Avram Herşko | |
---|---|
ivr. אברהם הרשקו | |
Doğum tarixi | 31 dekabr 1937[1][2] (87 yaş) |
Doğum yeri |
|
Elm sahəsi | biokimya |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | Kimya üzrə Nobel mükafatı (2004) |
Vikianbarda əlaqəli mediafayllar |
Avram Herşko və ya Ferens Herşko (ivr. אברהם הרשקו, 31 dekabr 1937[1][2], Karçaq[d], Yas-Nadkun-Solnok[d]) — yəhudi əsilli macar[3] həkim və biokimyaçı.
Avram Herşko 1937-ci ilin dekabr ayının 31-də Macarıstanın Karçaq şəhərində anadan olmuşdur. 1950-ci ildə ailəsi ilə birgə İsrailə köçmüş və günümüzdə də burada yaşamaqdadır. Avram Herşko 1965-ci ildə Qüds Universitetində tibb təhsili aldıqdan sonra 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə etdi. Hal-hazırda Hayfada İsrail Texnologiya İnstutunun tibb fakültəsinin professorudur. 2004-cü ildə "uvikvitin protein deqredasiya"sının kəşfinə görə Aaron Çexanover və İrvin Rozla birlikdə Nobel Kimya Mükafatına layiq görülmüşdür.[4]