığı |
Vəfat tarixi | 22 dekabr 1936[1] (51 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili | |
Tanınır | Bolqar biokimyasının banisi |
Vikianbarda əlaqəli mediafayllar |
Asen Zlatarov (bolq. Асен Христов Златаров; 4 fevral 1885[1][2] – 22 dekabr 1936[1], Vyana) — Bolqarıstan biokimyaçısı, ictimai xadimi, yazıçısı və professoru.
Asen Zlatarov 4 fevral 1885-ci ildə Haskovoda anadan olub. Atası Xristo Zlatarov 1851-ci ildə Stambolovo əyalətinin Haskovo kəndində yaradılmış ilk dünyəvi məktəbin müəllimi olub. Daha sonra Cenevrə Universitetində kimya üzrə təhsil almışdır (1904-1907). 1908-ci ildə Qrenobl Universitetində kimya və fizika elmləri doktoru olur. “Kimya və sənaye” və “Təbiət və elm” jurnallarının, “Təbiət fəlsəfəsi oxu” və “Elm və həyat” kitabxanalarının redaktoru olub. 1924-cü ildə xüsusi, 1935-ci ildə isə Sofiya Universitetinin baş professoru təyin edildi. 1928-ci ildə Bolqarıstan Kimyaçılar İttifaqının sədri seçilmiş, 1934-cü ildə Madriddə keçirilən 11-ci Beynəlxalq Kimya Konqresində iştirak etmişdir. 1935-ci ildə Asen Zlatarov, yerli tələbələri ziyarət etmək üçün Belqrada gedir və onlarla bir sıra söhbətlər edir[3]. Həmin il Sofiya Universitetində üzvi kimya kafedrasının professoru və müdiri seçilmişdir. Kommunist Partiyası ilə bilavasitə əlaqəsi olmasa da, 1936-cı ildə Asen Zlatarov Sovet İttifaqına səfər etmiş, bundan sonra kollektivləşməni yüksək qiymətləndirdiyi “Sovetlər ölkəsində” adlı təbliğat kitabını nəşr etdirmişdir. 1936-cı ildə Asen Zlatarov Vyana xəstəxanalarından birində ardıcıl iki əməliyyat keçirsə də, ürəyi onların fəsadlarına tab gətirə bilməyib və 22 dekabr 1936-cı ildə dünyasını dəyişib[4].