Askın rayonu

Rayon
Askın rayonu
Асҡын районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

56°04′59″ şm. e. 56°34′59″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 20 avqust 1930
Sahəsi 2411,42[1] km²
Hündürlük
183 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 18.235 nəf. (2021)[2]
Rəsmi sayt
Askın rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Askın rayonu (başq. Асҡын районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.

Rayonun inzibati mərkəzi Askino kəndidir. Yaşayış məntəqəsi Ufadan 213 km aralıda yerləşir.

Coğrafi yerləşməsi

[redaktə | vikimətni redaktə et]

Askın rayonu Sverdlovsk vilayəti və Perm diyarı ilə sərhəddə yerləşir. Ufa çayının axarı boyunca qərarlaşır. Rayonun ərazisi 2542 km²[3] təşkil edir. Maksimal temperatur + 36 °C, minimal temperatur isə — 54 °C-dir. Ərazisi şimaldan cənuba 38 km, şərqdən qərbə 66 km məsafədə uzanır. Rayon ərazisindən MoskvaÇelyabinsk dəmiryolu və Çişmi — Davlekonova — Qırğız-Miyaki, Raebski — Sterlitamak avtomobil yolu keçir.

Ərazisində tarixən Kır-Tapın, Su-Tapın, Un və Balıksı Başqırd qəbilələri məskun olmuşlar[4]. Askın rayonu avqust 1930-ci ildə təşkil edilmişdir[5].

2010-cu il məlumatına görə rayonda 21 272 nəfər yaşayır. Hər 1 km² əraziyə 9 nəfər düşür.

Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Askın rayonu ərazisin milli tərkibi: başqırdlar — 68,9 %, tatarlar — 19,4 %, ruslar — 10,6 %, digər millər — 1,1 %[6].

Milli tərkib[7]

il Başqırdlar Tatarlar Ruslar
1970 57,6 % 19,5 %
1989 63,3 % 23,9 %
2002 70,9 % 17,6 % 10,5 %
2010 68,9 % 19,4 % 10,6 %

[6].

İnzibati-ətazi vahidləri

[redaktə | vikimətni redaktə et]

Askın ayonunda 15 kənd inzibati vahidliyinə 75 yaşayış məntəqəsi daxildir[8].

Rayon iqtisadiyyatının əsasını kənd tərərrüfatı və Meşə sənayesi tutur. Kənd təsərrüfatının balansında ümumilikdə 92,8 min ha ərazi vardır (Ümumi rayon ərazisinin 36,7 %), bunun 66,7 min ha əkin sahəsi, 18,7 min ha isə otlaq sahəsidir. Burada taxılçılıq, donuzçuluq, ətlik-südlük maldarlıq inkişaf etmişdir. Ərazisinin 126 min ha meşələrlə örtülüdür.

Rayonla əlaqə Askino — Yavqildino avtomobil yolu ilə təmin edilir. Hətta Birsk və Blaqoveşensk istiqamətində uzanır.

Rayon ərazisində 51 ümumtəhsil mərkəzi, 15 orta məktəb, 29 kütləvi kitabxana, 54 klub, 4 xəstəxana fəaliyyət göstərir. Burada rus və tatar dillərində «Askinskaya nov», «Işanıç», başqırd dilində isə və «Йәнтөйәк»[9] qəzetləri buraxılır.

Tanınmış şəxsləri

[redaktə | vikimətni redaktə et]
  • Aleksandr İvaniç Sıçyov (1901—1973) — sovet hərbiçisi, general-mayor (1945).
  • Аскинский район Республики Башкортостан. Население. Населённые пункты. XVIII—XXI вв. Справочное издание. — Уфа, 2010. — 32 с.
  1. "Республика Башкортостан. Общая площадь земель муниципального образования". 2020-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-03.
  2. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  3. "АСКИНСКИЙ РАЙОН\\"Башкортостанстат"". 2007-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-03.
  4. "Аскинский | Генеалогия и архивы". 2009-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-03.
  5. "Официальный сайт Аскинского района". 2016-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-03.
  6. 1 2 "Итоги Всероссийской переписи населения по Республике Башкортостан" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
  7. Население Башкортостана: XIX—XXI века: статистический сборник/ Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан.- Уфа: Китап, 2008.- 448 с.:ил.
  8. "Закон Республики Башкортостан «Об изменениях в административно-территориальном устройстве Республики Башкортостан в связи с объединением отдельных сельсоветов и передачей населённых пунктов» (Принят Государственным Собранием — Курултаем Республики Башкортостан 18 ноября 2008 года)". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-03.
  9. "«Республика Башкортостан» № 79". 2015-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-03.