Avurğazı rayonu

Rayon
Avurğazı rayonu
Ауырғазы районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

54°00′21″ şm. e. 55°53′39″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Tolbazı[d][2]
Tarixi və coğrafiyası
Yaradılıb 20 avqust 1930
Sahəsi 2014,03[1] km²
Hündürlük
205 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 31.446 nəf. (2021)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu 34745
Poçt indeksi 4534ХХ
Rəsmi sayt
Avurğazı rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avurğazı rayonu və ya Ağırğazı rayonu (başq. Ауырғазы районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.

Rayonun inzibati mərkəzi Talbazı kəndidir. Ufadan 80 km cənubda, Ağ Göldən 30 km qərbdə yerləşir.

Coğrafi yerləşməsi

[redaktə | vikimətni redaktə et]

Başqırdıstanın mərkəzi hissəsində yerləşir. Rayonun ərazisi 2014,03 km² təşkil edir. Şimalda Karmaskalı, şərqdə Ğafur, cənubda Sterlitamak, qərbdə Əlşəy və Dövləkən rayonları ilə sərhədlənir. Karst mənşəlli əsahələr geniş ərazini əhatə edir. Şərqi-Avropa düzənliyinin cənub-şərq ətəklərində yerləşir. Ərazisindən qum, əhəng daşı, kərpiç xammalı, neft çıxarılır. İqlimi kontinental, orta nəmlidir. Orta illik temperatur: +2,5 °C, yanvar: -16 °C, iyul: +19 °C. Maksimal temperatur: +40 °C, minimal: −48 °C. Orta illik yağıntı 500 mm., quraq illərdə 350 mm. Ərazisindən Urşak, Aurqazı, Belıy KLuç, Uzen, Kuzelka çayları axır. Ərazisində əsasən boz meşə və qaraya bənzər torpaqlar geniş sahə tutur.

Palıd və Ağcaqayın meşələri ərazisinin 18 % tutur. Hündür ərazilərdə isə talalar şəklindədir. Heyvanlar aləmi əsasən çöl və meşə heyvanlarından ibarətdir.

Ərazisinin 153,8 min ha (ümumi ərazisinin 76,4 %) kənd təsərrüfatına cəlb olunmuşdur. 43,1 min ərazi otlaq sahələri, 36,4 min ha isə meşəliklər, 1,2 min ha isə su sahəsidir.

Avurğazı rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir.

Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Avurğazı rayonu ərazisin milli tərkibi: tatarlar — 42,2 %, çuvaşlar — 29,3 %, başqırdlar — 18,9 %, ruslar — 6,4 %, ukraynalılar — 1,2 %, mordvalılar — 1 %, digər millər — 1 %[4].

İnzibati-ətazi vahidləri

[redaktə | vikimətni redaktə et]

Rayonda 21 kənd inzivati vahidliyinə 137 yaşayış məntəqəsi daxildir[5]

Rayion cənubmeşə-çöl zonasına daxildir. Kənd təsərrüfatının taxılçılıq, kartoxçuluq, ətlik-südlük heyvandarlıq və donuzçuluq inkişaf etmişdir. Burada meşə təsərrüfatı mövcuddur. Ərazisindən Kuybişev dəmir yolu keçir. Avtomobil əlaqəsi UfaOrenburq, Dövləkən — Talbazı, Talbazı — Krasnousolski magistralı ilə təmin edilir.

Rayon ərazisində 57 ümumtəhsil mərkəzi vardır ki bununda 33 orta məktəb, 10 əsas, 14 ibtidaidir. Burada Talbazı liseyi, Talbazı Başqırd gimnaziyası, Aurqazin uşaq evi, 39 bağça, musiqi məktəbi, bir rayon və 3 kənd xəstəxanası, 3 kənd həkim ambulatoriyası, 37 kütləvi kitabxana, 54 klub fəaliyyət göstərir. Talbazında tarix diyarşunaslıq muzeyi vardır. Burada tatar, rus və çuvaş dillərində «Aurqazinski vestnik» qəzeti buraxılır[6].

  1. "Республика Башкортостан. Общая площадь земель муниципального образования". 2020-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-10.
  2. OKTMO (rus.).
  3. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  4. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
  5. "Закон Республики Башкортостан «Об изменениях в административно-территориальном устройстве Республики Башкортостан в связи с объединением отдельных сельсоветов и передачей населенных пунктов» (Принят Государственным Собранием — Курултаем Республики Башкортостан 18 ноября 2008 года)". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-10.
  6. "Аургазинский Вестник". 2015-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-10.